قَالُوا۟ تَٱللَّهِ لَقَدْ ءَاثَرَكَ ٱللَّهُ عَلَيْنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ
Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” – dedilər.
Qardaşları Yusifə qarşı etdikləri əməllərə görə Yusifdən üzür istəyərək ona dedilər: "Allaha and olsun ki, Allah sənə kamillik sifətlərini bəxş etməklə səni bizdən üstün etdi. Biz isə sənə qarşı etdiyimiz əməllərə görə pis və zalim kimsələrdən olduq!"