Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 111

61

قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ

(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.

Onlar Yusifə dedilər: "Onu sənin yanına gətirməyimizi atasından xahiş edəcək və bu işdə atasını razı salmaq üçün əlimizdən gələni edəcəyik. Əl­bət­tə ki, bizdən tələb etdiyini əskiltmədən mütləq yerinə yetirəcəyik".

62

وَقَالَ لِفِتْيَٰنِهِ ٱجْعَلُوا۟ بِضَٰعَتَهُمْ فِى رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ

(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”

Yusif, öz xidmətçilərinə de­di: "On­la­rın taxıl əvəzinə ödə­dik­ləri mallarını da yüklərinin içinə qo­yun ki, ailələrinin ya­nına dön­dük­də onlardan satın almadığımızı anlaslınlar, çünki bu, onların Yusifə verdikləri sözlərində doğru olmalarını isbat etmək və Yusifin onlardan yüklərini qəbul etmək üçün özlərini ikinci dəfə mənim yanıma qardaşları ilə qayıdmağa məcbur edəcəkdir".

63

فَلَمَّا رَجَعُوٓا۟ إِلَىٰٓ أَبِيهِمْ قَالُوا۟ يَٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلْكَيْلُ فَأَرْسِلْ مَعَنَآ أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

(Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”

Onlar atalarının yanına qa­yıt­dıq­da, Yusifin onlara gözəl bir şəkildə xidmət etdiyini danışaraq atalarına belə dedilər: "Atacan! Əgər qardaşımızı özümüzlə aparmasaq, bundan sonra bizə ər­zaq verilmə­yəcək. Elə isə onu bizimlə göndər. Əgər sən onu bizimlə göndərsən, biz yenə də ərzaq ala bilərik. Şüb­həsiz ki, biz onun sənə sağ-salamat qayıdana qədər qoruya­ca­ğımıza söz veririk".

64

قَالَ هَلْ ءَامَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَآ أَمِنتُكُمْ عَلَىٰٓ أَخِيهِ مِن قَبْلُ ۖ فَٱللَّهُ خَيْرٌ حَٰفِظًۭا ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

(Yə’qub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə e’tibar etdiyim kimi, heç onu sizə e’tibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”

Ataları onlara dedi: "Daha öncə onun doğma qar­da­şı, Yusifi, si­zə etibar etdiyim kimi, heç onu sizə eti­bar edə bilə­rəm­mi?! Mən Yusifi sizə etibar etdim, siz də onu qoruyacağınıza dair söz verdiniz, lakin siz verdiyiniz sözün üstündə durmadınız. Elə buna görə də onu qoruyacağınız barəsində verdiyiniz sözə inanmıram. Mənim inandığım yalnız Allahdır. O, qorumaq istədiklərini ən yaxşı qo­ru­yandır və rəhm etmək istədiklərinə də ən yaxşı rəhm edəndir".

65

وَلَمَّا فَتَحُوا۟ مَتَٰعَهُمْ وَجَدُوا۟ بِضَٰعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا۟ يَٰٓأَبَانَا مَا نَبْغِى ۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍۢ ۖ ذَٰلِكَ كَيْلٌۭ يَسِيرٌۭ

Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”

Onlar özləri ilə gətirdikləri ərzaq olan yüklərini açdıqda ver­dik­lə­ri mallarının da özlə­ri­nə qay­ta­rıl­dı­ğı­nı görüb atalarına dedi­lər: "Bizə göstərilən belə bir hörmət və ehtiramdan sonra biz o hökmdardan daha nə istəyə bilərik ki?! Budur, hökmdar bizə hörmət edib ondan aldığımızərzaq müqabilində verdiyimiz malı özü­müzə qaytarıb. Biz həmin pulla ailəmizi ər­zaq­la tə­min edər, qar­daşı­mı­zı qorxduğun şeydən qoruyar və onun bizimlə birgə olduğuna görə biz, bir dəvə də yükü ar­tıq ərzaq ala­rıq. Bir dəvə artıq ərzaq vermək isə hökmdar üçün çox asan bir işdir".

66

قَالَ لَنْ أُرْسِلَهُۥ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًۭا مِّنَ ٱللَّهِ لَتَأْتُنَّنِى بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمْ ۖ فَلَمَّآ ءَاتَوْهُ مَوْثِقَهُمْ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌۭ

(Yə’qub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yə’qub): “Allah dediyimizə şahiddir!” – dedi.

