قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَٰلٌ
İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər.
Ey Peyğəmbər! Möminlərə belə de: "Ey İman gətirənlər! Namazı kamil şəkildə əda edin. Allahın əzabından qurtarmaq üçün, alış-verişin, fidyənin və heç bir dostun öz dostuna şəfaət etməsinin qəbul edilməyəcəyi bir günün gəlməsindən əvvəl Allahın sizə verdiyi ruzidən riyadan qorxaraq gizli şəkildə və başqa insanlara nümunə olmanız üçün açıq şəkildə Allah yolunda öz mallarınızdan vacib və müstəhəb yerlərə xərcləyin!".