Muslim99Muslim99
← Tafsir library

13. Ar-Ra'd

The Thunder · Medinan · 43 ayahs

سُورَةُ الرَّعۡدِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 43

21

وَٱلَّذِينَ يَصِلُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوٓءَ ٱلْحِسَابِ

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö’minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.

Onlar, Allahın qohumluq əlaqələrini birləşdirmə əmrini qoruyub saxlayar və Rəbbindən o dərəcədə qorxarlar ki, hətta bu qorxu onları Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə sövq edər. Həmçinin Allah, onların etdikləri hər bir günaha görə sorğu-sual edəcəyindən qorxarlar. Çünki əməlləri müzakirə olunacaq kimsə isə həlak olacaqdır.

22

وَٱلَّذِينَ صَبَرُوا۟ ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَنفَقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ أُو۟لَٰٓئِكَ لَهُمْ عُقْبَى ٱلدَّارِ

Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) – məhz onları (gözəl) axirət yurdu -

Onlar Allaha itaət etməkdə, Allahın onlar üçün təqdir etdiyi xoş və acı qədərə və Allahın razılığını umaraq Ona qarşı günah etməkdən özlərini qoruyub səbir edərlər. Namazı doğru-düzgün qılarlar, və Allahın onlara əta etdiyi mal-dövlətdən zəkat və sədəqəni riyadan uzaq, gizli bir şəkildə, bəzən də bu işdə başqalarına örnək olsunlar deyə bunu açıq-aşkar xərcləyərlər. Onlara pislik edənlərə qarşı yaxşılıqla edərək qarşılıq verərlər. Bu xislərlərə sahib olan kimsələr üçün Qiyamət günü gözəl aqibət vardır.

23

جَنَّٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّٰتِهِمْ ۖ وَٱلْمَلَٰٓئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍۢ

Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara):

Bu gözəl sonluq, nemətlər içərisində əbədi qalacaqları Cənnətlədir. Onların orada ünsiyyət tapmaları üçün dünyada ikən özləri ilə birğə Allahın dinində sabit qalan atalarının, analarının, zöv­cə­­lərinın və öv­ladlarının onlar ilə bir yerdə olmaları, onlara Cənnətdə bəxş edilən nemətlərin tamamıdır. Mələklər onların Cənnətdəki mənzillərinin bütün qapılar­ından onların yanlarına da­xil olub onları təbrik edərlər.

24

سَلَٰمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى ٱلدَّارِ

“(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər.

Mələklər hər dəfə onların yanına daxil olduqda, onları salamlayıb deyərlər: "Allaha itaət etməkdə, qədərin məşəqqətli anlarına və günah etməkdən özünüzü qoruyub səbirli olduğunuz üçün bəlalardan salamat oldunuz. Son mənziliniz olan axirət yur­du­nuz ne­cə də gözəl­dir!"

25

وَٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۙ أُو۟لَٰٓئِكَ لَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə’nətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.

Allahla möhkəm bir əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi qohumluq əlaqələrini kəsənlər, Allaha qarşı günahlar etməklə yer üzündə fitnə-fəsad yayanlar, Allahın rəhmətindən uzaq düşən bədbəxt kimsələrdir. Onlar üçün pis sonluq vardır. Bu da Cəhənnəm atəşidir.

26

ٱللَّهُ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا فِى ٱلْءَاخِرَةِ إِلَّا مَتَٰعٌۭ

Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (ne’məti) axirət həyatı (ne’məti) ilə müqayisədə çox cüz’i (əhəmiyyətsiz) bir şeydir (dünya ne’məti müvəqqəti, axirət ne’məti isə əbədidir).

Uca Allah qullarından istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Allahın kiminsə ruzisini bol etməsi, heç də Allahın onu sevməsinin və onun xoşbəxt və ya kimin də ruzisinin az etməsi isə onun bədbəxt bir insan olmasının əlaməti deyildir. Kafirlər dünya hə­yatı ilə se­vi­nib ona arxayınlaşdılar. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici, fani kiçik bir zövq­dən başqa bir şey deyildir.

27

وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۗ قُلْ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَنْ أَنَابَ

Kafir olanlar: “Məgər Rəbbindən ona bir mö’cüzə endirilməli deyildimi?” – deyirlər. (Ya Rəsulum!) De: “Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi isə Öz hidayətinə (Özünün doğru yolu olan islam dininə) qovuşdurur”.

Allaha və Onun ayələrinə küfr edənlər deyirlər: "Kaş, Muhəmmədin doğruluğuna dəlalət edən ona Rəbbindən bir hissi mö­cü­zə nazil ediləydi və bizdə bu möcüzəni görüb ona iman gətirəydik?" Ey Peyğəmbər! Bu düşüncədə olan kimsələrə de: "Şüb­hə­siz ki, Allah istədiyini öz ədaləti ilə azdırır və tövbə edib Ona üz tutan kim­səni Öz lütfü ilə doğru yola yö­nəl­dir. Allahın mövcüzə endirməsi səbəbi ilə kiminsə hidayətə gəlməsi heç də onların əlində olan bir iş deyildir, hidayət yalnız Allahın əlindədir!".

28

ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ ٱللَّهِ ۗ أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ

O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö’minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!

Uca Allahın hidayət bəxş etdiyi kimsələr, Ona iman edən, Allahın şəninə həmd-sənalar edərək Onu zikr etdikdə, Onun kitabını oxuduqda və ya oxunduğu zaman onu dinlədikdə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblə­r yalnız Allahı zikr etməklə ra­hat­lıq ta­par!

29

ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَـَٔابٍۢ

İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!

Allaha iman gətirib və onları Allaha yaxınlaşdıran saleh əməl­lər edən­lər üçün axirətdə xoş güzəran və gö­zəl sonluq vardır. Bu da Cənnətdir.

30

كَذَٰلِكَ أَرْسَلْنَٰكَ فِىٓ أُمَّةٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهَآ أُمَمٌۭ لِّتَتْلُوَا۟ عَلَيْهِمُ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِٱلرَّحْمَٰنِ ۚ قُلْ هُوَ رَبِّى لَآ إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ

(Ya Rəsulum! Səndən əvvəl peyğəmbərlər göndərdiyimiz kimi) səni də özündən əvvəl çoxlu ümmətlər gəlib-getmiş bir ümmətə Peyğəmbər göndərdik ki, onlar Rəhmanı (Allahı) inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Qur’anı) onlara oxuyasan. De: “O (Rəhman) mənim Rəbbimdir. Ondan başqa heç bir tanrı yoxdur. Mən ancaq Ona təvəkkül etdim. Axır dönüşüm (və ya tövbəm) də yalnız Onadır!”

Ey Peyğəmbər! Biz keçmişdə peyğəmbərləri öz ümmətlərinə göndərdiyimiz kimi səni də öz ümmətinə bir peyğəmbər olaraq göndərdik ki, sənə vəhy etdiyimiz Quranı onlara oxuyasan. Bu Quran, sənin, həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət etməyə kifayət edər. Lakin sənin qövmün bu ayələri inkar edirlər. Çünki onlar başqalarını Allaha şərik qoşaraq Rəhmanı inkar edirlər. Ey Peyğəmbər! Onlara belə de: "Başqalarını Ona şərik qoşduğunuz Rəhman, Ondan başqa ibadətə layiq olmayan mə­nim Rəb­bim­dir. Mən bütün işlərimdə Ona təvəkkül edirəm. Mən tövbəmidə yalnız Ona edirəm!".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.