Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 191–200 of 286

191

وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚ وَٱلْفِتْنَةُ أَشَدُّ مِنَ ٱلْقَتْلِ ۚ وَلَا تُقَٰتِلُوهُمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمْ فِيهِ ۖ فَإِن قَٰتَلُوكُمْ فَٱقْتُلُوهُمْ ۗ كَذَٰلِكَ جَزَآءُ ٱلْكَٰفِرِينَ

Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!

Onlara harada rast gəlsəniz, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Bu yer Məkkədir. Möminləri Allaha ibadət etməyə mane olub və onları yenidən küfrə qayıtmaları üçün onlara əzab-əziyyət vermək insan qətlə yetirməkdən də daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında döyüşə başlamayınca, siz də Məscidulharama təzim əlaməti olaraq onlarla orada döyüşə başlamayın. Əgər sizinlə Məscidulharamda döyüşə başlayarlarsa vuruşsalar, bu zaman onları öldürün. Belə bir cəza - bu, onların Məscidulharamda həddlərini aşdığına görə onları öldürməkdir - kafirlərin cəzası olur.

Al-Baqara 2:191Listen in Qur'an →
192

فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!

Əgər onlar sizinlə döyüşməyə və öz küfr əməllərinə son qoysalar, siz də onlardan əl çəkin. Həqiqətən, Allah, Ona tövbə edənin tövbəsini qəbul edib onu bağışlayar və onların keçmişdə etdikləri əməllərə görə onlara əzab verməz. Allah qullarına rəhmlidir onlara əzabı tezləşdirməz!

Al-Baqara 2:192Listen in Qur'an →
193

وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌۭ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِ ۖ فَإِنِ ٱنتَهَوْا۟ فَلَا عُدْوَٰنَ إِلَّا عَلَى ٱلظَّٰلِمِينَ

Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.

Kafirlərlə, Allaha şərik qoşmayınca, insanları Allahın yolundan mane olmayınca, küfr etməyincə və zahir din yalnız Allahın dini olmayıncaya qədər onlarla vuruşun! Əgər öz küfrlərinə və insanları Allah yolundan mane olmağa son qoysalar, bu zaman onlarla döyüşməkdən əl çəkin, çünki düşmənçilik ancaq küfr edən və insanları Allah yolundan mane olan zalımlara qarşı olur.

Al-Baqara 2:193Listen in Qur'an →
194

ٱلشَّهْرُ ٱلْحَرَامُ بِٱلشَّهْرِ ٱلْحَرَامِ وَٱلْحُرُمَٰتُ قِصَاصٌۭ ۚ فَمَنِ ٱعْتَدَىٰ عَلَيْكُمْ فَٱعْتَدُوا۟ عَلَيْهِ بِمِثْلِ مَا ٱعْتَدَىٰ عَلَيْكُمْ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ

(Döyüş) haram olan ay [hicrətin 7-ci ilinin zülqə’də ayı) (döyüş)] haram olan ay (hicrətin 6-cı ilinin zülqə’də ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.

Allahın sizi hicrətin 7-ci ilində Məscidulharama daxil olub, ümrə ziyarətini əda etməyi imkan verdiyi haram ayı, müşriklər hicrətin 6-cı ilində sizi Məscidulharama daxil olmanıza mane olduqları haram ayının müqabilidir. Məkkə şəhərinin, haram ayının və ehramın haram olması kimi - haramları da pozmağın cəzası, həddini aşanlardan qisas almaqdır. Kim sizə qarşı bu aylarda həddini aşarsa, siz də onun mislində cavab verin və cavab verdikdə həddinizi aşmayın, çünki Allah həddini aşanları sevməz. Allahın sizə izin verdiyi işlərdə həddinizi aşmaqdan qorxun. Bilin ki, Allah, müvəffəq və yardım etməklə Ondan qorxan qulları ilə birgədir.

Al-Baqara 2:194Listen in Qur'an →
195

وَأَنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَلَا تُلْقُوا۟ بِأَيْدِيكُمْ إِلَى ٱلتَّهْلُكَةِ ۛ وَأَحْسِنُوٓا۟ ۛ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ

(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.

