فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًۭٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍۢ مِّنْهُنَّ سِكِّينًۭا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَآ إِلَّا مَلَكٌۭ كَرِيمٌۭ
(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə də’vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” - dedilər.
Əzizin arvadı şəhərdə bəzi qadınların onun bu əməlinə inkar etdiklərini və onun arxasınca qeybətini etdiklərini eşitdikdə, o qadınlar Yusifi görüb, qadına üzür qazandırmaq üçün onlara bir elçi göndərib onları qonaq dəvət etdi, onların rahat əyləşməsi üçün döşəklər və yasdıqlar hazırladı, sonra da qonaqların hər birinə meyvəni kəsmək üçün bir bıçaq verdi və Yusifə: "Haydı onların qarşısına çıx!" – dedi. Qadınlar Yusifi gördükdə onu çox öyüb təriflədilər, gözəlliyinə heyran olub, ona o qədər mat-mətəl qaldılar ki, süfrədəki meyvələrdən kəsmək üçün əllərində olan biçaqlarla çaşıb öz əllərini kəsdilər və təəccüblə: "İlahi! Bu oğlan bəşər övladı deyil. İsanlara bundan əvvəl belə bir heyrətamiz gözəllik əsla verilməmişdir. Bu ancaq hörmətli mələklərdən olan bir mələkdir!" – dedilər.