Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 111

71

قَالُوا۟ وَأَقْبَلُوا۟ عَلَيْهِم مَّاذَا تَفْقِدُونَ

(Yə’qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” – deyə soruşdular.

Yusifin qardaşları arxalarınca səslənən carçıya və onunla birgə olan yoldaşlarına tərəf dö­­nüb: "Nə itirmisiniz ki, hətta bizi oğurluqda ittiham edirsiniz?" – de­di­lər.

72

قَالُوا۟ نَفْقِدُ صُوَاعَ ٱلْمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمْلُ بَعِيرٍۢ وَأَنَا۠ بِهِۦ زَعِيمٌۭ

Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı:) “Mən də buna zaminəm!” - (dedi).

Carçı və onunla birgə olan yoldaşları Yusifin qardaşlarına belə dedilər: "Hökmdarın insanlar üçün azuqə ölçdüyü piya­lə­sini itirmişik. Kim onu, biz yüklərinizi araşdırmadan gətirərsə, ona bir dəvə yü­kü ərzaq əlavə veri­ləcəkdir!". Carçı: "Mən bunu pulayəni gətirən kimsəyə zəmanət verirəm!" – dedi.

73

قَالُوا۟ تَٱللَّهِ لَقَدْ عَلِمْتُم مَّا جِئْنَا لِنُفْسِدَ فِى ٱلْأَرْضِ وَمَا كُنَّا سَٰرِقِينَ

(Yə’qubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”

Yusifin qardaşları onlara dedilər: "Allaha and ol­sun! Siz halımızdan gördüyünüz kimi, bizim oğurluq etmədiyimizi və belə bir işdən günahsız və xəbərsiz olduğumuzu bilirsiniz. Biz Misir torpağına fitnə-fə­sad tö­rətmək üçün gəlməmişik və həyatımız boyunca heç oğu­rluq da etməmişik".

74

قَالُوا۟ فَمَا جَزَٰٓؤُهُۥٓ إِن كُنتُمْ كَٰذِبِينَ

Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?”

Bu zaman carçı və onunla birgə gələn yoldaşları onlara dedilər: "Əgər siz oğurluq etmədiyiniz iddanızda birdən yalançı çıxsanız, elə isə bizə deyin bir görək, sizin dinizdə oğurluq edən kimsənin cəzası nə­dir?"

75

قَالُوا۟ جَزَٰٓؤُهُۥ مَن وُجِدَ فِى رَحْلِهِۦ فَهُوَ جَزَٰٓؤُهُۥ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ

(Qardaşlar:) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.

Yusifin qardaşları onlara belə cavab verdilər: "Bizim dinimizdə oğurluq edən kimsənin cəzası, it­miş piyalə yükündə ta­­pı­lan kimsənin özünü, oğurluq etdiyi kimsəyə kölə edi­­lərək cəzalan­dırıl­ması­dır. Biz dinimizdə oğurluq edənləri kölə olmaqla cəzalan­dırırıq!".

76

فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسْتَخْرَجَهَا مِن وِعَآءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِى دِينِ ٱلْمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ نَرْفَعُ دَرَجَٰتٍۢ مَّن نَّشَآءُ ۗ وَفَوْقَ كُلِّ ذِى عِلْمٍ عَلِيمٌۭ

(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!

Carçı və onunla birgə gələn yoldaşları qardaşların yüklərini yoxlamaq üçün onları Yusifin yanına gətirdilər. Yusif etdiyi hiyləni qardaşları anlamasınlar deyə, doğma qardaşının yükünü yoxlamazdan əv­vəl ögey qardaşlarının yüklərini yoxlamağa baş­ladı, doğma qardaşının yükünü yoxladıqda, isə hökmdarın piya­lə­sini qarda­şının yükündən çı­xart­dı. Biz Yu­sifə piyaləni doğma qardaşının yükünün arasına qoymağı öyrətdiyimiz kimi, Misir diyarında Misir qanunları ilə deyil, əksinə, qardaşlarının yaşadıqları yerin hömkü ilə hökm verib, doğma qardaşını kölə götürməsini də ona öy­rətdik. Əgər Yusif burada hökmdarın qanunları ilə hökm vermiş olsaydı, doğma qardaşını, Allahın istəyi istisna olmaqla, əsla kölə götürə bilməzdi, çünki hökmdarın qa­nunlarına əsasən, oğrunun cəzası döyülmək və cərimə ödəmək idi. Bu yalnız Allahın istəyi ilə oldu. O hər şeyə qadirdir. Biz Yusifin dərəcəsini yüksək məqamlara qaldırdığımız kimi, qullarımızdan is­tə­di­yimiz kəmsələrin də dərəcələrini yük­sək məqamlara qaldırırıq. Hər bir bilik sahi­bin­dən daha çox bilən vardır. Bütün bilik sahiblərinin üzərində isə hər bir şeyi bilən Allahın elmi vardır.

