Muslim99Muslim99
← Tafsir library

13. Ar-Ra'd

The Thunder · Medinan · 43 ayahs

سُورَةُ الرَّعۡدِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 43

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓمٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ

Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Qur’anın) ayələridir. Rəbbindən sənə nazil olan (Qur’an) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.

﴾Əlif. Ləm. Mim. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu surədə olan uca ayələr və Allahın sənə nazil etdiyi bu Quran özündə heç bir şəkk-şübhəyə yer olmayan bir kitabdır. Onun Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Lakin in­sanların çoxu inadkarlıq və təkəbbürlük edərək ona iman etməzlər.

2

ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْءَايَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına – qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!

Gördüyünüz uca göyləri di­rək­siz yaradan Allahdır. Sonra da keyfiyyəti və bənzəri bizim məlum olmayan, Özünə layiq olan şəkildə ərşə ucalmışdır. Günəşi və ayı məxluqatın mənfəti üçün onlara ram etmişdir. Günəş və ayın hər biri Allahın müəyyən etdiyi vaxta qədər göydə hərə­kət etməkdədir. Uca Allah göylərdə və yerdə işləri istədiyi kimi yoluna qoymaqdadır. Uca Allah, Qiyamət günü Rəbbinizlə qarşılaşacağınza yəqin olmanız və o gün üçün saleh əməllər edərək hazırlaşmağınıza görə Onun qüdrətinə dəlalət edən ayələri beləcə açıq-aydın izah edər!

3

وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٰسِىَ وَأَنْهَٰرًۭا ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ

Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!

Yer üzünü yayıb genişləndirən, insanların orada sabit qalmaları üçün daim bir qərar tutan möhkəm dağları, insanların heyvan və əkin sahələrini suvarmaq üçün orada çaylar axıtan və orada hər növ meyvə və heyvanlardan erkək və dişi olmaqla cüt-cüt yaradan, gecəni gündüzlə örtərək nurlu, işıqlı olduqdan sonra zülmət qaranlığa çevirən Odur. Həqiqə­tən də, bu deyilənlərdə, Allahın yaratdıqları barədə düşünən bir qövm üçün açıq-aydın dəlillər vardır. Bu açıq-aydın dəlillərdən düşünüb ibrət alanlarda elə məhz onlardır!

4

وَفِى ٱلْأَرْضِ قِطَعٌۭ مُّتَجَٰوِرَٰتٌۭ وَجَنَّٰتٌۭ مِّنْ أَعْنَٰبٍۢ وَزَرْعٌۭ وَنَخِيلٌۭ صِنْوَانٌۭ وَغَيْرُ صِنْوَانٍۢ يُسْقَىٰ بِمَآءٍۢ وَٰحِدٍۢ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍۢ فِى ٱلْأُكُلِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ

Yer üzündə bir-birinə yaxın (qonşu) qitələr (münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, müxtəlif iqlimli torpaq sahələri), eyni su ilə sulanan üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Halbuki Biz yemək baxımından onların birini digərindən üstün tuturuq. Şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.

Yer üzündə bir-birinə ya­xın ərazilər, üzüm bağları, əkinlər, bir gövdədən və fərqli-fərqli gövdələrdən çıxan xurma ağacları vardır ki, bu bostanlar və əkin sahələridə ey­ni su ilə suva­rılır. Bunların yan-yana olmasına və enyi bir yerdən suvarılmasına rəğmən, Biz onların dad və başqa faydalar baxımından bəzisini digərindən üstün etdik. Doğru­dan da, bu zikr edilənlərdə ba­şa dü­şən kimsələr üçün Allahın varlığına dəlalət edən açıq-aydın də­lil­lər vardır­. Çünki bu dəlillərdən ibrət alan elə məhz onlardır.

5

۞ وَإِن تَعْجَبْ فَعَجَبٌۭ قَوْلُهُمْ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍ ۗ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ ٱلْأَغْلَٰلُ فِىٓ أَعْنَاقِهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

(Ya Rəsulum!) Əgər (müşriklərə) təəccüblənirsənsə, əsl təəccübləniləsi (əsl təəccüb doğuran şey) onların: “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” – söyləməsidir. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da (boyunlarına zəncir vurulacaq kəslər də) onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar.