Malı, cihad və s. bu kimi Allaha itaət olan işlərdə xərcləyin. Cihadı və bu yolda mal xərcləməyi tərk edərək yaxud özünüzü, sizin məhvinizə səbəb olan təhlükəyə ataraq özünüzü ölümə atmayın. İbadətlərinizdə, davranışınızda və əxlaqınızda yaxşılıq edin! Şübhəsiz ki, Allah, hər bir işində yaxşılıq edənləri sevər, onların savabını çoxaldar və onları doğru yola müvəffəq edər.

Al-Baqara 2:195Listen in Qur'an →
196

وَأَتِمُّوا۟ ٱلْحَجَّ وَٱلْعُمْرَةَ لِلَّهِ ۚ فَإِنْ أُحْصِرْتُمْ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ ۖ وَلَا تَحْلِقُوا۟ رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ ٱلْهَدْىُ مَحِلَّهُۥ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ بِهِۦٓ أَذًۭى مِّن رَّأْسِهِۦ فَفِدْيَةٌۭ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍۢ ۚ فَإِذَآ أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِٱلْعُمْرَةِ إِلَى ٱلْحَجِّ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ ۚ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍۢ فِى ٱلْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌۭ كَامِلَةٌۭ ۗ ذَٰلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُۥ حَاضِرِى ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ

Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.

Uca Allahın razılığını qazanmaq üçün həcc və ümrə əməllərinin hər ikisini tam yerinə yetirin. Əgər siz, xəstəlik üzündən, yaxud düşmənə görə və ya başqa səbəbdən dolayı həcc və ya ümrə əməllərini yerinə yetirə bilməsəniz, o zaman ehramdan çıxmanız üçün imkan daxilində - dəvə, yaxud inək, yaxud da qoyun- qurban kəsməlisiniz. Qurbanlıq, kəsilməsi lazım olan yerinə çatana qədər başınızı qırxmayın va ya saçınızı qısaltmayın. Əgər kiməsə Məscidulharama daxil olmağa mane olunarsa, onda qoy qurbanı, mane olunduğu yerdə kəssin. Əgər Məscidulharama daxil olmağa mane olunmasa, qoy qurbanını bayram və ya təşriq günülərində kəssin. Sizlərdən xəstə və ya saçında bit olduğu üçün əziyyət çəkən varsa və bu səbəbdən başını qırxsa ona günah yazılmaz. Lakin həmin kimsə fidyə olaraq ya üç gün oruc tutmalı, ya Məscidulharamdakı miskinlərdən altı miskini doydurmalı, ya da bir qoyun kəsib Məscidulharamdakı fəqirlərə paylamalıdır. Əmin olduğunuz təqdirdə həcc aylarında ümrə ibadətini yerinə yetirib, həmin ilin həccinə qədər ehramda özünə haram olunanlardan istifadə edən kəs, imkan daxilində bir qoyun yaxud da yeddi nəfərə bir dəvə və ya bir inək qurban kəssin. Qurban kəsməyə maddi imkanı olmayan isə qurbanlıqın əvəzi olaraq həcc günlərində üç gün, ailəsinə döndükdən sonra isə yeddi gün oruc tutmalıdır. Beləliklə, bunların hamısı kamil on gün edər. Təməttü həcci edən kimsənin qurban kəsməsi və qurban kəsməyə maddi imkanı olmadığı təqdir də isə oruc tutmasının vacib olması hökmü, Məscidulharamda və ya Məscidulharama yaxın yerdə sakin olmayanlara aiddir. Allahın şəriətinə tabe olaraq və qoyduğu hüdudlara hörmətlə yanaşaraq Ondan qorxun. Bilin ki, Allahın əmrinə müxalif olan kimsəyə Allahın əzabı şiddətlidir.

Al-Baqara 2:196Listen in Qur'an →
197

ٱلْحَجُّ أَشْهُرٌۭ مَّعْلُومَٰتٌۭ ۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِى ٱلْحَجِّ ۗ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَتَزَوَّدُوا۟ فَإِنَّ خَيْرَ ٱلزَّادِ ٱلتَّقْوَىٰ ۚ وَٱتَّقُونِ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ

Həcc (mövsümü) mə’lum olan aylardır (şəvval, zülqə’də ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!

