Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 52

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ

Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Qur’an) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tə’rifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik.

﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu Quran, Allahın istəyi və köməyi ilə insan­la­rı küfr, cəhalət və zəlalət çirkabından, iman, elm və hər bir şeydə həmd-sənaya layiq, kimsənin qalib gələ bilməyəcəyi İzzət sahibi olan Allahın yoluna, İslam dininə çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

2

ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌۭ لِّلْكَٰفِرِينَ مِنْ عَذَابٍۢ شَدِيدٍ

Elə bir Allah ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına!

Göylərdə və yerdə olan hər bir mülkün sahibi yalnız tək Allahdır. İbadərə yalnız O layiqdir. Onun məxluqatdan heç bir şəriki yoxdur. Kafir olanlar şiddətli bir əzaba düçar olacaqlar!

3

ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْءَاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۭ بَعِيدٍۢ

O kəslər ki, dünyanı (fani dünya malını) axirətdən (axirət ne’mətlərindən) üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.

Kafirlər nemətləri fani olan dünya həyatını, nemətləri əbəbi olan axi­rət həyatından üstün tutur, insanları Allah yo­lundan sapdırır və kiminsə bu haqq yolu tutmasın deyə, insanlara bu yolu, əyri bir yol kimi göstərməyə çalışırlar. Bu sifətlərə sahib olan kimsələr, haqq və həqiqətdən uzaq düşüb, azan kimsələrdir.

4

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Biz hər bir elçini ancaq öz qövmünün dilində danışan gön­dər­dik ki, Allah yanından gətirdikləri haqqı on­lara bə­yan edib, başa salması üçün asan olsun. Biz elçiləri öz qövmlərinə məcburən Allaha iman etdirmələri üçün göndərmədik. Allah istədiyini Öz ədaləti ilə azdırır və istədi­yini də fəziləti ilə doğru yola müvəffəq edir. O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Yaratmasına və idarə etməsində hikmət sahibidir.

5

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ

Biz Musaya: “Tayfanın (İsrail oğullarını) zülmətdən nura çıxart və Allahın (vaxtilə onlara ne’mət verdiyi) günlərini xatırlat. Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” (deyib) onu mö’cüzələrimizlə (peyğəmbər) göndərdik.

Biz Musanı onun doğruluğuna dəlalət edən möcüzələri­miz­lə gön­dərib ona dəstək verdik. Şübhəsiz ki, o, Rəbbi tərəfindən göndərilən bir elçidir. Biz ona, qövmünü küfrdən və cəhalətdən, imana və elmə çıxarmasını əmr etdik. Eyni zamanda Biz ona, Allahın özlərinə nemət bəxş etdiyi günləri qövmünə xatırlamasını əmr etdik. Həqiqətən o günlərdə, Allahın tövhidinə, qüdrətinin əzəmətinə və möminlərə nemətlər bəxş etməsinə dəlalət edən açıq-aydın dəlilər vardır. Bundan, Allaha ibadət etməkdə səbirli olan və Onun nemətlərinə daima şükür edən kimsələr faydalanarlar.

6

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ

(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi: “Allahın sizə bəxş etdiyi ne’məti yadınıza salın, çünki O sizi Fir’on əhlinin əlindən qurtardı. Onlar sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb, qadınlarınızı (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan vardır!

Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa Rəbbinin əmrinə tabe olub, qövmü İsrail oğullarına Allahın onlara verdiyi nemətləri özlərinə xatırlataraq belə de­di: "Ey Qövmüm! Allahın sizi Firon ailəsindən qurtardığını, sizi onların şərindən və onların sizə dəhşətli əzab dadırmalarından sizi xilas edərək, sizə bəxş etdiyi ne­mətini xatır­la­yın. Çünki on­lar, sizdən kiminsə Fironun səltənətinə sahib çıxmaması üçün dünyaya gələn oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə zəlil edib, alçaltmaq üçün sağ bu­ra­xırdılar. Onların bu etdikləri əməllərə səbir etməniz sizin üçün böyük bir imtahan idi. Uca Allah bu müsibətə səbir etdiyinizə görə, sizi Firon ailəsinin şərindən xilas etməklə mükafatlandırdı!".

7

وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌۭ

(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”

Musa onlara belə dedi: "Rəbbiniz bu əmrini xatırlayın: Əgər sizə zikr edilən nemətlərə görə Allaha şükür etsə­niz, Allah si­zə olan nemə­tini və lütfünü bir qədər də artı­ra­r, yox əgər nankorluq edib, bu nemətlərə görə Allaha şükür etməsəniz, bilin ki, nankorluq edib, nemətlərə şükür etməyənə qarşı Mə­nim əzabım şid­dət­lidir!"

8

وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓا۟ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ

Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə) möhtac deyildir. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür) tə’rifə (şükrə) layiqdir!”

Musa qövmünə dedi: "Ey Qövmüm! Əgər siz və sizinlə birgə bütün yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, bunun zərəri yalnız özünüzə olacaqdır. Çünki Allah, zəngindir, Onun heç bir şeyə ehtiyacı yoxdur. Həmd-sənalara yalnız O layiqdir. Möminin iman etməsi Ona fayda vermədiyi kimi, kafirində küfür etməsi Ona heç bir zərər verməz!".

9

أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَرَدُّوٓا۟ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٰهِهِمْ وَقَالُوٓا۟ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍۢ

Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə (mö’cüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi də’vət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər.

Ey Kafirlər! Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad, Hud, Səmud və Saleh tay­fa­la­rı­nın və həmçinin on­lar­dan sonra yaşayıb, peyəmbərləri yalan sayan qövmlərin həlak olma xəbəri sizə gəlib çatma­dı­mı? Onlar çoxdur, onların sayını Allah­dan başqa heç kəs bilməz. Halbuki elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə elçilərə olan qəzəblərindən dolayı əllərini ağız­la­rı­nın üstünə qo­yub, barmaqlarını çeynəyərək elçilərə belə dedilər: "Şübhəsiz ki, biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri çağırdığınız şey barəsində şübhə doğu­ran şəkk içindəyik!".

10

۞ قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّۭ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۚ قَالُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ

Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana də’vət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!”

Elçiləri onlara cavab olaraq belə dedilər: "Məgər Allahın vəhdaniyyətində və Onun tək ibadətə layiq olmasında şəkk-şübhə varmı? O, göy­ləri və yeri yaradan və onların hər ikisinidə misilsiz olaraq yoxdan var edəndir. Allah, keçmiş günahlarınızı bağışlamaq və dünya həyatındakı əcəlinizi tamamlamanız üçün əvvəlcədən müəyyən edilmiş vaxt gəlib çatana qədər sizi Özünə iman etməyə çağırır. Qövmləri elçilərə belə de­dilər: "Siz də bizim kimi bir bəşər övladısınız. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Siz bizi atala­rımızın ibadət et­dikləri bütlərdən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə, özünüzün həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğunuza dəlalət edən açıq-ay­dın bir dəlil gətirin!".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.