Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 286

21

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعْبُدُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُمْ وَٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)

Ey insanlar! Sizi və sizdən əvvəlki ümmətləri yaradan tək Rəbbinizə ibadət edin. Onun əmirlərinə tabe olub, qadağalarından çəkinin ki, Allahda sizi cəhənnəm əzabından qorusun.

Al-Baqara 2:21Listen in Qur'an →
22

ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ فِرَٰشًۭا وَٱلسَّمَآءَ بِنَآءًۭ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ فَلَا تَجْعَلُوا۟ لِلَّهِ أَندَادًۭا وَأَنتُمْ تَعْلَمُونَ

O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!

O Allah ki, sizin üçün yer üzünü döşəyib düz etdi, göyü isə yerin üzərində möhkəm bina edilmiş tavan yaratdı, sizə ruzi olsun deyə göydən yağmur endirib, yerdən müxtəlif meyvələr yetişdirən də odur. İndi siz, İzzət və Calal sahibi olan Allahdan başqa heç bir xaliqin olmadığını bildiyiniz halda ona şəriklər qoşmayın!

Al-Baqara 2:22Listen in Qur'an →
23

وَإِن كُنتُمْ فِى رَيْبٍۢ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍۢ مِّن مِّثْلِهِۦ وَٱدْعُوا۟ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ

Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!

-Ey insanlar- əgər bəndəmiz Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etdiyimiz Qurana şəkk-şübhə edirsinizsə, bu zaman biz sizi, qurana yaxud quranın ən qısa surəsinə bənzər bir surə gətirmənizlə hədələyirik. Əgər bu idddanızda doğrusunuzsa, elə isə bacardığınız bütün şahidlərinizi bu işdə köməyə çağırın!

Al-Baqara 2:23Listen in Qur'an →
24

فَإِن لَّمْ تَفْعَلُوا۟ وَلَن تَفْعَلُوا۟ فَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِى وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ ۖ أُعِدَّتْ لِلْكَٰفِرِينَ

Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!

Əgər siz bunu edə bilmirsinizsə -bunu heç bir zaman bacaramayacaqsınız-, o halda əzaba layiq günahkar insanlar və dünyada ibadət etdikləri müxtəlif növ daşlar ilə yanan cəhənnəm əzabından çəkinin. Allah bu cəhənnəmi kafirlər üçün hazırlamışdır.

Al-Baqara 2:24Listen in Qur'an →
25

وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ كُلَّمَا رُزِقُوا۟ مِنْهَا مِن ثَمَرَةٍۢ رِّزْقًۭا ۙ قَالُوا۟ هَٰذَا ٱلَّذِى رُزِقْنَا مِن قَبْلُ ۖ وَأُتُوا۟ بِهِۦ مُتَشَٰبِهًۭا ۖ وَلَهُمْ فِيهَآ أَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ ۖ وَهُمْ فِيهَا خَٰلِدُونَ

(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”,- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (mö’minlər) orada əbədi qalacaqlar.

Yuxarıqa qeyd edilən əzab kafirlərin cəzasıdırsa, elə isə -Ey Peyğəmbər- Allaha iman gətirib yaxşı işlər görən möminlərə, onları sevindirəcək qəsirləri və ağacları altından çaylar axan cənnətlərlə müjdə ver. Onlar cənnətin gözəl meyvələrindən hər dəfə yedikləri zaman, bu meyvələrin həddən artıq dünyadakı meyvələrə oxşadığına görə: “Bu bizim əvvəlcə dünyada yediyimiz meyvələr kimidir” -deyəcəklər. Əslində isə onlar bu meyvələrdən dadmaları üçün bu meyvələr onlara dünyadakı meyvələrinin adları və zahiri görünüşünə oxşar, amma həqiqətdə isə onlara həmən meyvələrin dadı və tamı isə başqa halında təqdim edilmişdir. Möminlər üçün cənnətdə nəfsin və dünya əhlinin sevib xoşlamadığı hər bir şeydən uzaq, pak olan zövcələr də vardır. Onlar orada müvəqqəti dünya nemətlərinin əksi olaraq, daimi nemətlər içərsində əbədi qalacaqlar.

Al-Baqara 2:25Listen in Qur'an →
26

۞ إِنَّ ٱللَّهَ لَا يَسْتَحْىِۦٓ أَن يَضْرِبَ مَثَلًۭا مَّا بَعُوضَةًۭ فَمَا فَوْقَهَا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًۭا ۘ يُضِلُّ بِهِۦ كَثِيرًۭا وَيَهْدِى بِهِۦ كَثِيرًۭا ۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلْفَٰسِقِينَ

Əlbətdə, Allah (Qur’anda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?”-deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.

