Muslim99Muslim99
← Tafsir library

13. Ar-Ra'd

The Thunder · Medinan · 43 ayahs

سُورَةُ الرَّعۡدِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 43

31

وَلَوْ أَنَّ قُرْءَانًۭا سُيِّرَتْ بِهِ ٱلْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ ٱلْأَرْضُ أَوْ كُلِّمَ بِهِ ٱلْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ ٱلْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَا۟يْـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن لَّوْ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعًۭا ۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ تُصِيبُهُم بِمَا صَنَعُوا۟ قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًۭا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِىَ وَعْدُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ

Əgər Qur’anla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Qur’an olardı). Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya mö’minlər kafirlərin iman gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və’di (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: “Ya Rəsulum! Sən öz əshabən və ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan”). Həqiqətən, Allah Öz və’dinə xilaf çıxmaz!

Ey Peyğəmbər! İlahi kitablardan hər hansı biri dağları yerindən tərpədib onları hərəkətə gətirsəydi və ya onunla yer parçalanıb orada çaylar, bulaqlar əmələ gəlsəydi və ya­xud da onu oxuduqda ölü­lər dirilsəydi, o kitab sənə nazil edilən bu Quran olardı. Çünki Quran, açıq-aydın bir dəlildir. Əgər qəlbləri Allahdan qorxsayı bu zaman Quran onlara daha çox təsir bağışlayardı. Lakin onlar Quranı inkar edib, ona arxa çevirdilər. Əksinə, möcüzələrin endirilməsidə və s. başqa bütün işlər yalnız Alla­ha məx­susdur. Məgər möminlər bilmirlərmi ki, əgər Allah heç bir möcüzə endirmədən belə bütün məxluqatın doğru yola gəlmələrini istəsəydi, heç bir möcüzə endirmədən də onları doğru yola yönəldərdi? Lakin Allah bunu istəmədi. Allaha küfür edən kimsələrə özlərinə Alla­hın şiddətli əzab vədi gəlin­cə­yə qədər yaxud da Allaha küfür edənlərin başlarına və ya diyarlarının yaxınlığına etdikləri küfür və günah əməllər səbəbindən bir müsibət gəlməyə davam edəcəkdir. Şüb­hə­siz ki Allah, vəd verdiyi əzabın təyin edilmiş vaxtı çatdıqda əsla onu təxirə salmaz!

32

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا۟ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ

(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım necə (də dəhşətli) idi! (Bir görəydin onlara nə dəhşətli əzab verdim!)

Ey Peyğəmbər! Sən qövmü tərfindən yalançı sayılan və istehza edilən heç də birinci peyğəmbər deyilsən. Səndən əvvəlki elçiləri də öz qövmləri isteh­za edib, onları yalançı hesab etmişdilər. Mən peyğəmbərlərə küfür edən kimsələrə möh­lət ver­dim. Hətta Biz onları məhv etməyəcəyimizi zənn etdilər. Onlara verilən möhlət başa çatdıqdan sonra isə on­ları müxtəlif növ əzablarla yaxaladıq. Sən onlara verdiyim əzabı necə gördün? O, çox şiddətli bir əzab idi.

33

أَفَمَنْ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعْلَمُ فِى ٱلْأَرْضِ أَم بِظَٰهِرٍۢ مِّنَ ٱلْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا۟ مَكْرُهُمْ وَصُدُّوا۟ عَنِ ٱلسَّبِيلِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ

Hər bir kəsin (dünyada yaxşıdan, pisdən) nə qazandığına nəzarət edən Allah bunu bacarmayan bütlər kimidirmi?! (Əsla yox!) (Bununla belə, müşriklər götürüb) Allaha (cürbəcür) şəriklər qoşdular. (Ya Rəsulum!) De: “Bunlara bir ad verin görək! (Axı onlar kimdirlər, nəçidirlər?) Yoxsa Allaha yer üzündə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Yaxud sözün zahirinə uyub (belə həqiqətdən uzaq şeyləri) deyirsiniz? Xeyr, kafirlərə öz hiylələri (iftiraları, Allaha qarşı uydurub düzəltdikləri yalanlar) gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz.

