وَلَوْ أَنَّ قُرْءَانًۭا سُيِّرَتْ بِهِ ٱلْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ ٱلْأَرْضُ أَوْ كُلِّمَ بِهِ ٱلْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ ٱلْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَا۟يْـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن لَّوْ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعًۭا ۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ تُصِيبُهُم بِمَا صَنَعُوا۟ قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًۭا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِىَ وَعْدُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ
Əgər Qur’anla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). (Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Qur’an olardı). Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya mö’minlər kafirlərin iman gətirmələrindən ümidlərini üzüb bilmədilərmi ki, doğru yolu tutmaq da, ondan çıxmaq da Allahın əlindədir?). Kafirlərə gəldikdə Allahın və’di (Məkkənin fəthi) yerinə yetənədək etdikləri əmələ görə onlara bir bəla üz verməkdə davam edəcək, yaxud yurdlarının yanında dayanıb duracaqdır. (Və ya: “Ya Rəsulum! Sən öz əshabən və ordunla onların yurdunun yaxınlığında dayanıb duracaqsan”). Həqiqətən, Allah Öz və’dinə xilaf çıxmaz!
Ey Peyğəmbər! İlahi kitablardan hər hansı biri dağları yerindən tərpədib onları hərəkətə gətirsəydi və ya onunla yer parçalanıb orada çaylar, bulaqlar əmələ gəlsəydi və yaxud da onu oxuduqda ölülər dirilsəydi, o kitab sənə nazil edilən bu Quran olardı. Çünki Quran, açıq-aydın bir dəlildir. Əgər qəlbləri Allahdan qorxsayı bu zaman Quran onlara daha çox təsir bağışlayardı. Lakin onlar Quranı inkar edib, ona arxa çevirdilər. Əksinə, möcüzələrin endirilməsidə və s. başqa bütün işlər yalnız Allaha məxsusdur. Məgər möminlər bilmirlərmi ki, əgər Allah heç bir möcüzə endirmədən belə bütün məxluqatın doğru yola gəlmələrini istəsəydi, heç bir möcüzə endirmədən də onları doğru yola yönəldərdi? Lakin Allah bunu istəmədi. Allaha küfür edən kimsələrə özlərinə Allahın şiddətli əzab vədi gəlincəyə qədər yaxud da Allaha küfür edənlərin başlarına və ya diyarlarının yaxınlığına etdikləri küfür və günah əməllər səbəbindən bir müsibət gəlməyə davam edəcəkdir. Şübhəsiz ki Allah, vəd verdiyi əzabın təyin edilmiş vaxtı çatdıqda əsla onu təxirə salmaz!