Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 111

41

يَٰصَىٰحِبَىِ ٱلسِّجْنِ أَمَّآ أَحَدُكُمَا فَيَسْقِى رَبَّهُۥ خَمْرًۭا ۖ وَأَمَّا ٱلْءَاخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ ٱلطَّيْرُ مِن رَّأْسِهِۦ ۚ قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ

Ey iki zindan yoldaşım! (Yuxularınızın mə’nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə e’dam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)

Ey mənim zindan yol­daş­larım! Yuxuda şərab hazırlamaq üçün üzümü sığan kimsəyə gəlincə, o, zindandan çıxıb, əvvəlki işinə qayıdaraq yenə də Hökmdar üçün şərab süzəcəkdir. Amma başı üstündə çörək daşıyan və quşlarında o çörəkdən yediyini görən kimsəyə gəlincə, o, öldürülüb, asılacaq və quşlarda başının ətindən dimdikləyib yeyəcəkdir. Haq­qında fitva tələb etdiyiniz işə qabaqca­dan qərar veril­mişdir. Bu iş mütləq gercəkləçəcəkdir, buna heç bir şəkk-şübhə ola bilməz.

42

وَقَالَ لِلَّذِى ظَنَّ أَنَّهُۥ نَاجٍۢ مِّنْهُمَا ٱذْكُرْنِى عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيْطَٰنُ ذِكْرَ رَبِّهِۦ فَلَبِثَ فِى ٱلسِّجْنِ بِضْعَ سِنِينَ

(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.

Yusuf onlardan edamdan qurtula­ca­ğını yə­qin etdiyi kimsəyə, -hökmdara şərab paylayan kimsəyə - de­di: "Mənim başıma qələn hadisəni hökmdara xəbər ver, bəlkə o, məni bu zindandan çıxartdı!" Lakin şeytan şərab paylayana Yu­sifin ona dediklərini hökmdara xəbər verməyi unut­durdu və bundan sonra o, zindanda bir neçə il də qal­malı oldu.

43

وَقَالَ ٱلْمَلِكُ إِنِّىٓ أَرَىٰ سَبْعَ بَقَرَٰتٍۢ سِمَانٍۢ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌۭ وَسَبْعَ سُنۢبُلَٰتٍ خُضْرٍۢ وَأُخَرَ يَابِسَٰتٍۢ ۖ يَٰٓأَيُّهَا ٱلْمَلَأُ أَفْتُونِى فِى رُءْيَٰىَ إِن كُنتُمْ لِلرُّءْيَا تَعْبُرُونَ

(Bir gün) padşah (Misir padşahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə’yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”

Bir gün hökmdar dedi: "Mən yu­xuda yeddi arıq inəyin yeddi kök inə­yi yediyini, həmçinin yeddi yaşıl sünbül və yeddi qu­ru­ sünbül gördüm. Ey kübar və zadə­gan kimsələr! Əgər yuxu yoza bilirsinizsə, bu yu­xumun yozu­mu­­nu mənə xəbər verin!"

44

قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۢ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ ٱلْأَحْلَٰمِ بِعَٰلِمِينَ

Onlar: “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik!” – deyə cavab verdilər.

Onlar dedilər: "Gördüyün bu yuxu, qar­maqarı­şıq yuxulardır. Belə yuxuların yo­zu­munu bizdə yoxdur. Biz qar­maqarı­şıq olan yuxuların yozumunu bilmirik".

45

وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ

(Zindandakı) iki (cavan) oğlandan (e’damdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) göndərin!”

Zindandan xilas olan o iki nəfərdən şərab paylayanı uzun bir müddətdən sonra Yusifin - aleyhissəlam - yuxu yoza bildiyini xatırlayıb dedi: "Mən hökmdarın gördüyü yuxunun yozumunu, yuxu yoza bilən bir kimsədən soruşduqdan sonra sizə xəbər verə bilərəm. Ey hökmdar! Gördüyün yuxunu yozmaq üçün məni Yusifin yanına gön­də­rin!"

