Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 286

111

وَقَالُوا۟ لَن يَدْخُلَ ٱلْجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوْ نَصَٰرَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا۟ بُرْهَٰنَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

(Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”

Yəhudi və nasranilərdən olan hər bir tayfa: "Cənnət yalnız onlara aiddir" -dedilər. Yəhudilər: "Cənnətə yalnız yəhudi olan girəcəkdir" -dedilər. Nasranilər də həmçinin: "Cənnətə yalnız nasrani olan girəcəkdir" -dedilər. Bu onların batil xəyallarıdır. Elə isə, ey Peyğəmbər, onlara cavab olaraq belə de: "Əgər həqiqətən də siz bu iddianızda doğrusunuzsa, onda dəlilinizi gətirin!".

Al-Baqara 2:111Listen in Qur'an →
112

بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌۭ فَلَهُۥٓ أَجْرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

Hansı tayfadan olmasından aslı olmayaraq Allaha yönəlib ixlasla etdiyi ibadətdə Peyğəmbərin gətirdiyinə tabe olan hər bir şəxs Cənnətə daxil olacaqdır. Onun savabı da Allaha aiddir. Onların axirətdə qarşılcaqları şeylərə görə heç bir qorxuları olmaz və əldə edə bilmədikləri dünya nemətlərinə görə də qəm-qüssə çəkməzlər. Yuxarıda qeyd edilən vəsflər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbər olaraq gəldiyindən sonra yalnız müsəlmanlarda reallaşır.

Al-Baqara 2:112Listen in Qur'an →
113

وَقَالَتِ ٱلْيَهُودُ لَيْسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَىْءٍۢ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيْسَتِ ٱلْيَهُودُ عَلَىٰ شَىْءٍۢ وَهُمْ يَتْلُونَ ٱلْكِتَٰبَ ۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mö’təbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün və mö’təbər) bir şeyə istinad etmirlər “, -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!

Yəhudilər: "Nəsranilər düzgün din üzərində deyillər"- dedilər. Nəsranilər də: "Yəhudilər düzgün din üzərində deyillər"- dedilər. Halbuki onların hamısı Allahın onlara nazil etdiyi kitabları oxuyur və orada peyğəmbərlər arasında heç bir fərq qoymadan hamısına iman gətirməyin vacib olmasını bilirlər. Onların bu sözü rəsulların hamısını və onlara nazil edilən kitabları təkzib edən cahil müşriklərin sözünə bənzəyir. Elə buna görə də Qiyamət günü, Allah qullarına xəbər verdiyi adil hökmü ilə ixtilafda olanların hamısının arasında hökm verəcəkdir. Çünki nicat yalnız, Uca Allahın nazil etdiyi hər bir şeyə iman etməkdədir.

Al-Baqara 2:113Listen in Qur'an →
114

وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذْكَرَ فِيهَا ٱسْمُهُۥ وَسَعَىٰ فِى خَرَابِهَآ ۚ أُو۟لَٰٓئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَآ إِلَّا خَآئِفِينَ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌۭ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌۭ

Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!

Allahın məscidlərində Onun adının zikr edilməsinə, orada namaz qılmağa, zikir edib Quran oxumağa maneçilik törədənlərdən, onların viranə qalmasına, oranı dağıtmağa yaxud orada ibadət etməkdən mane olmağa çalışanlardan daha zalım heç kim yoxdur. Məscidlərin viranə qalmasına çalışan kimsələr, etdikləri küfrə və Allahın məscidlərinə mane olduqları üçün əslində onlar oraya qorxa-qorxa, qəlbləri titrəyərək daxil olmalı idilər. Onlar üçün dünyada möminlərin əli ilə zəlillik və rüsvayçılıq, insanları məscidlərə getməsinə mane olduqları üçün axirətdə isə böyük bir əzab vardır.

Al-Baqara 2:114Listen in Qur'an →
115

وَلِلَّهِ ٱلْمَشْرِقُ وَٱلْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا۟ فَثَمَّ وَجْهُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ وَٰسِعٌ عَلِيمٌۭ

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!

Məşriqin də, məğribin də və onların arasında olan hər bir şeyin də mülkü Allahındır! Allah qullarına istədiyini əmr edər. Siz hansı səmtə yönəlsəniz, yenə də Uca Allaha yönəlmiş olarsız. Əgər O, sizə Beytülməqdisə yaxud Məkkəyə yönəlməyi əmr edərsə ya da səhvən qiblədən başqa tərəfə yönəlsəniz yaxud da ki, qibləyə yönəlmək sizə çətin olarsa bu işdə sizə günah olmaz. Həqiqətən, Allah Öz rəhməti və asanlaşdırması ilə qullarını Əhatəedən və onların niyyətlərini və əməllərini Biləndir.

