لَهُۥ مُعَقِّبَٰتٌۭ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍۢ سُوٓءًۭا فَلَا مَرَدَّ لَهُۥ ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ
(İnsan üçün) onu öndən və arxadan tə’qib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz.
Uca Allahın insanlar üçün təyin etdiyi bir-birini təqib edən mələkləri vardır. Bunların bəzisi gecə, bəzisi də gündüz gələr. Bu mələklər, Allahın əmri ilə insanları, uca Allahın onlar barədə yazıb təqdir etdiyi qədərdən və ona zərər verəcək şeylərdən qoruyar və onların sözlərini və əməllərini yazırlar. Həqiqətən də, insanlar Allaha şükür etməyi tərk etmədikcə, Allah da onların olduqları, xoş bir halı, xoşlamadıqları bir hal ilə dəyişməz. Əgər Allah hər hansı bir qövmü məhv etmək istəyərsə, kimsə Onun istəyinin qarşısını əsla ala bilməz. Ey İnsanlar! Sizin işlərinizi Allahdan başqa yoluna qoyan yoxdur. Elə isə sizə üz verən bəladan özünüzü qorumaq üçün Allaha sığının.