ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَتْلُونَهُۥ حَقَّ تِلَاوَتِهِۦٓ أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۗ وَمَن يَكْفُرْ بِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ
Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.
Qurani-Kərim kitab əhlindən əllərindəki nazil edilmiş kitablara əməl edib və ona layiqincə tabe olan bir tayfa haqqda danışır. Onlar bu kitablarda Muhəmməd (ona Allahın salavatı və salamı olsun) peyğəmbərin həqiqi peyğəmbər olduğuna dəlalət edən əlamətlər gördükləri üçün ona iman gətirməyə tələsidlər. Başqa bir tayfa isə bu həqiqəti bildikdən sonra öz küfürlərində israr edib qaldıqları üçün xüsrana uğradılar.