Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 111

51

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ ۚ قُلْنَ حَٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍۢ ۚ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٰٔنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ

(Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar:) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrubdanışanlardandır!”

Hökmdar qadınlara xitab edərək dedi: "Siz hiylə qurub Yusufdan sizinlə zina etməsini tələb etdikdə nə məqsəd güdürdünüz?" Onlar hökmdarın sualına belə cavab verdilər: "Yusufu bu işdə ittiham etməkdən Allaha sığınırıq. Biz onun haqqında pis bir şey bilmirik." Bu zaman zadəgan kişinin arvadı öz əməlini etiraf edərək dedi: “İndi haqq üzə çıxdı. O məni deyil, əksinə, mən onu yoldan çıxartmaq istəyirdim. Şübhəsiz ki, onun, mənim ona atdığım böhtandan uzaq olduğu barədə dediyi söz doğrudur.

52

ذَٰلِكَ لِيَعْلَمَ أَنِّى لَمْ أَخُنْهُ بِٱلْغَيْبِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى كَيْدَ ٱلْخَآئِنِينَ

(Yusif dedi:) “Bu (qadınlara həqiqəti e’tiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!

Əzizin arvadı dedi: "Bunu etiraf etməyimlə qoy Yusif bilsin ki, onu yoldan çıxartmağa məhz mən məcbur etdim. Həqiqətən, Yusif, ərim yanımda olmadıqda, mənim ona xəyanət etmədiyim iddiasında doğru danışır. Başıma gələn bu hadisədən mənə aydın oldu ki, Allah, yalan danışan və xəyanət edən kimsələri xeyrə müvəffəq etmir."

53

۞ وَمَآ أُبَرِّئُ نَفْسِىٓ ۚ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌۭ رَّحِيمٌۭ

Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

Əzizin arvadı sözünə davam edib dedi: "Mən günaha meyil etdiyimə görə özümə bəraət qa­zan­dırıb, nəfsimi təmizə çıxarmaq istəmirəm. Çünki, Allahın rəhm edib pis əməllərdən qoruduğu kəslər müstəsna olmaq­la, insanın nəfsi daim ona istədiyi şeylərə meyil etdirir və nəfsi də bu şeylərdən çəkindirmək çox çətindir. Həqi­qə­tən, Rəbbim Ona tövbə edən qullarını bağış­layan­dır və onlara qarşı rəhm­­lidir".

54

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦٓ أَسْتَخْلِصْهُ لِنَفْسِى ۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌۭ

Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, e’tibarlı bir şəxssən!” – dedi.

Hökmdar Yusufun ona yaxılan iftiradan təmiz çıxdığını, üstəlik, onun elm sahibi olduğunu bildikdən sonra, öz əyanlarına dedi: "Onu mənim ya­nı­ma gə­ti­rin! Onu özümə məsləhətçi edə­cəyəm". Hökmdar Yusufla söh­bət edib, onun elmindən və ağlından agah olduqdan sonra, Yusufa: "Ey Yusuf: Sən bu gündən etibarən bizim ya­nı­mızda yük­sək mə­qam sahibi və etibarlı bir insan oldun" – dedi.

55

قَالَ ٱجْعَلْنِى عَلَىٰ خَزَآئِنِ ٱلْأَرْضِ ۖ إِنِّى حَفِيظٌ عَلِيمٌۭ

(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə mə’mur tə’yin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə e’tibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”

Yusif Hökmdara dedi: "Misir diyarınada xə­zi­nələri­ni və azuqələrin qo­runmasını mənə tap­şır. Çün­ki mən özümə etibar edilən, mal-dövləti qo­ru­ya­nam və mənə həvalə edilən işləri idarə edilməsini bilənəm".

56

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَآءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَآءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.

Biz Yusifi ona atılan böhtandan təmizə çıxarıb, zindandan xilas edərək ona nemətimizdən bəxş etdik. Eləcə də onu, Misir diyarında bərqərar edib nemətimizdən ona bəxş etdik. Beləliklə, o, Misirdə könlü istədiyi yerə gedib, orada qala bilirdi. Biz dünyada is­tədiyi­miz qulumuza Öz mərhə­mə­timizi nə­sib edirik və yaxşı iş görən­lə­rin mükafatını əsla zay etmirik, əksinə, onların mükafatını əskidilmədən, kamil bir şəkildə veririk.

57

وَلَأَجْرُ ٱلْءَاخِرَةِ خَيْرٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.

Allaha iman gətirən, Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinərək Ondan qorxan kimsələr üçün, əlbəttə ki, Allahın axi­rətdə hazırladığı mü­ka­fatı dünya mükafatından daha xeyirlidir.

58

وَجَآءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا۟ عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُۥ مُنكِرُونَ

(Misirə ərzaq üçün yollanan) Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar (Yusifi) tanımadıqları halda, (Yusif) onları dərhal tanıdı.

Yusifin qardaşları öz yükləri ilə Mi­sir torpağlarına gəlib onun yanına daxil ol­du­lar. Yu­sif o saat on­la­rın öz qardaşları olduqlarını bildi, on­lar isə uzun bir vaxt ötdüyündən, həm də Yusifin zahiri görünüşü dəyişdiyi səbəbindən onun öz qardaşları olduğunu bilmədilər. Çünki onlar Yusifi quyuya atdıqları zaman o, kiçik bir uşaq idi.

59

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ قَالَ ٱئْتُونِى بِأَخٍۢ لَّكُم مِّنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّىٓ أُوفِى ٱلْكَيْلَ وَأَنَا۠ خَيْرُ ٱلْمُنزِلِينَ

(Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!

Yusif onların istədikləri ərzaq və azuqə yük­lə­rini verdi. Onlar, özlərinin atabir qardaşları olduğunu, lakin həmən qardaşın atalarının yanında qaldığını Yusifə xəbər verdikdən sonra, Yusif onlara dedi: "Ata­bir qar­daşınızı yanıma gəti­rin ki, sizə daha bir dəvə əlavə ərzaq və azuqə verim! Məgər mənim ölçü­yə tam riayət etdiyimi, heç bir əskiklik etmədiyimi və mənim qonaq qarşılayanların ən yax­şısı olduğumu görmürsünüz?!

60

فَإِن لَّمْ تَأْتُونِى بِهِۦ فَلَا كَيْلَ لَكُمْ عِندِى وَلَا تَقْرَبُونِ

Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”

Əgər onu yanıma gətir­mə­səniz, sizin atabir qardaşınız olduğu iddanızın yalan olduğu üzə çıxacaq. Əgər belə olarsa, daha sizə bir qab belə ərzaq və azuqə ve­ril­məyəcək və özünüz də ondan sonra mənin diyarıma ya­xınlaşmayın!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.