Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 181–190 of 286

181

فَمَنۢ بَدَّلَهُۥ بَعْدَمَا سَمِعَهُۥ فَإِنَّمَآ إِثْمُهُۥ عَلَى ٱلَّذِينَ يُبَدِّلُونَهُۥٓ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌۭ

(Ölənin vəsiyyətini) eşitdikdən sanra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir.

Kim vəsiyyəti bildikdən sonra onu artıraraq yaxud azaldaraq yaxud da ki vəsiyyətin, vəsiyyət olunan insana çatmasına mane olaraq vəsiyyəti dəyişdirsə, bu zaman günah vəsiyyət edənə deyil, yalnız onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah qullarının sözlərini eşidəndir, əməllərini isə biləndir və onların heç bir halı da Allaha gizlin qalmaz.

Al-Baqara 2:181Listen in Qur'an →
182

فَمَنْ خَافَ مِن مُّوصٍۢ جَنَفًا أَوْ إِثْمًۭا فَأَصْلَحَ بَيْنَهُمْ فَلَآ إِثْمَ عَلَيْهِ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!

Kim vəsiyyət sahibinin haqsızlıq etməsini və ya vəsiyyət də kiməsə zülm olunduğunu bilərsə, vəsiyyət edənin etdiyi xatanı aradan qaldırmaq məqsədi ilə vəsiyyətə dəyişiklik edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz, əksinə, bu yaxşı əmələ görə o, savab qazanar. Şübhəsiz ki, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara rəhmlidir!

Al-Baqara 2:182Listen in Qur'an →
183

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! Oruc sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi, Rəbbinizdən sizə də oruc tutmaq fərz edildi ki, bəlkə saleh əməllər edərək özünüzlə Allahın əzabı arasında orucu sipər edib, Allahdan qorxasınız. Saleh əməllərin ən əzəmətlilərindən biridə orucdur.

Al-Baqara 2:183Listen in Qur'an →
184

أَيَّامًۭا مَّعْدُودَٰتٍۢ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَىٰ سَفَرٍۢ فَعِدَّةٌۭ مِّنْ أَيَّامٍ أُخَرَ ۚ وَعَلَى ٱلَّذِينَ يُطِيقُونَهُۥ فِدْيَةٌۭ طَعَامُ مِسْكِينٍۢ ۖ فَمَن تَطَوَّعَ خَيْرًۭا فَهُوَ خَيْرٌۭ لَّهُۥ ۚ وَأَن تَصُومُوا۟ خَيْرٌۭ لَّكُمْ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

Sizə fərz buyurulmuş oruc, sizin, il ərzində bəzi günlərdə tutduğunuz orucdur. Sizlərdən oruc tutmağa çətinlik çəkən xəstə, yaxud səfərdə olan kəs orucunu aça bilər. Sonra isə tutmadığı hər günün əvəzinə bir gün oruc tutmalıdır. Oruc tutmağa taqəti olub, iftar edənlər isə fidyə verməlidirlər. Fidyə: iftar etdiyi hər bir günün əvəzində bir yoxsulu yedirtməyə deyilir. Kim hər bir günün əvəzində bir yoxsuldan çox insan yedirtərsə yaxud da həm oruc tutub, həm də ki, yoxsul yedirtərsə bu onun üçün daha xeyirli olar. Oruc tutmanız, sizin üçün iftar edib sonra da fidyə verməkdən daha xeyirlidir. Kaş, orucun fəzilətini biləydiniz. Bu hökm, Allah orucu vacib etdiyi ilk vaxtlarda idi, kim istəsə oruc tutardı, kim də istəsəydi iftar edib fidyə verə bilərdi. Bundan sonra Allah, oruc tutmağı vacib etdi və orucu hər bir həddi-büluğa çatan və oruc tutmaqa taqəti olan insana fərz etdi.

Al-Baqara 2:184Listen in Qur'an →
185

شَهْرُ رَمَضَانَ ٱلَّذِىٓ أُنزِلَ فِيهِ ٱلْقُرْءَانُ هُدًۭى لِّلنَّاسِ وَبَيِّنَٰتٍۢ مِّنَ ٱلْهُدَىٰ وَٱلْفُرْقَانِ ۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهْرَ فَلْيَصُمْهُ ۖ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍۢ فَعِدَّةٌۭ مِّنْ أَيَّامٍ أُخَرَ ۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلْعُسْرَ وَلِتُكْمِلُوا۟ ٱلْعِدَّةَ وَلِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) tə’zim və şükür edəsiniz.

