Muslim99Muslim99
← Tafsir library

13. Ar-Ra'd

The Thunder · Medinan · 43 ayahs

سُورَةُ الرَّعۡدِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 43

11

لَهُۥ مُعَقِّبَٰتٌۭ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍۢ سُوٓءًۭا فَلَا مَرَدَّ لَهُۥ ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ

(İnsan üçün) onu öndən və arxadan tə’qib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.

Uca Allahın insanlar üçün təyin etdiyi bir-birini təqib edən mələkləri vardır. Bunların bəzisi gecə, bəzisi də gündüz gələr. Bu mələklər, Allahın əmri ilə insanları, uca Allahın onlar barədə yazıb təqdir etdiyi qədərdən və ona zərər verəcək şeylərdən qoruyar və onların sözlərini və əməllərini yazırlar. Həqi­qə­tən də, insanlar Allaha şükür etməyi tərk etmədikcə, Allah da on­ların olduqları, xoş bir halı, xoşlamadıqları bir hal ilə dəyişməz. Əgər Allah hər hansı bir qövmü məhv etmək is­təyərsə, kimsə Onun istəyinin qar­şısını əsla ala bilməz. Ey İnsanlar! Sizin işlərinizi Allahdan başqa yoluna qoyan yoxdur. Elə isə sizə üz verən bəladan özünüzü qorumaq üçün Allaha sığının.

12

هُوَ ٱلَّذِى يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًۭا وَطَمَعًۭا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ

Sizə qorxu və ümid (bir tərəfdən ildırımın verəcəyi tələfatdan qorxmaq, digər tərəfdən də yağış istəmək) məqsədilə şimşək göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da Odur.

Ey İnsanlar! Sizə ildırmı göstərən, qəlbinizdə şimşək qorxusu ilə yağış ümidini bir araya cəm edən Odur. Bol-bol yağışla dolu ağır bu­lud­ları var edən də Odur.

13

وَيُسَبِّحُ ٱلرَّعْدُ بِحَمْدِهِۦ وَٱلْمَلَٰٓئِكَةُ مِنْ خِيفَتِهِۦ وَيُرْسِلُ ٱلصَّوَٰعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَآءُ وَهُمْ يُجَٰدِلُونَ فِى ٱللَّهِ وَهُوَ شَدِيدُ ٱلْمِحَالِ

Göy gurultusu Onun şə’ninə tə’riflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Allah yenilməz qüvvət sahibidir!)

Göy gurultusu Uca Rəbbinə həmd edə­rək Onun şəninə təriflər deyir. Mələk­lər də Rəbbindən qor­xaraq, Ona ehtiram göstərərək və Onu təzim edərək Onun şəninə tərif­lər deyirlər. Allah yandırıb-yaxan ildırımları məxluqatından dilədiyinin üstünə endirib onu məhv edir. Kafirlər Allahın vəhdaniyyəti barəsində mübahisə edir­lər. Allah güc, güvvət sahibidir. O istədiyi şeyi edər.

14

لَهُۥ دَعْوَةُ ٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَىْءٍ إِلَّا كَبَٰسِطِ كَفَّيْهِ إِلَى ٱلْمَآءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَٰلِغِهِۦ ۚ وَمَا دُعَآءُ ٱلْكَٰفِرِينَ إِلَّا فِى ضَلَٰلٍۢ

Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mə’nasız sözlərdən) başqa bir şey deyildir!

Dua və ibadət yalnız Allah üçündür, bu işdə Onun heç bir şəriki yoxdur. Müşriklərin Allahdan qeyri dua etdikləri bütlər istənilən məsələdə onların dualarını qəbul etməyə qadir deyillər. Müşriklərin bütlərə dua etməsinin məsəli, susuz insanını ağzına su çatıb, su içməsi üçün əlini suya uzadan kimsənin məsəlinə bənzəyir. Hal­buki, su əsla onun ağzına çatan de­yil­. Kafirlərin bütlərə dua etmələri az­ğın­lıq və haqq­dan uzaq düşməkdən başqa bir şey de­yil­. Çünki bütlər onlara ibadət edənlərə nə zərər və nə fayda verməyə qadirdilər!

15

وَلِلَّهِ يَسْجُدُ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَظِلَٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ ۩

Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Yer üzündəki mö’minlər sidqi-ürəkdən, kafirlər və münafiqlər isə ürəkdən istəməyərək, lakin dünyada müəyyən bir mənfəət əldə etmək xatirinə və ya kiminsə, nəyinsə qorxusundan Allaha səcdə edərlər!)

Göylərdə və yerdə olan bütün məx­luqat­ səcdə edərək Allaha boyun əyərlər. Bu işdə möminlərlə kafirlər eynidirlər. Lakin möminlər sidqi-ürəkdən, kafirlər isə istəməyərək səcdə edərlər. Kafir olan kimsənin fitrəti isə ona Allaha sidqi-ürəkdən səcdə edib, Ona boyun əyməyə məcbur edər. Kölgəsi olan hər bir məxluqatın kölgə­lə­ri də gündüzün əvvəlində və axırında Allaha səcdə edib, Onun əzəməti qarşısında boyun əyər!

