Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 211–220 of 286

211

سَلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ كَمْ ءَاتَيْنَٰهُم مِّنْ ءَايَةٍۭ بَيِّنَةٍۢ ۗ وَمَن يُبَدِّلْ نِعْمَةَ ٱللَّهِ مِنۢ بَعْدِ مَا جَآءَتْهُ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

(Ya Rəsulum!) İsrail övladından xəbər al ki, Biz onlara (Musa peyğəmbər vasitəsilə) nə qədər açıq dəlillər göndərdik! Allahın ne’mətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!

Ey Peyğəmbər! İsrail oğullarından onları məzəmmət edərək onlardan soruş ki, uca Allah sizə peyğəmbərlərin doğruluğuna dəlalət edən nə qədər açıq-aydın dəlillər göstərdi! Siz isə bu dəlilləri yalan sayıb üz çevirdiniz. Kim Allahın nemətini bildikdən sonra onu inkar edib, yalan sayaraq dəyişdirərsə bilsin ki, Allah inkar edib, yalan sayanlara şiddətli cəza verəcəkdir.

Al-Baqara 2:211Listen in Qur'an →
212

زُيِّنَ لِلَّذِينَ كَفَرُوا۟ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَيَسْخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ ۘ وَٱلَّذِينَ ٱتَّقَوْا۟ فَوْقَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَٱللَّهُ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍۢ

Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər.

Dünya həyatı və orada olan keçici zövq və müvəqqəti ləzzətlər kafirlər üçün gözəlləşdirildi. Onlar Allaha və axirət gününə iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinən müttəqilər Qiyamət günü o kafirlərdən üstün olacaqlar. Belə ki, Allah, onarı Ədn cənnətlərinə sakin edər və Allah istədiyi quluna saysız-hesabsız ruzi verər.

Al-Baqara 2:212Listen in Qur'an →
213

كَانَ ٱلنَّاسُ أُمَّةًۭ وَٰحِدَةًۭ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّۦنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ لِيَحْكُمَ بَيْنَ ٱلنَّاسِ فِيمَا ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَمَا ٱخْتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ بَغْيًۢا بَيْنَهُمْ ۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَا ٱخْتَلَفُوا۟ فِيهِ مِنَ ٱلْحَقِّ بِإِذْنِهِۦ ۗ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍ

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.

Şeytanlar insanları azdırana qədər o insanlar ataları Adəmin dinində, haqq üzərində həmrəy olan tək bir ümmət idi. Sonra onlar, mömin və kafir olmaqla iki qismə bölündülər. Elə buna görə də Allah, iman və itaət əhlinə və Allahın onlar üçün hazırladığını müjdə verən, kafirləri isə Allahın onlar üçün hazırladığı şiddətli əzabla qorxudan peyğəmbərlər göndərdi və onlarla birlikdə içində heç bir şəkk-şübhə olmayan, yalnız haqq olan kitablar nazil etdi ki, insanlar arasında, onların ixtilafa düşdükləri şeylərə dair hökm versinlər. Halbuki Tövrat barədə yalnız özlərinə Tövratdan elm verilmiş yəhudilər özlərinə zülm edərək, onlara Tövratın haqq və Allah tərəfindən olmasına dair, həmçinin, Tövrat barədə ixtilaf etməyin caiz olmamasına dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra ixtilafa düşdülər. Allah isə Öz izni və istəyi ilə möminləri doğru yolu azğınlıqdan ayırd etməyə müvəffəq etdi. Allah istədiyi kimsəni heç bir əyriliyi olmayan düz yola yönəldər. Bu da iman yoludur.

Al-Baqara 2:213Listen in Qur'an →
214

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَأْتِكُم مَّثَلُ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُم ۖ مَّسَّتْهُمُ ٱلْبَأْسَآءُ وَٱلضَّرَّآءُ وَزُلْزِلُوا۟ حَتَّىٰ يَقُولَ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ مَتَىٰ نَصْرُ ٱللَّهِ ۗ أَلَآ إِنَّ نَصْرَ ٱللَّهِ قَرِيبٌۭ

(Ey mö’minlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!

Ey Möminlər! Yoxsa elə zənn edirdiniz ki, sizdən əvvəlkilərin başına gələn bəlalar sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə yoxsulluq və xəstəlik üz vermiş, qorxu onları elə titrəmiş, hətta müsübət elə həddə çatmışdır ki, onlar Allahın köməyinin tez bir zaman da gəlməsini gözləyirdilər. Hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?"– deyirdilər. Agah olun ki, həqiqətən, Allahın köməyi Ona iman edib yalnız Allaha təvəkkül edənlərə yaxındır.