Al-Baqara 2:115Listen in Qur'an →
116

وَقَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۖ بَل لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّۭ لَّهُۥ قَٰنِتُونَ

(Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!

Yəhudilər, nəsranilər və müşriklər: "Allah Özünə övlad götürmüşdür!" -dedilər. Halbuki O, belə bir işdən pakdır, müqəddəsdir! Onun, məxluqatına heç bir ehtiyacı da yoxdur. Övlada ehtiyacı olan özünə övlad götürər. Əksinə göylərdə və yerdə nə varsa, Pak və Uca Allaha məxsusdur. Bütün məxluqat, Pak Olan Allahın qullarıdır və Onun hökmünə tabedir. Allahda onları istədiyi kimi idarə edir.

Al-Baqara 2:116Listen in Qur'an →
117

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَإِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” –deyər, o da (fövrən) olar.

Göyləri, yeri və onların arasında olan hər bir şeyi misilsiz şəkildə yoxdan yaradan Pak Olan Allahdır. Bir işi təqdir edib yaranmasını istədiyi zaman, ona yalnız: "Ol !" –deyər, o da Allahın istədiyi kimi olar. Heç kim Allahın əmrinin və hökmünün qarşısını ala bilməz.

Al-Baqara 2:117Listen in Qur'an →
118

وَقَالَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا ٱللَّهُ أَوْ تَأْتِينَآ ءَايَةٌۭ ۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ ۘ تَشَٰبَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يُوقِنُونَ

(Müşriklərdən olan) cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər (yəhudilər və xaçpərəstlər) də buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.

Kitab əhlindən və müşriklərdən olan cahillər haqqı qəbul etməyə inadkarlıq göstərərək dedilər: "Nə üçün Allah bizimlə heç bir vasitə olmadan danışmır, yaxud nə üçün bizə, özümüzə məxsus bir hissi əlamət gətirmir?" Bundan əvvəl də rəsulları yalan sayan ümmətlər, zaman və məkanın dəyişməsinə rəğmən buna bənzər sözlər demişdilər. Onların qəlbləri, onlardan əvvəl yaşayıb küfr etmiş, inadkarlıq göstərmiş və həddi aşmış kimsələrin qəlblərini bənzəyir. Biz, özlərinə haqq bəyan olduqda ona tam yəqinliklə iman gətirən, ona şəkk-şübhə etməyən və inadkarlıq göstərməyən kimsələrə ayələrimizi açıq-aydın göstərdik.

Al-Baqara 2:118Listen in Qur'an →
119

إِنَّآ أَرْسَلْنَٰكَ بِٱلْحَقِّ بَشِيرًۭا وَنَذِيرًۭا ۖ وَلَا تُسْـَٔلُ عَنْ أَصْحَٰبِ ٱلْجَحِيمِ

(Ya Rəsulum!) Biz səni (mö’minlərə) haqq ilə (Qur’anla) müjdə verməyə və (kafirləri) qorxutmağa gondərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.

Ey Peyğəmbər! Biz səni heç bir şübhə olmayan haqq dinlə göndərdik ki, möminlərə cənnət ilə müjdə verib, kafirləri odla qorxudasan. Sənin vəzifən ancaq açıq-aşkar təbliğ etməkdir! Allah səndən, sənə iman etməyən cəhənnəm əhli barəsində isə sorğu-sual etməyəcəkdir.

Al-Baqara 2:119Listen in Qur'an →
120

وَلَن تَرْضَىٰ عَنكَ ٱلْيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۗ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَ ٱلَّذِى جَآءَكَ مِنَ ٱلْعِلْمِ ۙ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍ

(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.

Allah Öz peyğəmbərini xəbərdar edib çəkindirərək belə xitab edir: "Sən İslam dinini tərk edib onların yoluna tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar. Onlara belə de: Həqiqətən doğru yol, sizin batil yolunuz deyildir, əksinə, doğru yol, Allahın kitabı və onun bəyanıdır. Əgər sənə gələn açıq-aydın haqqdan sonra sən və ya sənə tabe olanlardan hər hansı biri onların istəklərinə uysanız, o zaman səni Allahın əzabından qoruyacaq nə bir yardım edən, nə də bir köməkçi taparsan. Bu isə, haqqı tərk edib batil əhlini dost tutmağın təhlükəli bir iş olduğunu göstərir.

Al-Baqara 2:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.