Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 52

41

رَبَّنَا ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ ٱلْحِسَابُ

Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və mö’minləri bağışla!”

Ey Rəbbimiz! Mənim və valideynlərin günahlarını bağışla (İbrahim bu sözləri, atasının Allahın düşməni olduğunu bilməzdən əvvəl demişdir. Atasının Allahın düşməni olduğunu bildikdə isə ondan uzaqlaşdı). İnsanlar qəbirlərindən dirilib, Allahın qarşısında haqq-hesab olunmaq üçün durduqları zaman möminlərin günahlarını da bağışla.

42

وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعْمَلُ ٱلظَّٰلِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍۢ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَٰرُ

(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar;

Ey Peyğəmbər! Uca Allahın zalımlara əzabını gecikdirməsini heç də Allahı onların yalan saymalarından, insanları Allahın yolundan azdırmalarından və s. etdikləri əməllərdən xəbərsiz oldu­ğunu əsla zənn etmə. Əksinə, Allah, onların nə etdiklərindən xəbərdardır. Bundan Allaha heç bir şey gizli qalmaz. Allah, sadəcə on­ları cəza­landırmağı Qiyamət gününə saxlamışdır. O gün elə qorxulu bir gündür ki, onlar gördükləri dəhşətli şeylərdən qorxduqları üçün göz­ləri bə­rəlib qalacaqlar.

43

مُهْطِعِينَ مُقْنِعِى رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْـِٔدَتُهُمْ هَوَآءٌۭ

Belə ki, onlar başlarını yuxarı qaldırıb, durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur).

O gün insanlar qəbirlərindən dirilib qalxdıqda, qorxudan başlarını göyə qal­dı­raraq carçıya doğru tə­lə­sə­cək­lər. Onlar özlərinə belə dönüb baxmayacaq, əksinə, gördükləri dəhşətli mənzərədən gözləri bərəlib qalacaqlar. Onların qəlbləri boşdur, dərk etməzlər. Gördüklərini dəhşətli mənzərədən isə bir şey anlayıb, başa düşməzlər.

44

وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُوا۟ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوٓا۟ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍۢ

İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin də’vətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!

Ey Peyğəmbər! İnsanları Qiyamət günü onlara üz verəcək Allahın əzabı ilə qorxut. O gün, Allaha küfür edib, Ona şərik qoşaraq öz nəfslərinə zülüm edənlər de­­yə­cək­lər: "Ey Rəbbi­miz! Bizə bir az möhlət ver, əzabı bizə bir qə­dər gecikdir, qısa bir müddət də olsa bizi dünyaya qaytar Sənə iman edək və bizə göndərdiyin elçilərin ar­xasınca gedək!" Onlara məzəmmət olaraq belə deyi­lə­cəkdir: "Məgər siz öldükdən sonra yenidən diriləcəyinizi inkar edərək, siz əsla dünya həyatından axirət həyatına köçməyəcəyinizə dair dünya da ikən and iç­mə­mişdinizmi?!

45

وَسَكَنتُمْ فِى مَسَٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ

Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik.

Allaha küfr etməklə özlərinə zülm edən­ Hud və Saleh qövmü kimi keçmiş ümmətlərin diyarlarında sakin oldu­nuz. On­la­rı necə məhv et­diyimiz si­zə ay­dın oldu. Öyüd-nəsihət almanız üçün sizə Allahın Kitabda bir çox mi­sal­lar da çəkdik. Amma siz isə bundan öyüd-nəsihət almadınız.

46

وَقَدْ مَكَرُوا۟ مَكْرَهُمْ وَعِندَ ٱللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ ٱلْجِبَالُ

(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında mə’lumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!)

Zalım ümmətlərin yurdlarında məskunlaşanlar Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək və onun dəvətinə son qoymaq üçün hiylələr qu­rurdu­lar. Halbuki Allah onların qurduqları hiylələri bilir və bundan Allaha heç bir şey gizli qalmaz. Onların hiyləsi zəyifdir. Allahın onlar üçün qurduğu hiylənin əksi olaraq, onların hiyləsi, zəyifliyinə görə nə dağları nə də ki, başqa hər hansı bir şeyi yerindən tər­pətməyə qadir de­yil­.

47

فَلَا تَحْسَبَنَّ ٱللَّهَ مُخْلِفَ وَعْدِهِۦ رُسُلَهُۥٓ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍۢ

(Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi və’də xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!

Ey Peyğəmbər! Allahın Öz elçilərinə onlara qalibiyyət verəcəyinə və dini aşkar edəcəyinə dair ver­diyi vədinə xilaf çıxacağını əsla zənn etmə! Şübhəsiz ki, Allah qüd­rət­lidir, kimsə Onu məğlub edə bilməz. O, Öz dostlarını izzətli edəcəkdir. Həmçinin, Öz düşmənlərindən və elçilərinin düşmənlərindən şiddətli in­tiqam almağa qadirdir.

48

يَوْمَ تُبَدَّلُ ٱلْأَرْضُ غَيْرَ ٱلْأَرْضِ وَٱلسَّمَٰوَٰتُ ۖ وَبَرَزُوا۟ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ

(Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın hüzurunda duracaqlar!

Bu intiqam, kafirlərdən Qiyamət saatı qopduğu zaman alınacaqdır. O gün yer pak və bəyaz başqa bir yer­lə, göylər də başqa göylərlə dəyişdiriləcəkdir. İnsanlar, hər şeyə qalib gələn və kiminsə əsla Ona qələb çala bilməyən, məğlub edən əsla məğlub olunmayan, mülkündə və əzəmətində tək olan Allahın hüzurunda durmaq üçün bədəniləri və əməlləri ilə qəbirlərindən qalxacaqlar.

49

وَتَرَى ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ مُّقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ

O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən!

Ey Peyğəmbər! O gün yer başqa bir yerlə göylər də başqa göylərlə dəyişdiriləcəkdir. Kafirlərin və müşriklərin bəzisini bəzilərinə bağlandığını görəcəksən. Əlləri və ayaqları boyunlarında zən­­cir­lərlə qandal vurulacaqdır. Əyinlərinə getdikləri paltarlar isə qatrandan olacaqdır (qatran alışqan maddədir). Cəhənnəm odu onların üzünü yandıracaqdır.

50

سَرَابِيلُهُم مِّن قَطِرَانٍۢ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ

Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!

Ey Peyğəmbər! O gün yer başqa bir yerlə göylər də başqa göylərlə dəyişdiriləcəkdir. Kafirlərin və müşriklərin bəzisini bəzilərinə bağlandığını görəcəksən. Əlləri və ayaqları boyunlarında zən­­cir­lərlə qandal vurulacaqdır. Əyinlərinə getdikləri paltarlar isə qatrandan olacaqdır (qatran alışqan maddədir). Cəhənnəm odu onların üzünü yandıracaqdır.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.