Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 52

31

قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَٰلٌ

İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər.

Ey Peyğəmbər! Möminlərə belə de: "Ey İman gətirənlər! Na­mazı kamil şəkildə əda edin. Allahın əzabından qurtarmaq üçün, alış-ve­rişin, fidyənin və heç bir dostun öz dostuna şəfaət etməsinin qəbul edilməyəcəyi bir günün gəlməsindən əv­vəl Allahın sizə ver­di­yi ruzidən riyadan qorxaraq gizli şəkildə və başqa insanlara nümunə olmanız üçün açıq şəkildə Allah yolunda öz mallarınızdan vacib və müstəhəb yerlərə xərc­lə­yin!".

32

ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَٰرَ

Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır!

Uca Allah göy­ləri və yeri misilsiz olaraq yoxdan var etdi. Sizə səmadan yağmur endirdi və bu yağmurun səbəbi ilə yer üzündə sizin üçün növbənöv məhsullardan ruzi ye­tişdirdi. Ey İnsanlar! Allah, Onun əm­ri ilə su üzərində üz­ən gəmiləri sizə rab etdi. Həm özünüzün, həm də heyvanlarınız su içib, həm də ki tarlalarınızı suvalamaq üçün çayları da sizin ixtiyarınıza buraxdı.

33

وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ

(Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.

Davamiyyətli olaraq hərəkət edən günəşi və ayı si­zə ta­be etdi. Eyni şəkildə bir-birini təqib edən ge­cə­ni və gün­dü­zü də sizə ram etdi. Gecə yatıb istirahət etməniz, gündüz isə işləyib, çalışmanız üçündür.

34

وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا۟ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَظَلُومٌۭ كَفَّارٌۭ

(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-ne’mət olar).

O sizə istədiyiniz və istəmədiyiniz hər bir şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, o nemətlərin çoxluğundan və növbənöv olmasından onları sayıb qurtara bil­məz­si­niz. Sizə xatırlanan bu nemətlər isə sizə bəxş edilən nemətlərdən cüzi bir hissəsidir. Həqi­qə­tən, insan öz nəfsinə qarşı za­lımdır və Uca Allahın ona verdiyi nemətlərə çox nan­­korluq edəndir.

35

وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ ٱجْعَلْ هَٰذَا ٱلْبَلَدَ ءَامِنًۭا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ

(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!

Ey Peyğəmbər! Bir zaman İbrahim oğlu İsmaili və onun anası Həcəri Məkkədəki vadidə yerləşdirdikdən sonra: "Ey Rəbbim! Ailəmi yerləşdirdiyim diyarı (Məkkəni) əmin-aman bir diyar et. Orada qan tökülməsin, kimsəyə zülüm edilməsin. Məni və mənim övladlarımı bütlərə ibadət etməkdən qoru! dediyini xatırla.

36

رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ

Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!

Ey Rəbbim! Həqiqətən də, bütlər çox insanları haqq yoldan azdırıblar. İnsanlar bütlərin onlara şəfaətçi olacaqlarını zənn edib fitnəyə düşdülər və beləliklə də, Allaha ibadət etməyi tərk edib onlara ibadət etdilər. İnsanlardan hər kim, tək Allaha ibadət və itaət etməklə mənim ardımca gələrsə, o, mən­dən və mənim dəstəmdəndir. Kimdə mənə asi olub, tək Allaha ibadət və itaət etməzsə, ey Rəbbim! şübhəsiz ki, Sən, günahını bağışlamaq istədiyin qullarının günahını bağışlayan və onlara rəhm edənsən!

37

رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ فَٱجْعَلْ أَفْـِٔدَةًۭ مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَشْكُرُونَ

Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kə’bənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (ne’mətinə) şükür edə bilsinlər!

Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzilərini, İsamili və onun oğullarını əkin bitməyən və su çıxmayan bir vadidə (Məkkədə) Haram evinin yanında sakin et­dim. Ey Rəbbimiz! Övladlarımın Haram evində na­maz qılmaları üçün onları orada sakin etdim. Ey Rəbbim! İn­san­la­rın qəlblərini on­lara tərəf çevir ki, insanlar həm övladlarını, həm də bu diyarı sevsinlər. Onlara bəxş etdiyin nemətlərə görə Sənə şükür etsinlər deyə onları növbənöv meyvələrlə ruziləndir!

38

رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ

Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!

Ey Rəbbimiz! Sən, qəlbimizdə gizli saxladığımız və aş­ka­ra çıxart­dı­ğı­mız hər bir şeyi bilir­sən. Yerdə və göylərdə heç bir şey Allah­a gizli qalmaz. Əksinə, O, hər şeyi biləndir. Eyni zaman da möhtac olduğumuz şeylər və həmçinin Ona olan ehtiyacımız Uca Allaha gizli qalmaz.

39

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَٰعِيلَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ

İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!

Şükür və həmd-sənalar duamı qəbul edib mənə saleh övladlar verən Allaha aiddir. O, qoca vaxtımda mənə Həcərdən İs­maili, Saradan isə İshaqı bəxş etdi. Həqiqətən, Uca Rəb­bim Ona dua edənin duasını eşidib qəbul edəndir!

40

رَبِّ ٱجْعَلْنِى مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِى ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ

Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!

Ey Rəbbim! Məni də, zürriyyətimdən olanları də namazı kamil şəkildə qı­lanlardan et! Ey Rəbbi­miz! Duama cavab ver və duamı Öz yanında məqbul olan dualardan elə!

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.