Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 221–230 of 286

221

وَلَا تَنكِحُوا۟ ٱلْمُشْرِكَٰتِ حَتَّىٰ يُؤْمِنَّ ۚ وَلَأَمَةٌۭ مُّؤْمِنَةٌ خَيْرٌۭ مِّن مُّشْرِكَةٍۢ وَلَوْ أَعْجَبَتْكُمْ ۗ وَلَا تُنكِحُوا۟ ٱلْمُشْرِكِينَ حَتَّىٰ يُؤْمِنُوا۟ ۚ وَلَعَبْدٌۭ مُّؤْمِنٌ خَيْرٌۭ مِّن مُّشْرِكٍۢ وَلَوْ أَعْجَبَكُمْ ۗ أُو۟لَٰٓئِكَ يَدْعُونَ إِلَى ٱلنَّارِ ۖ وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَى ٱلْجَنَّةِ وَٱلْمَغْفِرَةِ بِإِذْنِهِۦ ۖ وَيُبَيِّنُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mö’min qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.

Ey möminlər! Allaha şərik qoşan qadınlar Tək Allaha iman gətirib, İslam dininə daxil olmayınca onlarla evlənməyin. Həqiqətən, Allaha və rəsuluna iman gətirmiş bir qul qadın, gözəlliyi və malı sizi heyran etmiş, bütlərə ibadət edən azad qadından daha xeyirlidir. Müsəlman qadınları müşrik kişilərə ərə verməyin. Həqiqətən, Allaha və rəsuluna iman gətirmiş bir kölə, sizi heyran edən azad müşrik bir kişidən daha xeyirlidir. Şirk ilə vəsf olunan - kişilər və qadınlar - kimsələr sözləri və əməlləri ilə sizi Cəhhənəmə daxil olmaqa sürükləyirlər. Allah isə sizi cənnətə aparan saleh əməllərə və Öz izni və lütfü ilə sizi günahlardan bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar, dəlillərdən düşünüb ibrət alıb, əməl etsinlər.

Al-Baqara 2:221Listen in Qur'an →
222

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْمَحِيضِ ۖ قُلْ هُوَ أَذًۭى فَٱعْتَزِلُوا۟ ٱلنِّسَآءَ فِى ٱلْمَحِيضِ ۖ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ ۖ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ ٱللَّهُ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّٰبِينَ وَيُحِبُّ ٱلْمُتَطَهِّرِينَ

(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!

Ey Peyğəmbər! Səhabələrin səndən heyz barəsində soruşurlar. (Heyz: müəyyən vaxtlarda qadının bətnindən ifraz olan təbii qandır) Onlara cavab olaraq de: "Heyz kişi və qadın üçün bir əziyyətdir. Həmin vaxt qadınla cinsi əlaqədə olmaqdan uzaq durun. Bu qan onlardan kəsilib qüsl alıb təmizlənənə qədər qadınlarla əlaqədə olayın. Qan kəsilib bundan təmizləndikdən sonra isə Allahın sizə icazə verdiyi qayda üzrə onlar pak olduğu halda ön tərəfdən əlaqədə olun". Şübhəsiz ki, Allah günahlardan çoxlu tövbə edənləri də pisliklərdən təmizlənənləri də sevir.

Al-Baqara 2:222Listen in Qur'an →
223

نِسَآؤُكُمْ حَرْثٌۭ لَّكُمْ فَأْتُوا۟ حَرْثَكُمْ أَنَّىٰ شِئْتُمْ ۖ وَقَدِّمُوا۟ لِأَنفُسِكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّكُم مُّلَٰقُوهُ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ

(Ey mö’minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver!

Qadınlarınız sizin əkin tarlanızdır. Torpaq bəhrə verdiyi kimi, qadınlarınız da sizin üçün övlad dünyaya gətirirlər. Əkin tarlanıza istədiyiniz tərəfdən, istədiyiniz kimi gəlin, əgər bu öndəndirsə! Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın! Bu yaxşı əməllərdən biridə, kişinin zövcəsinə Allaha yaxınlaşmaq və saleh zürriyyət istəmək məqsədi ilə əlaqədə olmasıdır. Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allahdan qorxun. Bu əmr və qadağalardan biridə, Allahın sizin üçün qadınlar barədə qoyduğu qanundur. Bilin ki, siz qiyamət günü Allahla qarşılaşacaq və Onun hüzurunda duracaqsınız və O, sizin əməllərinizin mükafatını verəcəkdir. Ey Peyğəmbər! Möminlərə Rəbbləri ilə qarşılaşdıqda onları sevindirəcək əbədi qalan nemətlər və Allahın kərim üzünə baxmaqla müjdə ver.