Quranın peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil olması Ramazan ayının qədir gecəsində başlamışdır. Allah bu Quranı insanlara doğru yolu göstərmək üçün nazil etmişdir. Quran da doğru yolu göstərən və haqqı batildən ayırd edənin açıq-aydın dəlillər vardır. Kim bu aya yerli və sağlam olaraq yetişərsə, onun, həmin ayda oruc tutması vacibdir. Xəstəliyi üzündən oruc tutmağa çətinlik çəkən yaxud bu ayda müsafir olan kimsə orucunu aça bilər. Əgər bu səbəbdən orucunu açarsa, iftar etdiyi günləri qəza etməsi vacibdir. Allah sizin üçün qoyduğu bu şəriətlə sizə çətinlik deyil, asanlıq istər ki, siz oruc ayının bütün günlərini tamamlayasınız və ramazan ayının sonunda və bayram günündə Allah sizi bu ayı kamil olaraq oruc tutmağa müvəffəq və yardım etdiyi üçün Onun şəninə təkbirlər deyəsiz. Bəlkə siz, Allahın sizi razı olduğu dinə yönəltdiyi üçün Ona şükür edəsiniz.

Al-Baqara 2:185Listen in Qur'an →
186

وَإِذَا سَأَلَكَ عِبَادِى عَنِّى فَإِنِّى قَرِيبٌ ۖ أُجِيبُ دَعْوَةَ ٱلدَّاعِ إِذَا دَعَانِ ۖ فَلْيَسْتَجِيبُوا۟ لِى وَلْيُؤْمِنُوا۟ بِى لَعَلَّهُمْ يَرْشُدُونَ

(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.

Ey Peyğəmbər! Əgər qullarım səndən Mənim onlara yaxın olmam və onların dualarına icabət etməm barədə soruşsalar, Mən onlara yaxınam, onarın hər bir halından xəbərdaram, dualarını da eşidirəm və buna görə onların heç bir vasitəçilərə və ya səslərini hündürə qaldırmağa ehtiyacları yoxdur. Mənə ixlasla dua edənin duasını qəbul edərəm. Gərək onlar da Mənim əmrlərimə tabe olub və imanlarında sabit qalmalıdırlar. Çünki bu, Mənim onların dualarına cavab verməyim üçün ən yaxşı vasitədir. Əgər onlar belə etsələr, bəlkə dini və dünyavi işlərində doğru yola yönəlmiş olarlar.

Al-Baqara 2:186Listen in Qur'an →
187

أُحِلَّ لَكُمْ لَيْلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمْ ۚ هُنَّ لِبَاسٌۭ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌۭ لَّهُنَّ ۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتَانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ ۖ فَٱلْـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبْتَغُوا۟ مَا كَتَبَ ٱللَّهُ لَكُمْ ۚ وَكُلُوا۟ وَٱشْرَبُوا۟ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلْخَيْطُ ٱلْأَبْيَضُ مِنَ ٱلْخَيْطِ ٱلْأَسْوَدِ مِنَ ٱلْفَجْرِ ۖ ثُمَّ أَتِمُّوا۟ ٱلصِّيَامَ إِلَى ٱلَّيْلِ ۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمْ عَٰكِفُونَ فِى ٱلْمَسَٰجِدِ ۗ تِلْكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقْرَبُوهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (e’tikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!

