أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَٱللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِۦ ۚ وَهُوَ سَرِيعُ ٱلْحِسَابِ
Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu (müxtəlif) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!
Məgər bu kafirlər Bizim küfür diyarına gəlib müsəlmanların oranı fəth etməsi və orada İslamın yayılması ilə onu bəzi tərəflərindən əksildib kiçiltməyimizlə müsəlmanların ixtiyarına verdiyimizi görmürlərmi? Allah qulları arasında istədiyi kimi hökm verir. O, hökm verdikdən sonra kimsə Onun hökmünü əsl dəyişə və ya ləğv edə bilməz. Pak olan Uca Allah haqq-hesabı tez bir zamanda çəkəndir. O, əvvəlkiləridə və onlardan sonra gələnləridə hamısını bir gündə hesaba çəkəcəkdir.