Həccin vaxtı məlum olan aylardadır. Bu aylar şəvval ayı ilə başlayıb zülhiccənin birinci on günü sona çatır. Kim bu aylarda həcci yerinə yetirməyi özünə vacib edib və ehrama niyyət edərsə ona zövcəsi ilə yaxınlıq etmək və yaxınlıq etməyə səbəb olan hər bir şey və həmçinin zaman və məkanın əzəmətliyinə görə asilik edərək Allahın taətindən çıxmaq haram olar. Qəzəbə və dartışmaya gətirib çıxaran mübahisə etmək də haramdır. Etdiyiniz yaxşı işi Allah bilir və mükafatını verəcəkdir. Həcc ibadətini yerinə yetirmək üçün özünüzə ehtiyacınız olan yemək, içmək azüqəsi əldə edin. Bilin ki, hər bir işinizdə ən xeyirli yardımçı olan Allah qorxusudur. Ey sağlam ağıl sahibləri əmrlərimə müti olmaqla və qadağanlarımdan çəkinməklə Məndən qorxun.

Al-Baqara 2:197Listen in Qur'an →
198

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَبْتَغُوا۟ فَضْلًۭا مِّن رَّبِّكُمْ ۚ فَإِذَآ أَفَضْتُم مِّنْ عَرَفَٰتٍۢ فَٱذْكُرُوا۟ ٱللَّهَ عِندَ ٱلْمَشْعَرِ ٱلْحَرَامِ ۖ وَٱذْكُرُوهُ كَمَا هَدَىٰكُمْ وَإِن كُنتُم مِّن قَبْلِهِۦ لَمِنَ ٱلضَّآلِّينَ

(Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məş’ərülhəramda Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!

Həcc vaxtı ticarət və s. bu kimi halal yolla ruzi qazanmanız sizə günah deyildir. Doqquzuncu gün ərəfatda durduqdan sonra zülhiccənin onuncu gecəsi müzdəlifəyə gəldikdə Məşərulharamda Allahın şəninə Sübhənallah, Lə iləhə illə Allah deyib və Allaha dua etməklə Onu yada salın! Sizə dini bilgiləri və həcc qaydalarını yönəltdiyinə görə Onu yad edin. Siz bundan öncə Onun şəriətindən qafil idiniz.

Al-Baqara 2:198Listen in Qur'an →
199

ثُمَّ أَفِيضُوا۟ مِنْ حَيْثُ أَفَاضَ ٱلنَّاسُ وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

Sonra siz, ərafatda dayanmayan cəhalət əhlinin etdiyi kimi deyil, əksinə İbrahimin - aleyhissəlam - ardınca gedən insanların etdiyi kimi ərafatdan çıxıb gəlin və ibadətləri əda etdikdə yol verdiyiniz naqisliklərə görə Allahdan bağışlama diləyin. Şübhəsiz ki, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara rəhmlidir!

Al-Baqara 2:199Listen in Qur'an →
200

فَإِذَا قَضَيْتُم مَّنَٰسِكَكُمْ فَٱذْكُرُوا۟ ٱللَّهَ كَذِكْرِكُمْ ءَابَآءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًۭا ۗ فَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِى ٱلدُّنْيَا وَمَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِنْ خَلَٰقٍۢ

Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldiğınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bə’zisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!

Həcc əməllərini yerinə yetirib bitirdikdə Allahı yad edin və ata-babalarınızla fəxr edib onları təriflədiyiniz kimi, hətta ata-babalarınızı yad etdiyinizdən də daha artıq Allahı yad edin! Çünki sizdə olan hər bir nemət yalnız uca və Pak olan Allahdandır. İnsanlar müxtəlifdirlər, onlardan bəziləri yalnız dünya həyatına inanan kafir müşrikdir. Allahdan sağlamlıq, mal və övlad kimi dünya neməti və zinəti istərlər. Belə kimsələr dünyaya rəğbət edib, axirətdən üz çevirdiklərinə görə onların, Allah, axirətdə mömin qulları üçün hazırladığı nemətlərdən heç bir payı yoxdur.

Al-Baqara 2:200Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.