Al-Baqara 2:214Listen in Qur'an →
215

يَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ ۖ قُلْ مَآ أَنفَقْتُم مِّنْ خَيْرٍۢ فَلِلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ ۗ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌۭ

(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.

Ey Peyğəmbər! Səhabələrin səndən müxtəlif növlü mallarından Allah yolunda nə verəcəkləri və kimə xərcləyəcəkləri haqqında soruşurlar. Onlara cabav olaraq de: "Verəcəyiniz hər bir xeyir - halal və təmiz mallarınız - valideynlərə, ehtiyacı olan yaxın qohum-əqrəbaya və yetimlərə, malı olmayan imkansız kasıblara, ailəsindən və vətənindən uzaq düşüb yolda qalan müsafirlərə aiddir. Ey Möminlər! Siz az və çox olmasından aslı olmayaraq nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir və Ona heç bir şey gizli qalmaz və Allah etdiyiniz əməllərin mükafatını verəcəkdir".

Al-Baqara 2:215Listen in Qur'an →
216

كُتِبَ عَلَيْكُمُ ٱلْقِتَالُ وَهُوَ كُرْهٌۭ لَّكُمْ ۖ وَعَسَىٰٓ أَن تَكْرَهُوا۟ شَيْـًۭٔا وَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَعَسَىٰٓ أَن تُحِبُّوا۟ شَيْـًۭٔا وَهُوَ شَرٌّۭ لَّكُمْ ۗ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bə’zən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bə’zən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.

Ey mömilər! Allah yolunda döyüşmək və bu yolda maldan və candan keçmək nəfsə xoş gəlməsə də, sizə fərz edildi. Ola bilsin ki, siz, Allah yolunda döyüşmək kimi bir şeyi sevməyəsiniz, amma həqiqətdə o sizin üçün faydalı və xeyirli olsun. Çünki Allah yolunda döyüşməyin əzəmətli savabı olmaqla yanaşı, düşmənlər üzərində qələbə çalmaq və Allah kəlməsini uca tutmaq vardır. Ola bilsin ki, siz, cihad etməmək kimi bir şeyi sevəsiniz, amma həqiqətdə o sizin üçün şər və zərərli olsun. Çünki cihadı tərk etmək zəliliyə və həmçinin düşmənlərin sizin üzərinizdə qələbə çalmasına səbəbdir. Allah işlərin hansı xeyir, hansının isə şər olmasını daha yaxşı bilir, siz isə bunu bilmirsiniz. Allahın əmrinə tabe olun, bu sizin üçün xeyirlidir.

Al-Baqara 2:216Listen in Qur'an →
217

يَسْـَٔلُونَكَ عَنِ ٱلشَّهْرِ ٱلْحَرَامِ قِتَالٍۢ فِيهِ ۖ قُلْ قِتَالٌۭ فِيهِ كَبِيرٌۭ ۖ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفْرٌۢ بِهِۦ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِۦ مِنْهُ أَكْبَرُ عِندَ ٱللَّهِ ۚ وَٱلْفِتْنَةُ أَكْبَرُ مِنَ ٱلْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ ٱسْتَطَٰعُوا۟ ۚ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِۦ فَيَمُتْ وَهُوَ كَافِرٌۭ فَأُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir”! (Ey mö’minlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!

Ey Peyğəmbər! Səndən haram ayında: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında vuruşmaq barəsində soruşurlar. Onlara cavab olaraq de: "Bu ayda vuruşmaq Allah qatında böyük günah və pis əməldir, amma müşriklərin etdiyi kimi insanları Allah yolundan sapdırmaq, möminləri Məscidulharama buraxmamaq və Məscidulharam sakinlərini oradan çıxartmaq Allah yanında bu aylarda vuruşmaqdan da daha böyük günahdır. Onların etdikləri şirk, vuruşmaqdan daha böyükdür. Ey Möminlər! Müşriklər bacardıqca sizi haqq dininizdən batilə döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb Allaha kafir olaraq ölsə, onun saleh əməli batil olar və onun axirətdə qayıdış yeri oda daxil olub və orada əbədi qalmaq olar.

Al-Baqara 2:217Listen in Qur'an →
218

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أُو۟لَٰٓئِكَ يَرْجُونَ رَحْمَتَ ٱللَّهِ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!

