Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 111

91

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ ءَاثَرَكَ ٱللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ

Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” – dedilər.

Qardaşları Yusifə qarşı etdikləri əməllərə görə Yusifdən üzür istəyərək ona dedilər: "Allaha and olsun ki, Allah sənə kamillik sifətlərini bəxş etməklə səni biz­dən üs­tün etdi. Biz isə sənə qarşı etdiyimiz əməllərə görə pis və zalim kimsələrdən olduq!"

92

قَالَ لَا تَثْرِيبَ عَلَيْكُمُ ٱلْيَوْمَ ۖ يَغْفِرُ ٱللَّهُ لَكُمْ ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

(Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)

Yusif onların üzür istəmələrini qəbul edərək onlara dedi: "Etdiyiniz əməllərə görə bu gün sizə heç bir əzab və danlaq yoxdur. Uca Allahdan si­zi ba­ğış­lasını istəyirəm! O, Sübhənəhu va Təala rəhm edən­lə­rin ən rəhmlisidir!"

93

ٱذْهَبُوا۟ بِقَمِيصِى هَٰذَا فَأَلْقُوهُ عَلَىٰ وَجْهِ أَبِى يَأْتِ بَصِيرًۭا وَأْتُونِى بِأَهْلِكُمْ أَجْمَعِينَ

Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”

Qardaşları Yusifə atalarının onun üçün ağlamaqdan gözləri kor olduğunu xəbər verdikdə, Yusif köynəyini onlara verib belə dedi: "Bu köynəyimi aparıb ata­­mın üzü­nə atın ki, gözləri açıl­sın. Son­ra da bütün ailənizlə bir­lik­də mənim yanıma gəlin!"

94

وَلَمَّا فَصَلَتِ ٱلْعِيرُ قَالَ أَبُوهُمْ إِنِّى لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَآ أَن تُفَنِّدُونِ

Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!”

Qafilə Misir torpağın­dan çıxıb şəhərdən ayrılanda Yaqub – aleyhissəlam – oğullarına və ətrafındakılara dedi: "Əgər məni cahilliklə suçlayıb, bu qoca ağlını itirib nə dediyibi bilmir deməklə ittiham etməsəydiniz, inanı ki, mən, Yu­sufun qo­xu­sunu hiss edirəm deyərdim!"

95

قَالُوا۟ تَٱللَّهِ إِنَّكَ لَفِى ضَلَٰلِكَ ٱلْقَدِيمِ

Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) qalmaqdasan!” dedilər.

Yanında olan övladları ona dedilər: "Allaha and olsun ki, sən hələ də Yusifi xatırlamaqdan və onu yenidən görmək barədə köh­nə şaşqınlığından əl çəkmə­mi­sən!"

96

فَلَمَّآ أَن جَآءَ ٱلْبَشِيرُ أَلْقَىٰهُ عَلَىٰ وَجْهِهِۦ فَٱرْتَدَّ بَصِيرًۭا ۖ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

Muştuluqçu gəlib köynəyi (Yə’qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” söylədi.

Yaqubu sevindirən müjdəçi gəlib Yusifin köynəyi Yaqubun üzü­nə atan kimi onun gözləri açılıb görməyə başladı və öz oğullarına belə dedi: "Məgər sizə, mən Allah­ın lütfü və ehsanından sizin bil­mədikləri­nizi bilirəm de­mədimmi?"

97

قَالُوا۟ يَٰٓأَبَانَا ٱسْتَغْفِرْ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ

(Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər.

Yaqubun oğulları Yusifə və onun doğma qardaşına qarşı etdikləri əməllərdən dolayı ataları Yəqubdan – aleyhissəlam – üzür istəyərək ona belə dedilər: "Ey ata­mız! Keçmişdə işlətdiyimiz günahlarımızın bağışlanması üçün Allah­dan bizi ba­ğışlan­ma­sı­nı dilə. Doğrudan da, biz Yusifə və onun doğma qardaşına qarşı etdiyimiz əməllərə görə günahkar və pis adamlar olmuşuq!"

98

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّىٓ ۖ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

(Yə’qub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”

Ataları onlara cavab verərək belə dedi: "Mən sonra Rəbbim­dən sizin üçün bağışlanma di­lə­yə­cə­yəm. Həqi­qə­tən, O, qullarından tövbə edənlərin günahlarını bağış­la­yan­dır və onlara qarşı rəhmlidir!".

99

فَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ٱدْخُلُوا۟ مِصْرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ

(Yə’qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi.

Yaqub və onun ailəsi yaşadıqları torpaqlardan çıxıb Yusifi görmək üçün Misirə gəldilər. Onlar Yusufun yanına gəl­dikdə o, ata-anasını qucaqlayıb, qardaşlarına və onlların ailələrinə dedi: "Allahın istəyi ilə əmin-amanlıq içində Mi­sirə daxil olun, burada sizə heç bir əziyyət verilməz!"

100

وَرَفَعَ أَبَوَيْهِ عَلَى ٱلْعَرْشِ وَخَرُّوا۟ لَهُۥ سُجَّدًۭا ۖ وَقَالَ يَٰٓأَبَتِ هَٰذَا تَأْوِيلُ رُءْيَٰىَ مِن قَبْلُ قَدْ جَعَلَهَا رَبِّى حَقًّۭا ۖ وَقَدْ أَحْسَنَ بِىٓ إِذْ أَخْرَجَنِى مِنَ ٱلسِّجْنِ وَجَآءَ بِكُم مِّنَ ٱلْبَدْوِ مِنۢ بَعْدِ أَن نَّزَغَ ٱلشَّيْطَٰنُ بَيْنِى وَبَيْنَ إِخْوَتِىٓ ۚ إِنَّ رَبِّى لَطِيفٌۭ لِّمَا يَشَآءُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”

Yusif ata-anasını özü əyləşdiyi taxtın üs­tündə əy­ləşdirdi. Atası, anası və on bir qardaşı Yusifi salamlamaq üçün ha­mısı onun qarşısında səcdə et­dilər. Bu səcdə, heç də ibadət məqsədi ilə edilən səcdə deyildi, lakin Yusifin yuxuda gördüyü kimi Allahın əmrini gerçəkləçdirmək üçün edilən bir səcdə idi. Elə buna görə də Yusif – Aleyhissəlam – atasına belə dedi: "Sizin mənə səcdə edərək məni salamlamağınız, bundan öncə gördüyüm və sənə danışdığım yuxumun yozumu­dur. Artıq Rəbbim o yuxunun həyatda baş verməsini gerçəkləş­dirdi. Şeytan mə­nimlə qardaş­larımın ara­sına əda­vət sal­dıq­dan sonra məni zindan­dan çıxart­maqla və sizi səhradan yanı­ma gə­tirməklə Rəbbim mənə lütf etdi. Şüb­hə­siz ki, Rəb­bim is­tə­diyi şeyi idarə etməsində lütf sahibidir. Hə­qiqətən, O, qullarının olduqları halı daha yaxşı biləndir və işləri idarə etməsində də hikmət sahibidir!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.