Məgər bütün məxluqatın ruzisini Öz üzərinə götürən, hər bir kəsin əməlini müşayiət edən və etdikləri əməllərin qarşılığını verən ibadət edilməyə daha layiqdir, yoxsa ibadət edilməyə heç bir haqqı olmayan bu bütlər?! Kafirlər zülm və yalan olaraq bu bütləri Allaha şəriklər qəbul etdilər. Ey Peyğəmbər! Onlara de: "Əgər siz bu iddanızda doğrusunuzsa, elə isə bizə, Allahdan başqa ibadət ediyiniz bütlərin adlarını bir söyləyin görüm. Yoxsa siz yer üzündə Allahın bilmədiyi şərikləri Ona xəbərmi verirsiniz?! Yaxud həqiqətə uyğun olmayan boş sözlərmi söyləyirsiniz?! Əksinə, şeytan kafir olanlara pis əməllirini onlara yaxşı göstərdi, onlarda bunun səbəbindən Allaha küfür etdilər və beləliklə də onları haqq və hidayət yolundan azdırdı. Allah kimi haqq yoldan azdırarsa onu doğ­ru yola yönəl­dən kimsə olmaz.

34

لَّهُمْ عَذَابٌۭ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍۢ

Onlar dünyada əzaba düçar olacaqlar. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan (Allahın əzabından) qurtaran olmaz.

Onlar üçün dünya həyatında möminlər tərəfindən qətlə yetirilmək və möminlərə əsir düşməklə əzaba düçar olmaq var­dır. Onları axirətdə gözləyən əzab isə şiddətli və daimi olduğuna görə dünya əzabından da­ha mə­şəqqətli və daha ağırdir. Qiyamət günü onları Allah­ın əzabından qoruyan kimsə yoxdur.

35

۞ مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ أُكُلُهَا دَآئِمٌۭ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى ٱلَّذِينَ ٱتَّقَوا۟ ۖ وَّعُقْبَى ٱلْكَٰفِرِينَ ٱلنَّارُ

Allahdan qorxub pis əməllərdən çəkinənlərə (mö’minlərə) və’d edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir!

Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müttəqilərə Allahın vəd etdiyi Cən­nə­tin vəsfi belədir: onun qəsrləri və ağac­la­rı altından çaylar axar, dünya meyvələrinin tam əksi olaraq orada olan meyvələr heç vaxt zaval olmayan, davamlıdır, köl­gəsi də daimidir, əsla yox olmaz və yaxud qısalmaz. Bu gözəl aqibət , Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müt­təqilərə aiddir. Kafir­lərin aqibəti isə içərisində əbədi qalacaqları Cəhənnəm atəşidir.

36

وَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَفْرَحُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ ٱلْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُۥ ۚ قُلْ إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ ٱللَّهَ وَلَآ أُشْرِكَ بِهِۦٓ ۚ إِلَيْهِ أَدْعُوا۟ وَإِلَيْهِ مَـَٔابِ

Kitab verdiklərimiz (kitab əhlinin sənə iman gətirənləri) sənə nazil etdiyimizə (Qur’ana) sevinirlər. (Yəhudilərdən və xaçpərəstlərdən sənə qarşı ədavət bəsləyən) elə firqələr də vardır ki, onun (Qur’anın) bir qismini inkar edirlər. (Ya Rəsulum!) De: “Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən (insanları yalnız) Ona (ibadət etməyə) də’vət edirəm və mənim axır dönüşüm də yalnız Onadır!” (Məhz Onun hüzuruna qayıdacağam!)

