Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 111

81

ٱرْجِعُوٓا۟ إِلَىٰٓ أَبِيكُمْ فَقُولُوا۟ يَٰٓأَبَانَآ إِنَّ ٱبْنَكَ سَرَقَ وَمَا شَهِدْنَآ إِلَّا بِمَا عَلِمْنَا وَمَا كُنَّا لِلْغَيْبِ حَٰفِظِينَ

Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).

Böyük qardaş dedi: "Atanızın yanına qayıdın və ona de­yin: "Oğlun oğur­luq etdi və Misirin hökmdarı onu, oğurluq etdiyinə görə cəza olaraq öz yanında kölə etdi. Biz ancaq yükü arasından çıxan piyaləni gördüyümüzə şahidlik edib xəbər verdik. Biz onun oğurluq edəcəyini bilmirdik. Əgər bilsəydik onu geri qaytarmağımıza dair sənə söz verməzdik.

82

وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا ۖ وَإِنَّا لَصَٰدِقُونَ

Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”

Ey atamız! Bizim sənə doğru söylədiyimizə əmin olmağın üçün hal-hazırda olduğumuz Misir sakinlərində və bir­likdə gəl­diyimiz karvan əhlindən so­ruş. Onlar da sənə, bizim dediyimizi deyəcəklər. Biz, qardaşımızın oğurluq etməsi barədə sənə söylədiyimiz xəbər, hə­qi­qətən də, olmuş bir hadisədir!"

83

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌ ۖ عَسَى ٱللَّهُ أَن يَأْتِيَنِى بِهِمْ جَمِيعًا ۚ إِنَّهُۥ هُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

(Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”

Ataları onlara dedi: "Onun oğurluq etməsi barədə dedikləriniz heç də həqiqətə uyğun deyil. Əksinə, nəfsiniz sizi aldadıb, bundan əvvəl qardaşı Yusifə hiylə qurmağa sövq etdirdiyi kimi sizi ona da qarşı hiylə qurmağa sövq etdirib. Şikayətim yalnız Allahadır. Ola bilsin ki, Allah, Yusifi, onun doğma qardaşını və onların böyük qardaşlarını - ha­mı­sını birlikdə, mənə qay­tarsın. Həqi­qə­tən də, O, mənim düşdüyüm halı biləndir və işlərimi idarə etməkdə hikmət sahibidir!"

84

وَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبْيَضَّتْ عَيْنَاهُ مِنَ ٱلْحُزْنِ فَهُوَ كَظِيمٌۭ

(Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).

Yaqub onlardan üz çevirərək uzaqlaşdı və: "Ey Yusifə olan şiddətli hüznüm!" – dedi. Yaqubun Yusif üçün ağlamaqdan gözlə­ri­nin qarası ağardı. O, hüzn və dərd-qəm içində olmasına rəğmən bunu öz içində saxlayıb insanlara bildirmirdi.

85

قَالُوا۟ تَٱللَّهِ تَفْتَؤُا۟ تَذْكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ ٱلْهَٰلِكِينَ

(Oğlanları Yə’quba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”

Yusifin qardaşları atalarına dedilər: "Ey atamız! Allaha and olsun ki, Yusifi tez-tez yada salıb, onun dərdinə acımaqla axır­da sən ya xəstələnəcəksən ya da ki, taqətdən düşüb öləcəksən!".

86

قَالَ إِنَّمَآ أَشْكُوا۟ بَثِّى وَحُزْنِىٓ إِلَى ٱللَّهِ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

(Yə’qub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm!

Ataları onlara belə dedi: "Başıma gələn bu dərd-qə­mimi yal­nız Allaha açıb söylə­yirəm. Çünki mən, uca Allahın lütfünü, xeyirxahlığını, darda olanın duasını qəbul etməsini, həmçinin, müsibətə düçar olan kimsəyə verəcəyi mükafatı sizdən daha yaxşı bilirəm!

87

يَٰبَنِىَّ ٱذْهَبُوا۟ فَتَحَسَّسُوا۟ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ ۖ إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَٰفِرُونَ

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

Ataları onlara belə dedi: "Ey oğullarım! Gedin Yusifdən və qar­da­şın­dan bir xəbər öyrənin, Uca Alla­hın qullarından qəm-qüssəni aparmasından və işlərini asanlaşdırmasından ümidinizi əsla üz­mə­yin. Şübhəsiz ki, Alla­hın, qullarından qəm-qüssəni aparıb və işlərini asanlaşdırmasından ancaq kafir olan bir qövm ümid­ini üzər. Çünki kafirlər, Allahın qüdrətinin böyüklüyündən bixəbərdirlər və Allahın Öz qullarına olan fəziləti onlara gizlin qalmışdır!"

88

فَلَمَّا دَخَلُوا۟ عَلَيْهِ قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ مَسَّنَا وَأَهْلَنَا ٱلضُّرُّ وَجِئْنَا بِبِضَٰعَةٍۢ مُّزْجَىٰةٍۢ فَأَوْفِ لَنَا ٱلْكَيْلَ وَتَصَدَّقْ عَلَيْنَآ ۖ إِنَّ ٱللَّهَ يَجْزِى ٱلْمُتَصَدِّقِينَ

(Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”

Onlar atalarının əmrini yerinə yetirdilər və beləliklə də, Yusifi və onun qardaşını axtarmaq üçün yola çıxdılar. Nəhayət, Yusifin yanına daxil olduqda, ona belə dedilər: "Bizə qıtlıq, aclıq üz vermişdir. Biz sənin yanına çox az və dəyərsiz bir mal ilə gəl­mi­şik. Sən isə bizə bunun əvə­zində bundan əvvəl ölçünü tam çəkib azuqə verdiyin kimi, yenə də bizə ölçünü tam çəkib azuqə ver. Gətirdiyimiz dəyərsiz mala fikir vermədən bizə azuqəni artıq etməklə sədəqə et. Şüb­hə­siz ki, Uca Allah sə­də­qə ve­rən­ləri mükafatını ən gözəl şəkildə verər!".

89

قَالَ هَلْ عَلِمْتُم مَّا فَعَلْتُم بِيُوسُفَ وَأَخِيهِ إِذْ أَنتُمْ جَٰهِلُونَ

(Yusif) onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” – deyə soruşdu.

Yusif qardaşlarının söylədiklərini eşitdikdə, qəlbi onlara qarşı bir rəhmət olaraq yumuşaldı və özünü onlara tanıtmaq üçün belə dedi: "Siz etdiyiniz əməllərin aqibətindən cahil ikən Yusifə və onun doğma qar­da­şına qarşı nə­lər et­di­yiniz xatırlayırsınızmı?!"

90

قَالُوٓا۟ أَءِنَّكَ لَأَنتَ يُوسُفُ ۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِى ۖ قَدْ مَنَّ ٱللَّهُ عَلَيْنَآ ۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi.

Onlar bunu eşitdikdə özlərini itirdilər və çaşqınlıq içində qalıb belə dedilər: "Sən Yusifsən?" Yusif onlara dedi: "Bəli, mən Yu­sifəm, yanımda gördüyünüz bu oğlanda mənim doğma qar­da­şımdır. Uca Allah bizə düşdüyümüz çətinlikdən qurtarmaqla və qədir-qiymətimizi ucaltmaqla mərhəmət etdi. Kim Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinməklə Ondan qorxsa və müsibətlərə səbir et­sə, bilsinki, artıq o, yaxşı iş görmüşdür. Allah yaxşı iş gö­rənlərin mü­kafatını əsla puç etməz, əksinə onlar üçün qoruyub saxlayar!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.