ٱرْجِعُوٓا۟ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُوا۟ يَٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَٰفِظِينَ
Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).
Böyük qardaş dedi: "Atanızın yanına qayıdın və ona deyin: "Oğlun oğurluq etdi və Misirin hökmdarı onu, oğurluq etdiyinə görə cəza olaraq öz yanında kölə etdi. Biz ancaq yükü arasından çıxan piyaləni gördüyümüzə şahidlik edib xəbər verdik. Biz onun oğurluq edəcəyini bilmirdik. Əgər bilsəydik onu geri qaytarmağımıza dair sənə söz verməzdik.