Al-Baqara 2:223Listen in Qur'an →
224

وَلَا تَجْعَلُوا۟ ٱللَّهَ عُرْضَةًۭ لِّأَيْمَٰنِكُمْ أَن تَبَرُّوا۟ وَتَتَّقُوا۟ وَتُصْلِحُوا۟ بَيْنَ ٱلنَّاسِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ

Yaxşılıq etmək, pis əməllərdən çəkinmək və insanlar arasında sülh yaratmaq barəsindəki andlarınıza Allahı (Allahın adını) hədəf (dəstavüz) etməyin! Allah eşidəndir, biləndir!

Allaha olan andınızı yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Əksinə, əgər yaxşılıq etməyəcəyinizə dair and içdikdə, həmən yaxılıqı edin və andlarınızın kəffarəsini verin. Allah sizin dediklərinizi eşidən, əməllərinizi isə biləndir və əməllərinizin mükafatını da verəcəkdir!

Al-Baqara 2:224Listen in Qur'an →
225

لَّا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَٰنِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا كَسَبَتْ قُلُوبُكُمْ ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ

Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir!

Allah sizi: "Xeyr, Allaha and olsun", "Bəli, Allaha and olsun" kimi səhvən, qərəzsiz içdiyiniz andlara görə hesaba çəkməz, buna görə sizə kəffarə vacib olmaz və sizə əzab verməz. Lakin O, sizi qəsdən içdiyiniz andlara görə hesaba çəkəcəkdir. Allah qullarının günahlarını bağışlayandır və həlimdir, onlara əzabı tezləşdirməz.

Al-Baqara 2:225Listen in Qur'an →
226

لِّلَّذِينَ يُؤْلُونَ مِن نِّسَآئِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍۢ ۖ فَإِن فَآءُو فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir.

Zövcələri ilə yaxınlıq etməyəcəylərinə and içən kimsələr, and içdikləri vaxtdan başlayaraq dörd aydan çox keçməmək şərti ilə gözləməlidirlər. Buna ərəb dilində "İylə" -deyilir. Əgər onlar, zövcələrinə yaxınlıq etməyəcəklərinə görə and içdikdən sonra, dörd ay və ya dörd aydan az müddət ərzində andlarından dönüb, yaxınlıq etsələr, əlbəttə ki, Allah bağışlayandır, onların bu günahını bağışlayar və onlara qarşı rəhmlidir belə ki, sizin üçün bu anddan çıxış yolu qoyaraq, sizə kəffarə verməyi vacib etmişdir.

Al-Baqara 2:226Listen in Qur'an →
227

وَإِنْ عَزَمُوا۟ ٱلطَّلَٰقَ فَإِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ

Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) eşidəndir, biləndir.

Əgər onlar zövcələrinə yaxınlaşmaqı davamiyyətli olaraq tərk edib və andlarından dönməyib, boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah onların talaq dedikləri sözlərini də eşidəndir, onların hər bir halını və qəlblərin də olanı da biləndir və onların əməllərinin müqabilini də verəcəkdir!

Al-Baqara 2:227Listen in Qur'an →
228

وَٱلْمُطَلَّقَٰتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلَٰثَةَ قُرُوٓءٍۢ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ ٱللَّهُ فِىٓ أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِى ذَٰلِكَ إِنْ أَرَادُوٓا۟ إِصْلَٰحًۭا ۚ وَلَهُنَّ مِثْلُ ٱلَّذِى عَلَيْهِنَّ بِٱلْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ

Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar. (Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.