Ataları onlara belə dedi: "Ölüm hamınızı yaxalayıb, sizdən heç bir kimsə sağ-salamat qalmayıb, onu mənə geri qaytarmaq heç cür mümkün olmaması istisna olmaqla, onu qaytarıb yanıma gə­ti­rəcəyinizə dair Allaha and içməyincə qardaşınızı əsla si­zinlə gön­dərməyəcəyəm". On­lar sidq ürəkdən Allaha and içib, atalarına söz verdikdə Yəqub onlara dedi: "Allah söy­lə­dik­lərimizə şahiddir. Onun şahid olması bizə yetər".

67

وَقَالَ يَٰبَنِىَّ لَا تَدْخُلُوا۟ مِنۢ بَابٍۢ وَٰحِدٍۢ وَٱدْخُلُوا۟ مِنْ أَبْوَٰبٍۢ مُّتَفَرِّقَةٍۢ ۖ وَمَآ أُغْنِى عَنكُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ ۖ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ

(Yə’qub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”

Ataları onlara nəsihət edərək dedi: "Hamınız şə­hərə bir qapıdan daxil olmayın, ay­rı-ay­rı qapılardan daxil olun. Bu, kiminsə sizə bir zərər vermək istədikdə, bəzilərinizin bu zərərdən salamat qalması üçün daha yaxşıdır. Mən bunu Allahın sizə zərər vermək istədiyi təqdirdə, sizi ondan qorumaq üçün və ya Allahın sizə istəmədiyi bir xeyiri sizə nəsib etmək üçün demirəm. Çünki hökm yal­nız Allahındır. Allah nə qəza-qədər yazmışdırsa oda mütləq olacaqdır. Mən bütün işlərimdə tək Ona tə­vək­kül edi­rəm. Qoy tə­vəkkül edənlər də bütn işlərində ancaq Ona təvəkkül et­sin­lər".

68

وَلَمَّا دَخَلُوا۟ مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِى عَنْهُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ إِلَّا حَاجَةًۭ فِى نَفْسِ يَعْقُوبَ قَضَىٰهَا ۚ وَإِنَّهُۥ لَذُو عِلْمٍۢ لِّمَا عَلَّمْنَٰهُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!

Nəhayət, onlar Yusifin doğma qardaşını da özləri ilə götürüb yola düşdülər. Atalarının onlara əmr et­diyi kimi şəhərə ayrı-ayrı qapılardan daxil olsalar da, onların şəhərə ayrı-ayrı qapılardan daxil olması Alla­hın qədərindən onlara heç bir faydası olmadı, lakin bu, Ya­qu­bun qəlbində övladlarına qarşı olan bir şəfqət hissi idi ki, o, bunu büruzə verib və övladlarına şəhərə ayrı-ayrı qapılardan daxil olmalarını nəsihət etdi. Yaqub, Allahın yazdığı qədərdən başqa heç bir qədərin olmadığını yaxşı bilirdi. Çünki o, ona öyrətdiyimiz qədərə iman etməyi və səbəblərdən tutmağı bilirdi. Lakin insanların ço­xu bunu bil­məzlər!.

69

وَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّىٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!”

Yusifin qardaşları, Yusifin doğma qardaşı ilə onun yanına daxil ol­duqda, Yusif doğma qardaşını qucaq­la­yıb gizlincə ona dedi: "Mən sə­nin doğma qar­da­şın, Yusifəm. Qardaşlarının bizə əziyyət vermələri, bizə kin bəsləmələri və məni quyuya atmaları kimi səfeh, ağılsız hərəkətlərinə görə kədər­lənmə!".

70

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ جَعَلَ ٱلسِّقَايَةَ فِى رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلْعِيرُ إِنَّكُمْ لَسَٰرِقُونَ

(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi.

Yusif xidəmtçilərinə qardaşlarının dəvələrinə azuqə yükləməyi əmr etdikdə hökmdarın azuqə tələb edən kimsələr üçün əzuqə ölçən piyaləsini, qardaşları hiss etmədən kiçik qardaşının öz yanında qalması üçün onun yü­kü­nün içi­nə qoydu. Onlar tərpənib atalarının yanına qayıtmaq istədikdə, arxalarınca bir carçı qışqırıb dedi: "Ey azuqə ilə yüklənmiş karvan sahibləri! Siz oğrusu­nuz!".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.