Ey Peyğəmbər! Əgər hər hansı bir şeydən təəccüblənirsənsə, on­ların öldükdən sonra yenidən diriləcəklərinə və bu dirilməni inkar edərək: "Biz ölüb torpaq olduqdan və sümüklərimiz çürüdükdən sonra yenidənmi diriləcəyik" – demələrinə təəccüblənməyin daha münasibdir. Öldükdən sonra dirilməyi inkar edən kimsələr, Rəbbinə küfr edən və Rəbbinin ölüləri diriltməyə qadir olmasını inkar edən kimsələrdir. Qiyamət günü o kimsələrin boyunlarına oddan zəncirlər vurulacaq­. Onlar Cəhənnəm sakin­ləri­dirlər və onlar ora­da əbədi qala­caq­lar. Onlar orada əsla ölməzlər və əzabları bir anlıq belə kəsilməz.

6

وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَٰتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍۢ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ

(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (ibrətamiz) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!

Ey Peyğəmbər! Müşriklər səni əzabın onlara tez bir zamanda gəlməsi üçün tələsdirirlər. Allahın onlara əzəldən yazdığı nemətlərin özlərinə tamamlanmasından öncə əzabın özlərinə gec gəldiyni zənn edirlər. Halbuki onlardan əv­vəl peyğəmbərləri yalan sayan ümmətlərə neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Axı onlar nə üçün olub keçənlərdən ibrət almırlar?! Ey Peyğəmbər! Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq yenə də onları ba­ğış­la­yandır və Allaha tövbə etmələri üçün onlara əzab verməyə tələsməz. Sözsüz ki, əgər küfür əməllərdə israr edib, Allaha tövbə etməsələr, Allah onlara şiddətli əzab verməyədə qadirdir!

7

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦٓ ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌۭ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ

Kafir olanlar: “Məgər ona Rəbbindən bir mö’cüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!

Allaha küfr edən kimsələr - insanları Allahın yolundan döndərərək və inadkarlıq edərək - deyirlər: "Kaş ki, Musaya və İsaya nazil edildiyi kimi Muhəmmədə də, Rəbbindən bir möcüzə en­di­ləydi?" Ey Peyğəmbər! Sən ancaq insanları Allahın əzabından xə­bərdar edib qorxudansan. Allahın sənə bəxş etdiyi möcüzələrdən başqa özündən heç bir möcüzə gətirməyə qadir deyilsən. Hər qöv­mün, onlara haqq yolu göstərən və haqqa çağıran bir peyğəmbəri var!

8

ٱللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَىْءٍ عِندَهُۥ بِمِقْدَارٍ

Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin iste’dadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur.)

Allah hər bir dişinin bətnində nə daşı­dı­ğı­nı və hər bir şeyi biləndir. Bətnlərdə olan naqisliyi və kamilliyi, sağlam olanı da xəstə olanıda bilir. Allah qatında hər şeyin müəyyən ölçüsü vardır­. Bu ölçü, nə artar nə də ki, azalar.

9

عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْكَبِيرُ ٱلْمُتَعَالِ

O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyükdür, ucadır! (Allah eyibsizdir, nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)

Çünki Uca Allah məxluqatın dərk etmədiyi və həmçinin görüb dərk etdiyi hər bir şeyi haqqı ilə biləndir. O, sifətlərində, adlarında və feillərində əzəmətlidir. O, zatı və sifətləri ilə yaratdığı bütün məxluqatın üzərindədir və ucadır.

10

سَوَآءٌۭ مِّنكُم مَّنْ أَسَرَّ ٱلْقَوْلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنْ هُوَ مُسْتَخْفٍۭ بِٱلَّيْلِ وَسَارِبٌۢ بِٱلنَّهَارِ

Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç bir şey Ondan gizli qalmaz).

Uca Allah gizlində və aşkarda olanıda biləndir. Ey İnsanlar! Sizdən kimin sözü gizli saxlaması və kimin də onu aşkara çıxarması Allah üçün eynidir. Həmçinin gecənin zülmətində insanların gözündən gizlənən də və gündüzün işığında öz işi ilə məşğuln olan da Allah üçün eynidir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.