16

قُلْ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ قُلِ ٱللَّهُ ۚ قُلْ أَفَٱتَّخَذْتُم مِّن دُونِهِۦٓ أَوْلِيَآءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًۭا وَلَا ضَرًّۭا ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِى ٱلظُّلُمَٰتُ وَٱلنُّورُ ۗ أَمْ جَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ خَلَقُوا۟ كَخَلْقِهِۦ فَتَشَٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَىْءٍۢ وَهُوَ ٱلْوَٰحِدُ ٱلْقَهَّٰرُ

(Ya Rəsulum!) De: “Göylərin və yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!” De: “Heç korla görən (kafirlə mö’min) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)”

Ey Peyğəmbər! Allahla yanaşı başqalarına ibadət edən kafirlərə de: "Göylərin və yerin Xaliqi və onları idarə edən kim­dir?!". Ey Peyğəmbər! onlara de: "Göyləri və yeri yaradan da, onları idarə edən də Allah­dır. Siz özünüz də bunu etiraf edirsiniz!". Ey Peyğəmbər! Onlara de: "Məgər siz Allahı qoyub, özlərinə nə bir fayda verməyə, nə də bir zərəri özündən uzaqlaşdırmağa qadır olan aciz bütləri özünüzə ilahmı qəbul edirsiniz? Axı özlərinə bir xeyir verməyə qadir olmayanlar, sizə necə yardım edə bilərlər?!". Ey Peyğəmbər! Onlara de: "Bəsirət gözü bağlı olan kafir kimsə, bəsirət gözü açıq olub haqq yolda olan mömin kimsə ilə eyni ola bilərmi?! Yaxud zülmətlər işərisində olan küfürlə, nur işərisində olan iman eyni ola bilərmi?! Yoxsa on­lar məxluqatdan özlərinə, Uca Alla­hın yaratdığı kimi yaradan şə­rik­lər tapdılar, onu Allaha ortaqmı qoşurlar?! Yoxsa onların nəzərində Allahın yaratdığı ilə şərik qoşduqlarının yaratdıqları bir-birinə qarışmışdır?!". Ey Peyğəmbər! Onlara de: "Hər şeyi yaradan yalnız tək olan Allahdır. Bu məxluqatı yaratmaqda Onun heç bir şəriki yoxdur. O, üluhiyyətdə və ibadətə layiq olmaqda təkdir. O, yalnız Ona ibadət olunmağa layiqdir və O, hər şeyə Qalib gələn­dir!"

17

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًۭا رَّابِيًۭا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَٰعٍۢ زَبَدٌۭ مِّثْلُهُۥ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَٰطِلَ ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءًۭ ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ

Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin e’tiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!

Uca Allah batilin fani, haqqın isə əbədi qalacağını, göydən yağan yağış suyunun, vadilərin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq hər bir vadi ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axmasını misal çəkir. Bu sel suyu üzə çıxmış çör-çöpü və kö­püyü gö­tü­rüb aparır. Uca Allah insanların bəzək əşyaları düzəltmək üçün od üzərində qızdırıb əritdikləri qiymətli mədənlərin üzərində köpüyün olmasınıda misal çəkir. Allah bu iki misalı haqqı batildən ayırd etmək üçün çəkir. Batil, suyun üzərində olan çör-çöp, köpük və odun əritdiyi mədənin üzərində olan pas kimidir. Haqq isə, meyvə, ot və əkinlər bitirən, içməli, pak və təmiz su kimidir. Həmçinin qiymətli mədəni əritdikdən sonra insanların qab-qacaq düzəldib ondan faydalanması kimidir. Allah bu iki misalı çəkdiyi kimi, haqqı ba­ti­ldən ayırd etmək üçün insanlara daha neçə-neçə belə mi­sal­lar çəkir.

18

لِلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمُ ٱلْحُسْنَىٰ ۚ وَٱلَّذِينَ لَمْ يَسْتَجِيبُوا۟ لَهُۥ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦٓ ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ سُوٓءُ ٱلْحِسَابِ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمِهَادُ

Rəbbinin də’vətini qəbul edənləri (Allaha və Onun Peyğəmbərinə itaət edənləri) ən gözəl ne’mət (Cənnət) gözləyir. Rəbbinin də’vətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə (bütün sərvətə), üstəlik bir qədərinə də malik olsaydılar, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdilər (lakin kafirlərdən heç bir fidyə qəbul olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!

Rəbbinin vəhdaniyyət və Onun itaət çağırışını qəbul edənlər möminlər üçün mükafatın ən gözəli olan Cən­nət mükafatı vardır. Rəbbinin vəhdaniyyət və Onun itaət çağırışını qəbul etmə­yən kafirlərə­lə­rə gə­lin­cə, yer üzündə olan var-döv­lə­tin ha­mısı, üstəlik bir o qədəri də onların ol­saydı, canlarını Allahın əzab­dan qur­tarmaq üçün onu müt­ləq fidyə verərdilər. Allahın dəvətinə cavab verməyən kafirlər, etdikləri pis əməllərə görə haqq-hesaba çəki­ləcəkdir. Onla­rın gedəcəkləri yer Cəhən­nəmdir. Döşəkləri və qərar tutacaqları o atəş, necə də pis yerdir!

19

۞ أَفَمَن يَعْلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰٓ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

(Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Qur’anın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!

Ey Peyğəmbər! Allahın sənə nazil etdiyinin haqq olduğunu, onda heç bir şəkk-şübhə olmadığını bilən, Allahın dəvətinə icabət edən mömin kimsə, kora olan, Allahın dəvətinə icabət etməyən kafir ilə əsla eyni dərəcədə ola bilməz. Bun­dan ancaq sağlam ağıl sa­hib­ləri düşünüb ibrət alarlar!

20

ٱلَّذِينَ يُوفُونَ بِعَهْدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلْمِيثَٰقَ

O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri və’di yerinə yetirir və əhdi pozmurlar.

Yalnız Allahın çağırışına icabət edən kimsələr, Allaha və Onun qullarına verdikləri sö­zü yerinə yetirər, Allahla və qeyriləri ilə bağladığları möhkəm əhdləri əsla poz­mazlar.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.