Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 201–210 of 286

201

وَمِنْهُم مَّن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِى ٱلدُّنْيَا حَسَنَةًۭ وَفِى ٱلْءَاخِرَةِ حَسَنَةًۭ وَقِنَا عَذَابَ ٱلنَّارِ

Bə’ziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər.

İnsanlardan, Allaha iman edib axirətə inanan və Rəbbindən dünya nemətləri, saleh əməl, cənnətə daxil olub və cəhənnəm əzabından xilas olmaqı diləyən kimsələrdə vardır.

Al-Baqara 2:201Listen in Qur'an →
202

أُو۟لَٰٓئِكَ لَهُمْ نَصِيبٌۭ مِّمَّا كَسَبُوا۟ ۚ وَٱللَّهُ سَرِيعُ ٱلْحِسَابِ

Belə şəxslərin qazandıqlarına (qazandıqları əməllərinə) görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir!

Allahdan həm dünya həm də axirət xeyirini diləyərək Ona dua edən kimsələr üçün dünyada etdikləri saleh əməllər müqabilində onlar üçün əzəmətli savab vardır. Allah əməlləri tez haqq-hesab edəndir.

Al-Baqara 2:202Listen in Qur'an →
203

۞ وَٱذْكُرُوا۟ ٱللَّهَ فِىٓ أَيَّامٍۢ مَّعْدُودَٰتٍۢ ۚ فَمَن تَعَجَّلَ فِى يَوْمَيْنِ فَلَآ إِثْمَ عَلَيْهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثْمَ عَلَيْهِ ۚ لِمَنِ ٱتَّقَىٰ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ

(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!

Sayı az olan günlərdə: zilhiccənin 11-i, 12-si və 13-ü günlərində "Allahu Əkdər" və "Lə iləhə illə Allah" deyib Allahı yad edin. Kim tələsib, on ikinci gündə daş atdıqdan sonra minadan çıxmaq istəyərsə, çıxa bilər və ona heç bir günah olmaz, çünki Allah bunu yüngülləşdirmişdir. Kim də 13-cü gün daş atdıqdan sonra çıxmaq istəyərsə, edə bilər və ona da heç bir günah olmaz. Bunu edən şəxs, ən kamilini etmiş və peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə tabe olmuşdur. Bunların hamısı, öz həccində Allahdan qorxaraq, həcc əməllərini, Allahın əmr etdiyi kimi yerinə yetirən, Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinərək Allahdan qorxun şəxs üçündür. Bilin ki, siz, yalnız Onun hüzuruna dönəcəksiz və O, sizi əməllərinizə görə mükafatlandıracaqdır.

Al-Baqara 2:203Listen in Qur'an →
204

وَمِنَ ٱلنَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُۥ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيُشْهِدُ ٱللَّهَ عَلَىٰ مَا فِى قَلْبِهِۦ وَهُوَ أَلَدُّ ٱلْخِصَامِ

(Ya Rəsulum!) İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.

Ey Peyğəmbər! İnsanlardan eləsi də var ki, o, münafiqdir. Onun bu dünya həyatında danışdığı sözləri səni heyran edər. Sən onu gözəl danışan görərəsən. Amma həqiqətdə o, sən ona inanmağın üçün belə edər, onun bununla məqsədi, öz canını və malını qorumaqdır və o, -yalançı olduğu halda- qəlbində olan imanı və xeyri Allahı şahid göstərər. Əslində isə o, müsəlmanlara qarşı ən qatı mübahisəçi və düşməndir.

Al-Baqara 2:204Listen in Qur'an →
205

وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِى ٱلْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ ٱلْحَرْثَ وَٱلنَّسْلَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْفَسَادَ

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!

O adam səndən ayrılıb, dönüb getdikdə asi əməllərlə yer üzündə fitnə-fəsad törətməyə, əkini məhv etməyə və mal-qaranı tələf etməyə çalışar. Allah isə yer üzündə fitnə-fəsadı törətməyi və fitnə-fəsad əhlini sevməz!

