قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ
(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.
Onlar Yusifə dedilər: "Onu sənin yanına gətirməyimizi atasından xahiş edəcək və bu işdə atasını razı salmaq üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, bizdən tələb etdiyini əskiltmədən mütləq yerinə yetirəcəyik".