Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 111

31

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًۭٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍۢ مِّنْهُنَّ سِكِّينًۭا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَآ إِلَّا مَلَكٌۭ كَرِيمٌۭ

(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə də’vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” - dedilər.

Əzizin arvadı şəhərdə bəzi qadınların onun bu əməlinə inkar etdiklərini və onun arxasınca qeybətini etdiklərini eşitdikdə, o qadınlar Yusifi görüb, qadına üzür qazandırmaq üçün onlara bir elçi göndərib onları qonaq dəvət etdi, onların rahat əyləşməsi üçün döşəklər və yasdıqlar hazırladı, sonra da qonaqların hər birinə meyvəni kəsmək üçün bir bıçaq verdi və Yu­sifə: "Haydı onların qar­şısına çıx!" – dedi. Qa­dınlar Yusifi gör­dükdə onu çox öyüb təriflədilər, gözəlliyinə heyran olub, ona o qədər mat-mətəl qaldılar ki, süfrədəki meyvələrdən kəsmək üçün əllərində olan biçaqlarla çaşıb öz əl­lərini kəsdilər və təəccüblə: "İlahi! Bu oğlan bəşər övladı deyil. İsanlara bundan əvvəl belə bir heyrətamiz gözəllik əsla verilməmişdir. Bu ancaq hör­mətli mələklərdən olan bir mə­lək­dir!" – dedilər.

32

قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ ۖ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًۭا مِّنَ ٱلصَّٰغِرِينَ

(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”

Əzizin arvadı qadınların düşdükləri bu halı görüncə onlara belə dedi: "Onu sevdiyimə görə mənə eyib etdiyiniz gənc oğlan bax bu­dur! Mən onu aldadıb yoldan çıxart­mağa çalış­dım, o isə im­ti­na et­di. Əgər o, bir daha mənim istədiyimi etməzsə, o mütləq zindana atı­la­caq və zəlil­lər­dən ola­caq­dır".

33

قَالَ رَبِّ ٱلسِّجْنُ أَحَبُّ إِلَىَّ مِمَّا يَدْعُونَنِىٓ إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّى كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ ٱلْجَٰهِلِينَ

(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.

Yusif - aleyhissəlam - Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Onların məni qorxuzduqları zindan, məndən tələb etdikləri murdar əməli etməkdən daha sevimlidir. Əgər Sən onların hiylələrini məndən uzaqlaşdırmasan, mən onlara meyl edər, beləliklə də onlara meyl etdiyimə və onların məndən istədiklərini yerinə yetirdiyimə görə ca­hil­lər­dən olaram".

34

فَٱسْتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!

Allah onun duasını qəbul etdi, beləcə Əzizin arvadının və şəhər qadınlarının hiyləsini on­dan uzaqlaşdırdı. Hə­qiqətən, Allah, Yusfin və həmçinin Allaha dua edən hər bir kəsin duasını qəbul edəndir. Allah, Yusifin və başalarının halını biləndir!

35

ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعْدِ مَا رَأَوُا۟ ٱلْءَايَٰتِ لَيَسْجُنُنَّهُۥ حَتَّىٰ حِينٍۢ

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).

Əziz və onun qövmü Yusifin günahsız olduğuna dair dəlillərə şahid olduqları halda bu rüsvayçılığın insanlar arasında yayılmaması üçün onu bəlli olmayan bir müd­dətə qədər zindana salmaq qəra­rına gəl­dilər.

36

وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًۭا ۖ وَقَالَ ٱلْءَاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًۭا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ

Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”

Həhayət, onlar Yusifi zindana saldılar. Onunla birlikdə iki gənc də zin­dana salındı. Onlardan biri Yusifə de­di: “Mən yuxuda şərab hazırlamaq üçün üzüm sıxdığımı gör­düm". İkincisi isə be­lə dedi: "Mən yuxuda başımın üs­tündə çörək apa­rdığımı və quş­ların da ondan dim­dik­ləyib yeyir gör­düm. Ey Yusif! Bizə gördüyümüz bu yuxuların yozumu barədə xəbər ver. Çünki biz səni yaxşı bir insan olduğunu zənn edirik".

37

قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌۭ تُرْزَقَانِهِۦٓ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِۦ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِى رَبِّىٓ ۚ إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍۢ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ

(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə’nasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!

Yusif - aleyhissəlam- dedi: "Sizə hökümdar yaxud başqası tərəfindən veriləcək ye­mək gəl­məmişdən əvvəl mən sizə gördüyünüz yuxunun həqiqətini və yuxularınızın sonda nə ilə nəticələnəcəyi barədə bildirə­rəm. Sizə xəbər yerdiyim bu yuxu yozumu, kahinlər və ya münəccimlər tərəfindən deyil, əksinə, Rəbbimin mənə öy­rətdiyi elimdəndir. Mən Allaha iman gətir­məyən, özləri də axi­rəti inkar edən bir qövmün di­nini tərk etdim!"

38

وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍۢ ۚ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ

Mən ata-babalarım İbrahim, İshaq və Yə’qubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi ne’mətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!

Mən atalarımın dininə: İbrahimin, İshaqın və Yaqubun dininə tabe oldum. Bu din, tək Allaha ibadət etmək dinidir. Uca Allaha hər hansı bir şeyi şərik qoşmaq bizə ya­raş­maz. O, ibadətə layiq olan tək bir İlahdır. Mənim və atalarımın Allahın təkliyini qəbul edib və Ona iman etməmiz Allahın bizə müvəffəq etdiyi lütfü sayəsindədir. Həmçini, Allahın bütün insanlara Öz Peyğəmbərlərini tövhid və iman ilə göndərməsi də Allahın onlara olan bir lütfündəndir. Lakin insanların çoxu Allahın onlara bəxş etdiyi nemətlərə görə Allaha şükür etməzlər, əksinə, onlara verilən nemətlərə nankorluq edərlər!

39

يَٰصَىٰحِبَىِ ٱلسِّجْنِ ءَأَرْبَابٌۭ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ

Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!

Sonra Yusif zindanda onunla birgə olan iki yoldaşına xitabən belə dedi: "Bir necə ilahlara ibadət etmək yax­şı­dır, yox­sa Tək olan, heç bir şəriki olmayan, hər bir şeyi məğlub edən, özü isə əsla onu məğlub edilməyənə ibadət etmək?!"

40

مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءًۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!

Allahdan başqa ibadət etdiyiniz ilahlar, sizin və atalarınızın ilah adlandırdığınız, həqiqətdə isə onların ilahlıqdan heç bir payı olmayan adlardan başqa bir şey deyildir. Uca Allah sizin onları ilah adlandırmanızın doğru olmasına dair heç bir dəlil nazil etməmişdir. Bütün məxluqatın hökmü, sizin və atalarınızın özünüzdən ilah adlandırdığınız ilahların ixtiyarında yox, əksinə, tək olan Allahın ixtiyarındadır. Uca Allah sizə yalnız Ona ibadət etməyi əmr etmiş, Ona şərik qoşmağı isə qadağan etmişdir. Bu, özündə heç bir əyrilik olmayan, doğru din olan, tövhid dinidir. Lakin insanların çoxu bunu bilmirlər. Elə buna görə də Allaha şərik qoşarlar və Allahın bəzi məxluquna ibadət edərlər!

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.