Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 52

21

وَبَرَزُوا۟ لِلَّهِ جَمِيعًۭا فَقَالَ ٱلضُّعَفَٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ ٱللَّهِ مِن شَىْءٍۢ ۚ قَالُوا۟ لَوْ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيْنَٰكُمْ ۖ سَوَآءٌ عَلَيْنَآ أَجَزِعْنَآ أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍۢ

(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərərik. İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!

İnsanlar Qiyamət günü qəbirlərindən çıxıb Alla­hın hüzu­runa gələcək və zəif­lər dünyada ikən öndə gedən başçılarına belə de­yə­cək­lər: "Ey Öndə gedən başçılarımız! Biz dünyada sizin arxanızca getdik. Əmrlərinizə itaət edib, qadağalarınızdan çəkindik. İndi siz bizi, Alla­hın əzabından, qismən də olsa, qoruya bilər­si­nizmi?" Bu zaman dünyada ikən öndə gedən başçıları onlara de­yə­cəklər: "Əgər Allah bizi doğ­ru yola müvəffəq etsəydi, biz də si­zə doğ­ru yolu yönəldərdik və beləliklə də, hamımız Allahın əzabından xilas olardıq. Lakin biz özümüz də azdıq və sizi də azdırdıq. İndi əzaba dözə bilməməyimiz və ya buna sə­bir etməyimiz hamımız üçün eynidir. Bu gün əzabdan qaçıb canımızı qurtarmaq üçün heç bir qurtuluş yeri yox­dur!"

22

وَقَالَ ٱلشَّيْطَٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم ۖ مَّآ أَنَا۠ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ ۖ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ ٱلظَّٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ

İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: “Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və’d vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və’d vermişdim, amma sonra və’dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!

Cənnət əhli Cənnətə, Cəhənnəm əhlidə Cəhənnəmə daxil olduqda, İblis onlara belə deyə­cək: "Allah sizə haqq vəd ver­mişdi. O, vədini yerinə yetirdi. Mən isə sizə batili vəd vermişdim, ona görə də və­dimi yerinə yetirmədim. Mənim dünyada sizi küfrə və zəlalətə sürükləyəcək heç bir gücüm yox idi. Lakim mən si­zi küfrə dəvət etdim və günahları sizə gözəl göstərdim, siz də mənə tabe olmaq üçün tələsdiniz. Odur ki, dünyada zəlalətə düşdüyünüz üçün məni yox, yalnız özünüzü qınayın. Bu gün nə mən si­zin köməyi­nizə ça­tıb əzabı sizdən sovuşdura bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­tıb əzabı məndən sovuşdura bilərsi­niz. Şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha ibadətdə Ona şərik qoşma­ğınızı rədd et­miş­dim!". Həqiqə­tən, dünyada Allaha şərik qoşub və Ona küfr edərək özlərinə zülüm edən kimsər üçün qiyamət günü onları gözləyən ağrılı-acılı bir əzab vardır.

23

وَأُدْخِلَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌ

İman gətirib yaxşı işlər görənlər isə (ağacları) altından çaylar axan cənnətlərə daxil ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə (yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: “Salam!” (demək) olacaqdır!

Zalımların tam əksi olaraq, uca Allah iman gətirib saleh əməl­lər edən­ləri, ağacları və qəsrləri altın­dan çay­lar axan cən­nətlərə daxil edəcəkdir. Onlar Rəbbinin izni və güc-güvvəti ilə orada əbədi olaraq qalacaqlar. Onların orada qarşıla­şarkən bir-birilərinə deyəcəyi, habelə, mələklərin və uca Allahın onlara de­yə­cəyi söz: "Sa­lam!" olacaqdır.

24

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًۭا كَلِمَةًۭ طَيِّبَةًۭ كَشَجَرَةٍۢ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌۭ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ

Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir.