İslamın əvvəl vaxtında, kişi oruc gecəsi yatıb sonra da fəcrdən qabaq yuxudan oyansaydı ona yemək, içmək və ailəsinə yaxınlıq etmək haram idi. Ey Möminlər! Allah bu hökmü nəsx edib və sizə oruc gecələrində qadınlarınıza yaxınlıq etməyi halal etdi. Onlar sizin örtüyünüz və iffətinizdir, sizdə onların örtüyü və iffətisiniz. Siz daima biri-birinizə möhtacınız. Allah sizin öz nəfslərinizə xəyanət edərək, sizi qadağan etdiyi əməli etmənizi bilir. Allah sizə rəhm edib, tövbənizi qəbul etdi və bu hökmü sizin üçün yüngülləşdirdi. İndi isə qadınlarınıza yaxınlaşın və onlara, Allahın qədər olaraq yazdığı züriyyəti istəyərək yaxınlıq etdin. Dan yeri sökülənə, fəcrin ağlığı gecənin qaranlığından seçilənə qədər bütün gecəni yeyin-için. Sonra fəcirin vaxtı daxil olandan ta günəş batana qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman qadınlara yaxınlıq etməyin. Çünki bu etikafı batil edir. Yuxarıda qeyd edilən bu hökmlər, halal ilə haram arasında olan Allahın hüdudlarıdır, bu hüdudlara heç vaxt yaxın durmayın. Kim Allahın hüdudlarına yaınlaşarsa harama düşməsinə az qalar. Allah belə açıq-aydın hökmlərlə Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar əmr olunan işləri etməklə və qadağan olunan işləri isə tərk etməklə Allahdan qorxalar.

Al-Baqara 2:187Listen in Qur'an →
188

وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَٰطِلِ وَتُدْلُوا۟ بِهَآ إِلَى ٱلْحُكَّامِ لِتَأْكُلُوا۟ فَرِيقًۭا مِّنْ أَمْوَٰلِ ٱلنَّاسِ بِٱلْإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ

Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!

Sizdən bəziləriniz-bəzilərinin malını oğurlayaraq, zorla alaraq və ya aldadaraq haqsızlıqla götürməsin. İnsanların malının bir qismini asilik edərək onların əlindən almaq üçün hakimlər yanında mübahisə etməyə çalışmayın, axı siz, Allahın bunu haram etdiyini bilirsiz. Haram olduğunu bildiyi halda günaha yol yerməyin əzbı isə daha şiddətlidir.

Al-Baqara 2:188Listen in Qur'an →
189

۞ يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَهِلَّةِ ۖ قُلْ هِىَ مَوَٰقِيتُ لِلنَّاسِ وَٱلْحَجِّ ۗ وَلَيْسَ ٱلْبِرُّ بِأَن تَأْتُوا۟ ٱلْبُيُوتَ مِن ظُهُورِهَا وَلَٰكِنَّ ٱلْبِرَّ مَنِ ٱتَّقَىٰ ۗ وَأْتُوا۟ ٱلْبُيُوتَ مِنْ أَبْوَٰبِهَا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!

Ey Peyğımbər! Səndən yeni doğan ayların yaranması və bu ayların dəyişməsi barəsində soruşurlar. Sən onlara cavab olaraq bunun hikməti haqqda belə de: "Bunlar insanlar üçün vaxt ölçüləridir, onlar bu aylar vasitəsi ilə hacc aylarının və orucun vaxtını, zəkatın bir ilin tamam olmasını kimi ibadət vaxtlarını və müamələ məsələlərində də qanbahası vermək və borcu qayramaq kimi müəyyən etdikləri vaxtları bilirlər". Həcc və ya ömrə ehram libasında olduqda -Cahiliyyət dövründə düşündüyünüz kimi- evlərə arxa tərəfdən daxil olmaq heç də yaxşı və xeyir əməl deyildir. Lakin həqiqi yaxşı əməl sahibi Allahdan gizlidə və aşkarda qorxan insandır. Evlərə qapılarından daxil olumaq sizin üçün daha rahatdır və məşəqqətdən uzaqdır. Çünki Allah sizi, çətin və məşəqqətli işlərtlə mükəlləf etməmişdir. Saleh əməl edərək özünüzlə Allahın əzabı arasında sipər edin. Belə etsəniz bəlkə istədiyinizə nail olmaqla və qorxduqunuzdan nicat tapmaqla xoşbəxt olarsınız.

Al-Baqara 2:189Listen in Qur'an →
190

وَقَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يُقَٰتِلُونَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ

(Ey mö’minlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!

Sizi Allahın dinindən yayındırmaq üçün sizinlə vuruşan kafirlərə qarşı -Allahın kəlməsini uca tutmaq üçün- sizdə vuruşun. Uşaqları, qadınları və qocaları öldürmək, yaxud da düşməni öldürdükdən sonra meyitə işgəncə vermək və s. buna oxşar şeylər etməklə həddinizi aşmayın. Həqiqətən, Allah, qoyduğu şəriəti və verdiyi hökmləri aşan kimsələri sevməz.

Al-Baqara 2:190Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.