كَمَآ أَرْسَلْنَا فِيكُمْ رَسُولًۭا مِّنكُمْ يَتْلُوا۟ عَلَيْكُمْ ءَايَٰتِنَا وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَيُعَلِّمُكُم مَّا لَمْ تَكُونُوا۟ تَعْلَمُونَ
Həmçinin (ne’mətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Qur’anı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
Necə ki, biz sizə, başqa nemətlər bəxş etdik. Belə ki, sizə, ayələrimizi oxuyan, sizə əmr etdiyi yaxşı işlərlə və qadağan etdiyi pisliklərdən çəkindirərək sizi günahlardan təmizləyən, sizə Quran və sünnəni və daha bilmədikləriniz dini və dünyavi işləri sizə öyrətmək üçün öz içərinizdən bir peyğəmbər göndərdik.