الٓمٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ
Əlif, Lam, Mim, Pa! Bunlar Kitabın (Qur’anın) ayələridir. Rəbbindən sənə nazil olan (Qur’an) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.
﴾Əlif. Ləm. Mim. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu surədə olan uca ayələr və Allahın sənə nazil etdiyi bu Quran özündə heç bir şəkk-şübhəyə yer olmayan bir kitabdır. Onun Allah tərəfindən olmasına şəkk-şübhə yoxdur. Lakin insanların çoxu inadkarlıq və təkəbbürlük edərək ona iman etməzlər.