Ey Peyğəmbər! Allahın tövhid kəliməsi olan (lə iləhə illallah) üçün necə məsəl çək­di­yini bilmirsənmi? Belə ki, Allah, həmin kəlməni kökü yerdə möh­kəm olub, təmiz sudan içən, budaqları isə göyə yük­sə­lən üzərinə düşən damcılardan su içən və təmiz havadan sovuran gözəl bir xurma ağacına bənzətmişdir.

25

تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır).

Rəbbinin əmri ilə bu gözəl ağac hər zaman öz gözəl bəhrə­sini verir. Uca Allah insanların öyüd-nəsihət almaları üçün onlara belə misallar çəkər.

26

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍۢ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍۢ

Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.

Pis olan şikr kəlməsinin məsəli, pis ağac (hənzələ) acı qovun ağacın məsəli kimidir. Bu ağac, kökü yerdən qopa­rıl­mış, nə yerə bağlı olan bir kökü, nə də ki, göyə yüksələn bu dudağı olmayan, çürüyüb, küləklər onu hər tərəfə sovuran ağaca bənzər. Küfür kəlməsinin sonuda beləcə yox olmaqdır. O kəlmə sahibinin yaxşı əməli əsla Allaha yüksəlməz.

27

يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّٰلِمِينَ ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ

Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!

Uca Allah möminləri tam bir iman ilə ölənə qədər həm dünya həyatında, həm bərzəx aləmində qəbirlərində sorğu-sual zamanı, həm də, Qiyamət günü tövhid kəliməsi üzərində sabit saxla­yar. Uca Allah Ona şəirk qoşan və Ona küfr edən zalımları haqq yoldan azdırar. Allah Öz ədaləti ilə istədiyi kimsəni zəlalətə salar və lütfü ilə də istədiyini hidayətə qovuşdurar. Bu işdə uca Allahı kimsə məcbur edə bilməz.

28

۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُوا۟ نِعْمَتَ ٱللَّهِ كُفْرًۭا وَأَحَلُّوا۟ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ

(Ya Rəsulum!) Məgər Allahın ne’mətini küfrə dəyişənləri (Allaha nankor olan Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?

Ey Peyğəmbər! Qüreyiş qəbiləsindən Allahın onlara haram bölğəsində bəxş etdiyi əmin-amanlıq içində yaşamaq nemətinə və Muhəmmədi (sallallahu aleyhi və səlləm) öz içərilərindən özlərinə peyğəmbər göndərilməsinə qarşı çıxıb Allaha və Onun rəsuluna küfr edənlərin halının necə olduğunu gördün. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Rəbbindən özlərinə gətirdiyi haqqı yalan sayaraq Allahın nemətlərinə nankorluq edilər. Qövmlərindən küfürdə onların ardınca gedənləri də həlak diyarına sürüklədilər.

29

جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ ٱلْقَرَارُ

Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!

Həlak diyarı, onların varid olacaqları Cəhənnəmdir. Onlar orada Cəhənnəm atəşindən əzab çəkəcəklər. Onların qərar tutacaqları yer, necə də pis bir yerdir.

30

وَجَعَلُوا۟ لِلَّهِ أَندَادًۭا لِّيُضِلُّوا۟ عَن سَبِيلِهِۦ ۗ قُلْ تَمَتَّعُوا۟ فَإِنَّ مَصِيرَكُمْ إِلَى ٱلنَّارِ

Onlar (xalqı) Allah yolundan döndərmək üçün Ona (özlərindən uydurub cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum! Onlara) belə de: “Hələ ki, (dünyada bir qədər) əylənib keg çəkin. Axırda məskəniniz atəş (Cəhənnəm) olacaqdır!”

Müşriklər, Allahın yolundan azdıqdan sonra özlərinə tabe olanları da azdırmaq üçün bütləri uca Allaha tay tut­du­lar. Ey Peyğəmbər! Onlara de: "Hələlik dünya ləzzətləri ilə əylənin və insanlar arasında şübhələr yaymaqla məşğul olun. Şübhəsiz ki, Qiyamət günü dönüşü­nüz Cəhhənəmə olacaqdır. Sizin oradan başqa dönüş yeriniz yoxdur!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.