Həqiqətən, Allaha və rəsuluna iman gətirənlər, Allah və rəsuluna hicrət edib vətənlərini tərk edənlər və Allahın kəlməsi uca olsun deyə vuruşanlar, Allahın mərhəmətinə və bağışlamağına ümid edən kəslərdir. Allah qullarının günahlarını bağışlayandır və onlara rəhmlidir.

Al-Baqara 2:218Listen in Qur'an →
219

۞ يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ ۖ قُلْ فِيهِمَآ إِثْمٌۭ كَبِيرٌۭ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا ۗ وَيَسْـَٔلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ ٱلْعَفْوَ ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْءَايَٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.

Ey Peyğəmbər! Səhabələrin səndən xamr (xamr: insanın ağlını başından alıb aparan hər bir şeyə xamr deyilir) və bu içkinin hökmü bunu satmaq və almaq barəsində soruşurlar? Səndən qumar (qumar: yarışda iştirak edən hər iki oyunçu tərəfindən təyin edilmiş mükafatı rəqabət yolu ilə götürməyə qumar deyilir) barəsində soruşanlara cavab olaraq de: "Onların hər ikisində həm: ağlın getməsi, malın əldən çıxması, aranızda ədavətin və qəzəbin yaranması kimi dini və dünyavi böyük zərərlər və fəsadlar vardır və həm də ki, mal əldə etmək kimi insanlar üçün kiçik bir mənfəət də vardır. Amma hər ikisinin zərəri və günahı hər ikisinin mənfəətlərindən daha böyükdür". Zərəri mənfəətindən daha çox olan şeydən ağıllı insan uzaq durar. Ey Peyğəmbər! Səhabələrin səndən Allah yolunda mallarından nə xərcləyəcəkləri və sədəqə verəcəkləri barədə soruşurlar? Onlara cavab olaraq de: "Ehtiyacınızdan artıq qalan malınızı Allah yolunda xərcləyin!". (Bu hökm, İslamın ilk vaxtında idi, sonra Allah xüsusi mallardan və müəyyən miqdarda zəkat verməyi vacib etdi). Heç bir anlaşılmazlıq olmayan bu kimi ayələrlə Allah sizə şəriətin hökmlərini belə bəyan edir ki, bəlkə, fikirləşəsiniz.

Al-Baqara 2:219Listen in Qur'an →
220

فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۗ وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْيَتَٰمَىٰ ۖ قُلْ إِصْلَاحٌۭ لَّهُمْ خَيْرٌۭ ۖ وَإِن تُخَالِطُوهُمْ فَإِخْوَٰنُكُمْ ۚ وَٱللَّهُ يَعْلَمُ ٱلْمُفْسِدَ مِنَ ٱلْمُصْلِحِ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَعْنَتَكُمْ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ

Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!

Allah bunu, sizə dünyada və axirətdə fayda verən şeylər barədə fikirləşməniz üçün qanun etdi. Ey Peyğəmbər! Səhabələrin səndən yetimə baxmaq və onlarla necə rəftar etmək barəsində soruşurlar? Səndən: Yetimələrə pul xərclədikdə, onları yedizdirdikdə və onlar üçün yaşayış yeri təmin etdikdə onların mallarını öz mallarına qatsınlarmı -deyə soruşurlar? Onlara cavab olaraq de: "Yetimlərin malını qorumaq məqsədi ilə onlardan heç bir əvəz almadan, yaxud onların malını öz mallarınıza qatmadan çoxaltsanız, onların malını qorumağınız sizin üçün Allah yanında daha xeyirlidir və daha böyük savabdır". Əgər onların malını məişət, yaşayış yeri kimi və s. buna oxşar şeylərdə öz malınıza qatsanız, sizə günah olmaz, onlar sizin qardaşlarınızdır, qardaşlar isə biri-birinə kömək edər və biri-birinin ehtiyacını ödəyər. Allah, yetimə himayədarliq edən kimsələrdən yetimin malına şərik olub onların malını zay edənləri də, onlara yaxşılıq edənləri də bilir. Əgər Allah yetimlərin malına görə sizi çətinləşdirmək istəsəydi, əlbəttə ki, çətinləşdirərdi. Lakin uca və pak olan Allah sizə yetimlərlə davranmaq yolunu asanlaşdırmışdır, çünki Allahın şəriəti asanlıq üzərində bina edilmişdir. Həqiqətən, Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.

Al-Baqara 2:220Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.