Muslim99Muslim99
← Tafsir library

2. Al-Baqara

The Cow · Medinan · 286 ayahs

سُورَةُ البَقَرَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 286

101

وَلَمَّا جَآءَهُمْ رَسُولٌۭ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌۭ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌۭ مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ كِتَٰبَ ٱللَّهِ وَرَآءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ

Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.

Tövratdakı vəsflərə müvafiq olmasına baxmayaraq Muhəmməd (ona Allahın salavatı və salamı olsun) Allah tərəfindən elçi olaraq göndərildikdə onlardan bir dəstə ona arxa çevirib fikir vermədilər. Onların bu halı, Tövratdakı haqq və doğru yoldan faydalanmayan və onunla maraqlanmayan cahil bir kimsənin halına bənzər.

Al-Baqara 2:101Listen in Qur'an →
102

وَٱتَّبَعُوا۟ مَا تَتْلُوا۟ ٱلشَّيَٰطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَٰنَ ۖ وَمَا كَفَرَ سُلَيْمَٰنُ وَلَٰكِنَّ ٱلشَّيَٰطِينَ كَفَرُوا۟ يُعَلِّمُونَ ٱلنَّاسَ ٱلسِّحْرَ وَمَآ أُنزِلَ عَلَى ٱلْمَلَكَيْنِ بِبَابِلَ هَٰرُوتَ وَمَٰرُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحْنُ فِتْنَةٌۭ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيْنَ ٱلْمَرْءِ وَزَوْجِهِۦ ۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا۟ لَمَنِ ٱشْتَرَىٰهُ مَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِنْ خَلَٰقٍۢ ۚ وَلَبِئْسَ مَا شَرَوْا۟ بِهِۦٓ أَنفُسَهُمْ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!

Yəhudilər Allahın dinini tərk edib əvəzində Allahın peyğəmbəri Süleymanın (Əleyhissalam) səltənətinə dair şeytanların uydurduqları yalanlara tabe oldular. Beləki yəhudilər Süleymanın səltənəti sehr vasitəsi ilə əldə etdiyini idda edirdilər. Halbuki, Süleyman yəhudilərin idda etdikləri kimi sehr etməklə kafir olmadı,əksinə şeytanlar İraqın Babil şəhərindəki insanları imtahan etmək üçün göndərdiyimiz Harut və Marut adlı iki mələyə nazil olan sehri insanlara öyrədərək kafir oldular. Halbuki o iki mələk: "Biz insanları imtahan etmək üçün göndərilmişik, sən gəl bu sehr öyrənməklə kafir olma!" – deyib insanları sehir öyrənməkdən çəkindirməzdən əvvəl heç kəsə sehr öyrətmirdilər. Kim bu iki mələyin nəsihətini qəbul etmədisə onlardan sehr, o cümlədən də ər-arvadı ayıran və onların arasında nifaq salan növlərini öyrənirdilər. Lakin sehrbazlar Allahın izni və istəyi olmadan heç kəsə zərər verə bilməzlər. Yəhudilər ancaq özlərinə faydası olmayan zərərli şeyləri öyrənirdilər. Yəhudilər Allahın kitabını sehrlə əvəz edənlərin axirətdə heç bir payı olmadığını yaxşı bilirlər. Onlar sehri Allahın vəhynə və şəriətinə dəyişib nəfslərini satın aldıqları iş necə də pisdir. Əgər onlar özlərinə fayda verən şeyi bilsəydilər belə çirkin və açıq-aydın azğınlıq yoluna cürət etməzdilər.

Al-Baqara 2:102Listen in Qur'an →
103

وَلَوْ أَنَّهُمْ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَمَثُوبَةٌۭ مِّنْ عِندِ ٱللَّهِ خَيْرٌۭ ۖ لَّوْ كَانُوا۟ يَعْلَمُونَ

Əgər onlar (Qur’ana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.

Əgər yəhudilər Allaha həqiqi iman gətirib Ondan qorxaraq saleh əməllər edər, Ona asi olmaqdan çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab onların etdikləri əməldən daha xeyirli olardı. Kaş ki onlar özlərinə fayda verən şeyləri dərk edəydilər.

Al-Baqara 2:103Listen in Qur'an →
104

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقُولُوا۟ رَٰعِنَا وَقُولُوا۟ ٱنظُرْنَا وَٱسْمَعُوا۟ ۗ وَلِلْكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌۭ

Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gozün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mə’nalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mə’nalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mə’nalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.

Uca Allah bu ayədə möminlərə, danışdıqları zaman gözəl sözlər istifadə etməyə yönəldərək deyir: "Ey iman gətirənlər! “Raina” Yəni: “Bizi qoru” və ya “bizə qayğı və ehtiram göstər” sözünü deməyin". Çünki yəhudilər bu sözü təhrif edib peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) müraciət edirdilər. Amma həqiqətdə isə onlar bu sözlə özündə pis məna daşıyan “ər-Ruunah” yəni: "Bizə çobanlıq et". mənasını qəsd edirdilər. Elə bu səbəbdən də Allah mömminləri peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) danışdıqda bu kəlməni istifadə etməkdən qadağan edib onlara isə özündə heç bir pis məna daşmayan “Unzurna” yəni: “Dediyini anlamaq üçün bizi gözlə!” -kəlməsini demələrini əmr etdi. Allaha küfür edənləri ağrıdıcı əzab gözləyir.