Al-Baqara 2:205Listen in Qur'an →
206

وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتْهُ ٱلْعِزَّةُ بِٱلْإِثْمِ ۚ فَحَسْبُهُۥ جَهَنَّمُ ۚ وَلَبِئْسَ ٱلْمِهَادُ

Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

Yer üzündə fitnə-fəsadı törədənə - nəsihət olaraq - Allahın hüdudlarına hörmət edib və qadağanlarından çəkinərək, Ondan qorx, deyildikdə, təkəbbürlük və lovğalıq onu haqqa dönməsinə mane olar və beləliklə də günahda davam edər. Ona, Cəhənnəmə daxil olmaq, cəza olaraq kifayət edər. Cəhənnəm, öz əhli üçün necə də pis bir yerdir!

Al-Baqara 2:206Listen in Qur'an →
207

وَمِنَ ٱلنَّاسِ مَن يَشْرِى نَفْسَهُ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ

İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!

İnsanlardan nəfsini Allahın razılığını qazanmaq üçün satan və canını Allahın itaətində sərf edən və Allah yolunda Onun razılığını qazanmaq üçün cihad edən mömin kimsələr də vardır. Allahın qullarına qarşı rəhməti genişdir və onlara şəfqətlidir!

Al-Baqara 2:207Listen in Qur'an →
208

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱدْخُلُوا۟ فِى ٱلسِّلْمِ كَآفَّةًۭ وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!

Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! İslamı bütövlüklə qəbul edin, ondan heç bir şeyi tərk etməyin və Kitab əhlinin etdiyi kimi, kitabın bəzisinə iman edib, bəzisini isə inkar etməyin. Şeytanın yollarına tabe olmayın, çünki o, sizə düşmənçiliyi açıq-aydın olan və düşmənçiliyini göstərən düşməninizdir.

Al-Baqara 2:208Listen in Qur'an →
209

فَإِن زَلَلْتُم مِّنۢ بَعْدِ مَا جَآءَتْكُمُ ٱلْبَيِّنَٰتُ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ

Əgər bu qədər aşkar dəlil (ayələr) gəldikdən sonra siz yenə də doğru yoldan azarsınızsa, o zaman bilin ki, Allah da qüvvət, hikmət sahibidir!

Sizə heç bir şübhə olmayan açıq-aydın dəlillər gəldikdən sonra siz, haqq yoldan meyil edib azğınlıqa düşsəniz, bilin ki, Allah yenilməz qüdrət və qüvvət sahibidir, işlərində və şəriətində hikmərlidir. Allahdan qorxun və Onu əzəmətli tutun.

Al-Baqara 2:209Listen in Qur'an →
210

هَلْ يَنظُرُونَ إِلَّآ أَن يَأْتِيَهُمُ ٱللَّهُ فِى ظُلَلٍۢ مِّنَ ٱلْغَمَامِ وَٱلْمَلَٰٓئِكَةُ وَقُضِىَ ٱلْأَمْرُ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

Yoxsa onlar Allahın (qəzəbinin) bulud kölgələri içində mələklərlə (əzab mələkləri ilə) gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz ki, (bütün) işlər (axırda) Allaha qayıdacaqdır.

Yoxsa şeytanın yollarına tabe olub haqq yoldan azan kimsələr Qiyamət günü Allahın bulud kölgələri içində və mələklərin də o bulud kölgələrini hər bir tərəfdən əhatə edərək onlar arasında hökm vermək üçün pak və calal sahibi olan Allaha layiq şəkildə gəlməsinimi gözləyirlər? O gün Allah onlar arasında hökm verib qurtaracaqdır. Şübhəsiz ki, bəşəriyyətin işləri yalnız pak olan tək Allaha qaytarılacaqdır.

Al-Baqara 2:210Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.