46

يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفْتِنَا فِى سَبْعِ بَقَرَٰتٍۢ سِمَانٍۢ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌۭ وَسَبْعِ سُنۢبُلَٰتٍ خُضْرٍۢ وَأُخَرَ يَابِسَٰتٍۢ لَّعَلِّىٓ أَرْجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ

(Cavan oğlan padşahın izniylə zindana gəlib dedi:) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!”

Zindandan xilas olan gənc Yusifin yanına gəlib ona dedi: "Ey Yusuf! Ey düz danışan insan! Yuxuda yed­di arıq inəyin yeddi kök inəyi yedi­yini, həmçinin, yeddi yaşıl sünbül və yeddi quru sünbüllər görən kimsənin yuxusunun yozumunu bizə xəbər ver. Ola bil­sin ki, mən hökmdarın və onun yanında olan adamların yanına qayı­dım, bəlkə onlar da hökmdarın gördüyü yuxunun yozumunu bilsinlər və beləliklə də onlar sənin fəzilətini və dəyərini bilsinlər!"

47

قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًۭا فَمَا حَصَدتُّمْ فَذَرُوهُ فِى سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًۭا مِّمَّا تَأْكُلُونَ

(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.

Yusif - aleyhissəlam - bu yuxunun yozumu barədə xəbər verib dedi: "Yeddi il ciddi şəkildə, ardıcıl olaraq əkin. Həmən yeddi il ərzində sünbüllərdən biçdiyi­nizi isə, yemək ehtiyacınız üçün ayırdığınız az miq­dar is­tisna olmaqla, toxumların çürüyüb, qurt vurmaması üçün elə sünbülün üstündə də saxlayın.

48

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ سَبْعٌۭ شِدَادٌۭ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًۭا مِّمَّا تُحْصِنُونَ

Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.

Sonra əkib beyərdiyiniz o bərəkətli yeddi ilin ardınca, yeddi quraqlıq və ağır illər gələcək. Bu illərdə insanlar to­xumluq sax­ladıqları az bir miq­dar istisna ol­maqla, bərəkətli illərdə tə­da­rük gördü­kləri toxumdan yesinlər.

49

ثُمَّ يَأْتِى مِنۢ بَعْدِ ذَٰلِكَ عَامٌۭ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعْصِرُونَ

Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”.

Bu quraqlıq keçən illərin ardından bol-bol yağışlar yağan elə bir il gə­lə­cək ki, əkinlər bitəcək və insanlar da bolluq üzündən üzüm, zeytun, qamış və s. bu kimi istədikləri meyvələrin şirəsini sıxıb içəcəklər".

50

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦ ۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرْجِعْ إِلَىٰ رَبِّكَ فَسْـَٔلْهُ مَا بَالُ ٱلنِّسْوَةِ ٱلَّٰتِى قَطَّعْنَ أَيْدِيَهُنَّ ۚ إِنَّ رَبِّى بِكَيْدِهِنَّ عَلِيمٌۭ

(Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”

Yusifin yuxunun yozması hökmdara xəbər verildikdə, hökmdar əyanlarına: "Onu zindandan çıxarıb ya­nı­ma gə­ti­rin!" – dedi. Hökmdarın göndərdiyi elçi Yusifin yanı­na gəl­dik­də, Yusuf elçiyə de­di: "Hökmdar ağa­nın yanına qayıt və zindandan çıxmazdan əvvəl mənim günahsız olduğumun bilinməsi üçün hökmdardan, əllərini kə­sən qadınların qissəsi barədə soruş. Şübhəsiz ki, Rəbbim qadınların məni aldatıb yoldan çıxarmaq üçün qurduqları hiy­lə­ni bi­ləndir. Bundan Ona heç bir çey gizli qalmaz!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.