Boşanmış qadınlar üç heyz gözləməli və bu müddət ərzində başqasına ərə getməməlidirlər. Əgər onlar həqiqətən Allaha və Axirət gününə iman gətiriblərsə, Allahın onların bətnində yaratdığını uşağı gizlətmək onlara caiz deyildir. Bu müddət ərzində ərləri, onları qaytarmağa daha çox haqlıdırlar. Əgər onlar bu barışmaqla mehriban münasibət yaradıb və talaqa səbəb olan şeyləri aradan qaldırmaqa qəsd edirlərsə. Ərlərinin qadınlar üzərində adətə müvafiq haqları olduğu kimi qadınların da haqları vardır. Kişilər qadınlar üzərində ixtiyar sahibi və həmçinin talaqın da onların ixtiyarında olduğu üçün, kişilərin qadınlar üzərində olan haqları bir dərəcə üstündür. Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, işlərində və şəriətində hikmətlidir.

Al-Baqara 2:228Listen in Qur'an →
229

ٱلطَّلَٰقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌۢ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌۢ بِإِحْسَٰنٍۢ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَن تَأْخُذُوا۟ مِمَّآ ءَاتَيْتُمُوهُنَّ شَيْـًٔا إِلَّآ أَن يَخَافَآ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا ٱفْتَدَتْ بِهِۦ ۗ تِلْكَ حُدُودُ ٱللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

(Ric’i) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalımlardır.

Ər, sahib olduğu talaqın sayı ikidir. Belə ki, ər, talaq verir sonra qaytarır, sonra talaq verir yenə də qaytarır. İki talaq bitdikdən sonra ər zövcəsini öz ismətində şəriətə müvafiq qayda üzrə saxlamalı yaxud zövcəsinə xoş münasibət göstərib və onun haqqlarını verdikdən sonra üçüncü dəfə talaq verməlidir. -Ey Ərlər- Zövcələrinizə mehr olaraq verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız qadın ərinin əxlaqından yaxud zahiri görnüşündən xoşlanmazsa və ər-arad bu xoşlanmamanın səbəbindən biri-birilərin üzərinə düşən haqqları verə bilməyəcəklərini zənn edərlərsə bu zaman bunu yaxın qohum-əqrəbasına yaxud da ki, başqa bir kimsəyə ərz etsinlər. Əgər kişi və qadın tərəfi, onların biri-birinə qarşı olan ailə haqqlarını yerinə yetirə yetiməyəcəklərindən qorxsalar, bu zaman qadın, əri onu boşanması üçün ərinə əvəz olaraq bir şey verməsində ikisinə də heç bir günah yoxdur. Bu şəri hökmlər, halal və haram arasını ayırd edən hökmlərdir bu hökmləri aşmayın! Kim Allahın halal və haram arasında olan hüdudlarını aşarsa, məhz onlar, özlərini həlaka, Allahın qəzəbinə və əzabına sürüklədikləri üçün zalımlardır.

Al-Baqara 2:229Listen in Qur'an →
230

فَإِن طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُۥ مِنۢ بَعْدُ حَتَّىٰ تَنكِحَ زَوْجًا غَيْرَهُۥ ۗ فَإِن طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يَتَرَاجَعَآ إِن ظَنَّآ أَن يُقِيمَا حُدُودَ ٱللَّهِ ۗ وَتِلْكَ حُدُودُ ٱللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍۢ يَعْلَمُونَ

Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).

Əgər əri onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın, birinci ərinə halal olmaq məqsəd ilə deyil, əksinə, öz istəyi ilə düzgün nikah kəsildikdən sonra, başqa bir kişiyə ərə gedib və ikinci əri onunla cinsi əlaqədə olmayınca birinci ərinə halal olmaz. Əgər ikinci əri onu boşasa, yaxud vəfat etsə, hər birinin üzərinə vacib olan şəri hökmləri yerinə yetirəcəklərini zənn etdikləri təqdirdə nikah kəsib və qadının mehrini verib, yenidən evlənmələrində ikisinə də heç bir günah yoxdur. Bunlar şəri hökmlərdir, Allah bunları, Onun hökmlərini və hüdudlarını anlayan insanlar üçün bəyan edir. Çünki bu hökmlərdən bəhrələnən məhz insanlardır.

Al-Baqara 2:230Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.