Muslim99Muslim99
← Tafsir library

13. Ar-Ra'd

The Thunder · Medinan · 43 ayahs

سُورَةُ الرَّعۡدِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–43 of 43

41

أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَٱللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِۦ ۚ وَهُوَ سَرِيعُ ٱلْحِسَابِ

Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!

Məgər bu kafirlər Bizim küfür diyarına gəlib müsəlmanların oranı fəth etməsi və orada İslamın yayılması ilə onu bəzi tərəf­lə­rin­dən əksildib kiçiltməyimizlə müsəl­man­ların ixti­yarına ver­diyi­mi­zi gör­mür­lər­mi? Allah qulları arasında istədiyi kimi hökm verir. O, hökm verdikdən sonra kimsə Onun hök­münü əsl dəyişə və ya ləğv edə bilməz. Pak olan Uca Allah haqq-hesabı tez bir zamanda çəkəndir. O, əvvəlkiləridə və onlardan sonra gələnləridə hamısını bir gündə hesaba çəkəcəkdir.

42

وَقَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ ٱلْمَكْرُ جَمِيعًۭا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍۢ ۗ وَسَيَعْلَمُ ٱلْكُفَّٰرُ لِمَنْ عُقْبَى ٱلدَّارِ

Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı) tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!

Əvvəlki ümmətlər də öz peyğəmbərlərinə qarşı hiylə qurdular və onların təbliğ etdiklərini yalan hesab etdilər. Onların peyğəmbərlərə qarşı qurduqları hiylənin nə faydası oldu?! Heç bir faydası olmadı. Çünki hiylə quran hər kəsin hiyləsi, Allahın təqdir və tədbirindən kənara çıxa bilməz. Uca Allah hər kəsin nə qazandığını bilir və onların əməllərindən Allaha heç bir şey gizli qalmaz. Məhz o zaman onlar dünyada ikən Allaha iman etmədiklərinə görə özlərinin nə qədər xəta etdiklərini, Allaha iman edən möminlərin də nə qədər doğru əməl etdiklərini və beləliklə də, Cənnətə və ən gözəl sonluğa nail olduqlarını biləcəklər.

43

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَسْتَ مُرْسَلًۭا ۚ قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ وَمَنْ عِندَهُۥ عِلْمُ ٱلْكِتَٰبِ

(Ya Rəsulum!) Kafirlər: “Sən peyğəmbər deyilsən!” – deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili bilən mö’min yəhudi və xaçpərəstlərin, yaxud Qur’ana bələd olan mö’min müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!”

Kafir olanlar: "Ey Muhamməd! Sən Allah tərəfindən gön­dəril­miş bir elçi deyilsən!" – deyirlər. Ey Peyğəmbər! Onlara belə de: "Rəbbim tərəfindən sizə göndərilən bir elçi olmağıma mə­nim­lə sizin aranızda Alla­hın və içərisində mənim vəsflərin keçdiyi səmavi kitabları bilən kim­sə­nin şahid ol­ma­sı yetər. Allaha kimin doğru olduğuna şahidlik edərsə bu zaman yalan sayanların yalan sayması ona heç bir zərər verməz!".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.