Al-Baqara 2:104Listen in Qur'an →
105

مَّا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ وَلَا ٱلْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍۢ مِّن رَّبِّكُمْ ۗ وَٱللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

(Ey mö’minlər!) Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (ne’mət) sahibidir!

Kitab əhli yaxud müşrik olmasından aslı olmayaraq kafirlər sizə Rəbbiniz tərəfindən istər az, istərsə də ki çox heç bir xeyir endirilməsini istəməzlər. Halbuki Allah peyğəmərliyi, vəhyi və imanı Öz mərhəməti ilə istədiyi kimsəyə bəxş edər. Allah böyük lütf sahibidir. İnsanların nail olduğu bütün xeyirlər hamısı Allahdandır. Rəsul göndərilməsi də, kitab nazil etməsi də Onun insanlara olan lütfündəndir.

Al-Baqara 2:105Listen in Qur'an →
106

۞ مَا نَنسَخْ مِنْ ءَايَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍۢ مِّنْهَآ أَوْ مِثْلِهَآ ۗ أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

Uca Allah bu ayədə bəyan edir ki, O, Qurandan hər hansı bir ayənin hökmünü ləğv etdikdə və ya onun ləfzini insanlara unutdurduqda, Uca Allah gec və ya tez ondan daha faydalısını, yaxud ona bənzərini gətirər. Bütün bunlar Allahın elmi və hikməti ilə baş verir. Ey peyğəmbər, axı sən Allahın hər şeyə qadir olmasını, istədiyini etməsini və istədiyi hökmü verməsini bilirsən!

Al-Baqara 2:106Listen in Qur'an →
107

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍ

Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!

Ey peyğəmbər, axı sən göylərin və yerin hökmranlığının ancaq Allaha məxsus olduğunu, istədiyi hökmü verdiyini, qullarına istədiyini əmr edib istədiyindən də çəkindirdiyini, istədiyi şəriəti iqrar edib və istədiyini isə ləğv etdiyini bilirsən!. Sizin Allahdan başqa işlərinizə kömək edən bir dostunuz və şəri sizdən uzaqlaşdıran bir yardımçınız yoxdur! Əksinə bütün bunlara qadir olan yalnız Allahdır.

Al-Baqara 2:107Listen in Qur'an →
108

أَمْ تُرِيدُونَ أَن تَسْـَٔلُوا۟ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَىٰ مِن قَبْلُ ۗ وَمَن يَتَبَدَّلِ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ

(Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peygəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.

Ey möminlər, bundan əvvəl Musanın qövmü Musaya etiraz və inadkarliq edərək: "Allahı bizə açıq-aşkar göstər!" (ən-Nisa: 153) deyib sorğu-suala çəkildiyi kimi siz də Rəsulunuzu sorğu-suala çəkməyin. Bu, sizə yaraşmaz. Kim İmanı küfrə dəyişərsə orta yol olan "siratəl-mustəqim" yolundan azmışdır.

Al-Baqara 2:108Listen in Qur'an →
109

وَدَّ كَثِيرٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يَرُدُّونَكُم مِّنۢ بَعْدِ إِيمَٰنِكُمْ كُفَّارًا حَسَدًۭا مِّنْ عِندِ أَنفُسِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْحَقُّ ۖ فَٱعْفُوا۟ وَٱصْفَحُوا۟ حَتَّىٰ يَأْتِىَ ٱللَّهُ بِأَمْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(Ey mö’minlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!

Yəhudi və nəsranilərdən bir çoxu peyğəbərin Allah tərəfindən gəldiyi həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki paxıllıq üzündən sizi, iman gətirmiş olduğunuz halda, sizin yenidən bütlərə ibadət etmənizi istərlər. Ey Peyğəmbər, Allahın sizin barədə hökmü gəlincəyə qədər həmin şəxslərin etdikləri əməlləri əfv edin, onların cahil olduğlarına görə onları qınamayın. Artıq bu barədə Allahın əmri və hökmü gəldi. Belə ki, kafir ya İslamı qəbul etmək ya cizyə ödəmək ya da ki, döyüşmək arasında seçim etməlidir. Həqiqətən Allah hər bir şeyə qadirdir. Kafirlər isə Allahı aciz edə bilməzlər.

Al-Baqara 2:109Listen in Qur'an →
110

وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍۢ تَجِدُوهُ عِندَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ

Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!

Namazın rükunlarını, vaciblərini və sünnələrini yerinə yetirərək tam şəkildə qılın. Malınızın zəkatını layiq olan insanlara verin! Ölməzdən əvvəl həyatda ikən, özünüzdən ötrü etdiyiniz hər bir yaxşı əməlin əvəzini qiyamət günü Allah yanında taparsınız. O gün Allah sizə etdiyiniz əməllərin müqabilini verəcəkdir. Həqiqətən, Allah nə etdiklərinizi görür və hər bir kəsi əməlinə görə mükafatlandıracaqdır!

Al-Baqara 2:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.