77

۞ قَالُوٓا۟ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌۭ لَّهُۥ مِن قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِى نَفْسِهِۦ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنتُمْ شَرٌّۭ مَّكَانًۭا ۖ وَٱللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ

(Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi.. Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

Yusifin qardaşları dedilər: "Əgər o oğurlayıbsa, burada təəccüblü bir şey yoxdur, bundan əvvəl onun qardaşı da oğurluq etmişdi". Onlar bu sözlə Yusifi -Əleyhis-salam- qəsd edirdilər. Yusuf onların söylədikləri bu sözün acısını içində giz­lə­dib onlara büruzə vermədi və öz-özünə: "Siz etdiyiniz həsəd və pis əməllərinizə görə Allah qatında daha pis mövqeydəsiniz. Uca Allah mənə yaxdığınız bu iftiranı daha yaxşı biləndir" – dedi.

78

قَالُوا۟ يَٰٓأَيُّهَا ٱلْعَزِيزُ إِنَّ لَهُۥٓ أَبًۭا شَيْخًۭا كَبِيرًۭا فَخُذْ أَحَدَنَا مَكَانَهُۥٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ

(Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.

Yusifin qardaşları ona dedilər: "Ey hökm­dar! Onu çox sevən, yaşlı, çox qoca bir atası var. Sən onun əvəzinə bizdən birini gö­tür. Həqiqətən, Biz səni həm bizim ilə həm də ki, başqaları ilə gözəl rəftar etdiyini görürük. Elə isə bu işdə də bizə yaxşılıq et!"

79

قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأْخُذَ إِلَّا مَن وَجَدْنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًۭا لَّظَٰلِمُونَ

(Yusif) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”

Yusif – aleyhisəlam – dedi: "Zalim bir kimsənin günahına görə günahsız bir kimsəyə zülm etməkdən Allaha sığınıram. Hökmdarın piyaləsini, xurcununda tapmadığımız bir kimsəni cəzalandırsaq, onda biz, günahkarı sərbəst buraxıb, günahsızı cəzalandırdığımıza görə, zalımlar­dan ola­rıq!"

80

فَلَمَّا ٱسْتَيْـَٔسُوا۟ مِنْهُ خَلَصُوا۟ نَجِيًّۭا ۖ قَالَ كَبِيرُهُمْ أَلَمْ تَعْلَمُوٓا۟ أَنَّ أَبَاكُمْ قَدْ أَخَذَ عَلَيْكُم مَّوْثِقًۭا مِّنَ ٱللَّهِ وَمِن قَبْلُ مَا فَرَّطتُمْ فِى يُوسُفَ ۖ فَلَنْ أَبْرَحَ ٱلْأَرْضَ حَتَّىٰ يَأْذَنَ لِىٓ أَبِىٓ أَوْ يَحْكُمَ ٱللَّهُ لِى ۖ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.

Onlar Yusifdən istədiklərini ala bilməyəcəklərindən ümüdlərini kəsdikdə, öz aralarında məs­lə­hətləşmək üçün insanlardan uzaqlaşıb bir kə­na­ra çəkildilər. Onların bö­yü­k qardaşları dedi: "Mən sizə atanızın: "Ölüm hamınızı yaxalayıb, sizdən heç bir kimsə sağ-salamat qalmayıb, onu mənə geri qaytarmaq heç cür mümkün olmaması istisna olmaqla, onu qaytarıb yanıma gə­ti­rəcəyinizə dair Allaha and içməyincə qardaşınızı əsla si­zinlə gön­dərməyəcəyəm" – deyərək sizdən Allah adına əhd aldığını və bundan əvvəl də Yusifə qarşı haqsız­lıq etdi­yi­nizi xatırlatmaq istəyirəm. Siz atanıza verdiyinmi sözü yerinə yetirmədiniz. Atam mə­nə geri dönməyə izin vermə­yin­cə və ya Allah mə­nə qardaşımı hökmdardan geri almağa hökm ver­mə­yincə, mən Misir torpaqlarından heç bir yerə getməyəcəyəm. Allah, hökm ve­rən­lərin ən xeyirlisidir. O, haqq və ədalət ilə hökm verir!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.