Ey Peyğəmbər! Yəhudilərdən özlərinə Tövrat yerdiyimiz bəzi kimsələr və həmçinin nəsranilərdən özlərinə İncil verdiyimiz bəzi kimsələr özlərinə nazil edilənin bəzisinin sə­nə na­zil edilənlə üst-üstə düşdüyü üçün sevinirlər. Yəhudi və nəsrani tayfaları arasında elə­si də var­ ki, sənə nazil edilən öz havalarına müvafiq olmadığı üçün onun bir qismini in­kar edir və ya onun dəyişdirilib təhrif edildiyini itihham etməklə sənə nazil edilənlərin bir qismini inkar edirlər. Ey Peyğəmbər! Onlara de: "Şübhəsik ki, Allaha mənə yalnız Ona iba­dət et­məyi və Ona heç bir şeyi şərik qoşma­maq əmr edil­miş­dir. Mən yalnız Ona dua edirəm, Ondan başqa heç kimsəyə dua etmirəm və mənin dönüşümdə yalnız Onadır. Tövrat və İncildə insanlara elə bunları əmr etmişdir!"

37

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ حُكْمًا عَرَبِيًّۭا ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَمَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا وَاقٍۢ

(Ya Rəsulum!) Beləliklə, Biz onu (Qur’anı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qur’andan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)

Ey Peyğəmbər! Biz əvvəlki kitabları hər qövmün öz dillərində nazil etdiyimiz kimi, Qu­ranı da sənə haqqı açıq-aydın bəyan edən ərəb­cə bir kitab olaraq nazil et­dik. Ey Peyğəmbər! Əgər Allahın sənə öyrətdiyi bu elm gəldikdən son­ra Kitab əhlinin nəfislərinə xoş gəlməyən hökmləri Qurandan silmək istəklə­rinə tabe ol­san, sə­ni Allahdan başqa işlərinə nə himayə edən, düşmənlərin üzərində qələbə çalmağa sənə yardım nə edən və nə də ki, səni Allahın əzabından qoruyan heç bir köməkçin yoxdur!

38

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًۭا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَٰجًۭا وَذُرِّيَّةًۭ ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ لِكُلِّ أَجَلٍۢ كِتَابٌۭ

(Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir mö’cüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir).

Ey Peyğəmbər! Biz səndən öncə də Adəm övladından olan elçilər gön­dərdik. Sən heç də elçilərin birincisi deyilsən. Biz o elçiləri evlənməyən, dünyaya övlad gətirməyən mələklər kimi etmədik, əksinə onlara başqa insanlar kimi zöv­cələr və övladlar ver­dik. Sən də, özündən əvvəl gəlib-getmiş, evlənən və övladı olan elçilərdən birisən. Axı müşriklər nə üçün sənin belə olduğundan təəccüb edirlər? Heç bir elçi Alla­hın izni olma­dan özündən heç bir möcüzə gətirməyə qadir deyil. Allahın təqdir etdiyi hər bir iş əvvəlcədən kitabda qeyd edilmişdir. Kitabda qeyd edilən vaxtdan nə tez olar, nə də gec.

39

يَمْحُوا۟ ٱللَّهُ مَا يَشَآءُ وَيُثْبِتُ ۖ وَعِندَهُۥٓ أُمُّ ٱلْكِتَٰبِ

Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.

Uca Allah bu yazıdan xeyir, şər, xoşbəxt, bədbəxt və s. istə­di­yini silər, onlardan istədiyini də sabit sax­layar. Lövhi-məhfuz Onun yanındadır. O, hər bir şeyin dönüş yeridir. Hökmü silinən və ya sabit saxlanan hər bir hökm orada yazılı olana müvafiqdir.

40

وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ وَعَلَيْنَا ٱلْحِسَابُ

Onlara və’d etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan qabaq) səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!

Ey Peyğəmbər! Sən vəfat etməzdən əvvəl onlara vəd etdiyimi­z əzabın bir qismini sənə göstərsək də, sənə göstərmədən öncə canını alsaq da, sənin öhdənə dü­şən yalnız sənə təbliğ etməyi əmr etdiyimiz dini onlara təbliğ et­məkdir. Onlara əməllərinin müqabilini vermək yaxud onları haqq-he­sab çəkmək isə sənin işin deyildir. Bu ancaq, Bizə aiddi olan bir işdir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.