Əlbəttə, Pak və Uca Allah istədiyi hər hansı bir şeyi misal çəkməkdən əsla utanmaz. Allah, ağcaqanadan istər böyük, istərsə də kiçik olan məxluqatlar ilə misal gətirməkdən çəkinməz. İnsanlar belə misalların qarşısında iki qisimdir: Bu misallara iman edənlər və küfür edənlər: İman gətirənlər bu misalların doğruluğunu təsdiq edər və belə misalların, öz Rəbbləri tərəfindən çəkilməsinin bir hikməti olduğunu dərk edərlər. Amma kafirlərə gəldikdə isə onlar, istehza edərək bir-birlərindən: "Allahın, ağcaqanadı, milçəyi, əqrəbi və s. bu kimi həqir məxluqatı misal çəkməsinin səbəbi nədir" -deyə soruşarlar. Bu zaman Allah onlara belə cavab verir ki, Allahın bu misalları çəkməsində, insanlar üçün hidayət, yönləndirmə və imtahanlar vardır. Allah onların bir çoxunu bu misallar haqqında düşünməkdən üz çevirdiklərinə görə azdırmışdır. Çoxları isə bu misalları düşünüb ibrət aldıqlarına görə Allah onlara hidayət bəxş etmişdir. Haqdan yalnız münafiqlər kimi, Allahın itaətindən çıxan, azğınlığa layiq olan insanlar azar.

Al-Baqara 2:26Listen in Qur'an →
27

ٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyuduğu şeyləri parçalayır (mö’minlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!

O kəslər ki, tək Allaha ibadət etmək və əvvəlki elçilərin xəbər verdiyi elçiyə tabe olmaq əhdini bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyi qohumlarla əlaqələri kəsir və günah işlər görməklə yer üzündə fitnə-fəsad törədirlər - məhz belələri dünyada və axirətdəki payları naqis olanlardır!

Al-Baqara 2:27Listen in Qur'an →
28

كَيْفَ تَكْفُرُونَ بِٱللَّهِ وَكُنتُمْ أَمْوَٰتًۭا فَأَحْيَٰكُمْ ۖ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.

-Ey kafirlər- sizin işiniz təəccüblüdür! Allahı necə inkar edirsiniz ki, siz öz özünüzdə Onun qüdrətinin əlamətlərinə şahidsiniz. Siz həyatda yox idiniz, O sizi yaratdı və sizə ruh bəxş etdi, sonra O sizi yenidən öldürəcək və sizi yenidən dirildəcəkdir, daha sonra Allah etdiyiniz əməlləri haqq-hesab etmək üçün Onun hüzuruna qaytaracaqdır.

Al-Baqara 2:28Listen in Qur'an →
29

هُوَ ٱلَّذِى خَلَقَ لَكُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبْعَ سَمَٰوَٰتٍۢ ۚ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ

Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!

Çayları, ağacları və yer üzündə saysız-hesabsız varlıqların hamısını sizin üçün yaradan tək Allahdır. Siz isə Allahın sizə ram etdiyi bu nemətlərdən faydalanıb, bəhrələnirsiniz. Sonra Allah səmaya ucalaraq onu eyibsiz yeddi qat göy yaratdı. Hər bir şeyi elmi ilə əhatə edəndə Odur.

Al-Baqara 2:29Listen in Qur'an →
30

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى جَاعِلٌۭ فِى ٱلْأَرْضِ خَلِيفَةًۭ ۖ قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ

(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şə’ninə tə’riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.

Uca Allah bu ayədə mələklərə: Yer üzündə, biri-birinə xələf olacaq və orada Allaha itaət edəcək bir bəşər yaradacağını xəbər verdi. Bu an mələklər Rəbblərindən -bilmək üçün- yer üzündə fitnə-fəsad törədən, qan tökən və zülm edən adəm övladının yaratmasının hikmətini soruşaraq dedilər: "Biz Sənə itaət edir, Sənin şəninə həmd sənalar deyir, Səni təzim edir və bundan yorulmuruq" -dedilələr. Bu zaman Allah onların sualına belə cavab verdi: "Onları yaradılışındaki sizin bilmədiyiniz əzəmətli hikməti və yer üzərində xəlifə təyin etməyimin məqsədlərini mən bilirəm" - deyərək cavab verdi.

Al-Baqara 2:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.