Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 111

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ

Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir!

﴾Əlif. Ləm. Ra﴿. Bəqərə surəsinin əvvəlində bu ayəyə bənzər, ﴾Əlif. Ləm. Mim﴿ ayəsini təfsir edərkən, belə ayələrin təfsiri barədə ətraflı izah verilmişdir. Yusif surəsində nazil edilən bu ayələr, açıq-aydın Quranın özündə hikmət və əhkamları əhatə edən ayələrindən biridir.

2

إِنَّآ أَنزَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ

(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını) anlayasınız.

Ey Ərəblər! Biz Quranı bəlkə onu mənalarını anlayasınız deyə ərəb dilində endirdik.

3

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَٰفِلِينَ

(Ya Rəsulum!) Biz bu Qur’anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin.

Ey Peyğəmbər! Biz bu Quranı sənə nazil et­məklə, doğruluğuna, ləfzlərinin gözəl düzülüşünə və bəlağətinə görə qissələrin ən gözəlini sənə danışırıq. Hal­buki, bu Quran nazil edilməzdən əvvəl sən bu qissədən xəbərsiz idin və bu haqda heç bir biliyə sahib deyildin.

4

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَٰجِدِينَ

Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər”.

Ey Peyğəmbər! Biz sənə, bir zaman Yusifin atası Yəquba: "Ata­can! Mən yuxu­da on bir ul­duz, günəş və ay gör­düm. Onların hamısının mənə səcdə etdiyini gör­düm" – dediyini xəbər veririk. Bu yuxu, Yusif - aleyihssəlam - üçün yaxın zamanda ona veriləcək bir müjdə xəbəri idi.

5

قَالَ يَٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَٰنَ لِلْإِنسَٰنِ عَدُوٌّۭ مُّبِينٌۭ

(Atası Yə’qub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.

Yəqub, oğlu Yusifə belə dedi: "Oğlum! Nəbadə yuxunu qardaş­larına danışasan, yoxsa onlar yuxunun yozmunu anlayıb sə­nə paxıllıq edər və bu üzdən sənə qarşı hiylə qurar­lar. Həqiqətən, şeytan insana açıq-ay­dın ədavət bəsləyən bir düş­mənidir.

6

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌۭ

(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”

Ey Yusif! O yuxunu gördüyü kimi Rəbbin səni seçə­cək, sənə yu­xu yozmağı öy­rə­də­cək və Öz ne­mətini bun­dan əvvəl ata­ların İbra­himə və İs­haqa ta­mam­ladığı kimi, sənə də peyğəmbərlik bəxş edərək nemətini tamam­la­ya­caqdır. Şüb­hə­siz ki, Rəb­bin qullarının halından xəbərdardır və işlərində də hikmət sahibidir".

7

۞ لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَٰتٌۭ لِّلسَّآئِلِينَ

Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.

Şübhəsiz ki, Yusifin və onun qar­daş­la­rının hekayətində onlar barədə soru­­şan­lar üçün ib­rət­lər və öyüd-nəsihətlər vardır.

8

إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ

Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

Bir zaman Yusifin qardaşları öz aralarında belə de­dilər: "Biz sayca çox bir cammat ol­ma­ğı­mı­za bax­mayaraq Yusif və onun doğma qardaşı ata­mıza biz­dən da­ha sevimlidir. Axı atamız o ikisini bizdən necə üstün tutur bilər? Şübhəsiz ki biz, heç bir səbəb olmadan atamızın o ikisini bizdən üstün tutduğuna görə onun açıq-aşkar bir yanlışlıq için­də­ olduğunu görürük".

9

ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًۭا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًۭا صَٰلِحِينَ

(Aralarında biri dedi:) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”

Yusifu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, ata­nız ancaq sizi görüb üçün ancaq sizə məhəbbət bəslə­sin, onu ölürdükdən və ya uzaq bir yerə atdıqdan sonra günahınızdan tövbə edərək əməlisa­lehlərdən olarsınız!".

10

قَالَ قَآئِلٌۭ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَٰعِلِينَ

Bir başqası (Rubil və ya Şəm’un) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”.

Qardaşlardan biri dedi: "Yu­sifi öl­dür­məyin! Əgər ona qar­şı söylədiyinizi etmək qərarına gəlmisinizsə, onda onu bir qu­yuynun dibinə atın ki, yol keçən karvanlardan biri onu gö­türsün. Bu cür etməniz, zərər baxımından öldürməkdən yüngüldür".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.