Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 111

21

وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

(Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!

Yusifi satın alan misirli kişi öz arvadına: "O bizim yanımızda olduğu müddətcə ona yaxşı bax, ona hörmət et. Ola bilsin ki, o, ehtiyacımız olan işlərdə bizə fayda versin, yaxud onu özümüzə oğulluğa götürək" – dedi. Biz Yusifi ölümdən qurtarıb, onu quyunun dibindən çıxardığımız kimi Misir padşahının Əziz ləqəbli vəzirinin qəlbini ona qarşı yumuşaq etdik və beləliklə də Biz Yusifə yuxu yozmağı öyrətmək üçün onu Misirdə yerləşdirdik. Allah Öz əmrini yerinə yetirməyə qadirdir. Allahın verdiyi əmr mütləq yerinə yetər. Kimsə Onu əsla hər hansı bir şeyə məcbur edə bilməz. Lakin insanların çoxu -onlar kafirlərdir- bunu bilməzlər.

22

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

(Yusif gəncliyinin) ən yetkin dövründə (17, 18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!

Yusif yetkin çağına çat­ıb, boy-başa dəldikdə, Biz ona fəhm və elm verdik. Biz ona bəxş etdiyimiz bir mükafat kimi Allaha ixlasla ibadət edənləri belə mü­kafatlan­dırı­rıq.

23

وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ وَغَلَّقَتِ ٱلْأَبْوَٰبَ وَقَالَتْ هَيْتَ لَكَ ۚ قَالَ مَعَاذَ ٱللَّهِ ۖ إِنَّهُۥ رَبِّىٓ أَحْسَنَ مَثْوَاىَ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə:) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.

Əzizin arvadı hiylə işlədib Yusiflə mülayim davranaraq Yusifdən onunlayaxınlıq etməsini tələb etdi. Yusiflə baş-başa qalmaq üçün otağın qapısını möhkəm bağlayıb Yusifə: "Haydı yanıma gəl!" – dedi. O isə: "Məndən istədiyin işi etməkdən Allaha sığınıram! Ağam məni öz yanında saxlayaraq mənə yaxşı baxmışdır, mən əsla ona xəyanət etmərəm. Əgər ona xəyanət etsəm, bu zaman mən zalımlardan olaram. Çünki za­lım­lar nicat tapmaz­lar!" – dedi.

24

وَلَقَدْ هَمَّتْ بِهِۦ ۖ وَهَمَّ بِهَا لَوْلَآ أَن رَّءَا بُرْهَٰنَ رَبِّهِۦ ۚ كَذَٰلِكَ لِنَصْرِفَ عَنْهُ ٱلسُّوٓءَ وَٱلْفَحْشَآءَ ۚ إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُخْلَصِينَ

Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!

Qadın onunla yaxınlıq etməyə qərar vermişdi. Əgər Yusif Allahın onu bu işdən uzaqlaşdıracaq və çəkindirəcək dəlillərini görməsəydi, Yusifdə onunla bu işi etməyi ağlına gərirərdi. Beləcə, Biz onu zinadan və xəyanətdən uzaqlaşdırmaq üçün ona bu ayələri göstərdik. Hə­­qi­qətən, Yusif, risalət və peyğəmbərlik üçün Bizim se­çil­miş qul­ları­mız­dan­dır.

25

وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍۢ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ ۚ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌۭ

(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”

Yusif canını qadından qurtarmaq üçün, qadında onun otaqdan çıxmasına mane olmaq üçün onların hər ikisi bir-birini qabaqlayaraq qapıya tərəf qaçdılar. Qa­dın onun otaqdan çıxmasına mane olsun deyə Yusifin köynəyini arxa tərəfindən tutub cırdı. Bu zaman onlar qa­pı­nın ya­nın­da qadının əri ilə rast­laşdılar. Belə olduqda Əzizin arvadı hiyləğərliyə əl ataraq Əzizə belə dedi: "Ey Əziz! Sənin ailənə qarşı fahişə əməl etməyə cürət edən bir kimsənin cəzası ya zin­dan salınmaq, ya da ağrılı-acılı bir əza­ba düçar olmalıdır!".

26

قَالَ هِىَ رَٰوَدَتْنِى عَن نَّفْسِى ۚ وَشَهِدَ شَاهِدٌۭ مِّنْ أَهْلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٍۢ فَصَدَقَتْ وَهُوَ مِنَ ٱلْكَٰذِبِينَ

(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.

Yusuf - Aleyhissəlam - dedi: "O, məndən onunla yaxınlıq etməyi tələb etdi. Mən isə ondan belə bir şey istəmədim". Bu zaman Allah, qadının ailəsindən olan bir şahidi Yusufun haqlı olduğuna şahidlik etdirərək onu belə danışdırdı: "Əgər Yusufun köynəyi ön tərəfdən cırılmışsa, bu, qadının doğru danışdığına dəlalət edir. Çünki qadın bu anda özünü Yusufdan qorumağa çalışmışdır. Bu da, Yusufun yalançı olduğuna dəlalət edir".

27

وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٍۢ فَكَذَبَتْ وَهُوَ مِنَ ٱلصَّٰدِقِينَ

Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğrudanışanlardandır.”

Yox əgər Yusifin köynəyi ar­xadan cırılıbsa, bu onun doğru danışdığına dəlalət edir. Çünki qadın onu özünə tərəf çəkmək, Yusif isə qaçıb ondan canını qurtarmaq istəmişdir. Bu da qadının yalançı olduğuna dəlalət edir".

28

فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٍۢ قَالَ إِنَّهُۥ مِن كَيْدِكُنَّ ۖ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌۭ

(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”

Əziz Yusifin - aleyhissəlam - köynəyinin ar­xadan cırıldığını gör­dükdə, Yusifin haqqlı olduğuna əmin olaraq belə de­di: "Ey Qadınlar! Şüb­həsiz ki, bu iftira, sizin Yusifə yaxdığınız hiylələrinizdən biridir. Həqiqətən də, sizin hiyləniz qüvvətli bir hiylədir!".

29

يُوسُفُ أَعْرِضْ عَنْ هَٰذَا ۚ وَٱسْتَغْفِرِى لِذَنۢبِكِ ۖ إِنَّكِ كُنتِ مِنَ ٱلْخَاطِـِٔينَ

Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.

Əziz Yusufə dedi: Ey Yusif! Sən bu olanları bir kənara qoy və bu işi kimsəyə da­nışma! Ey Qadın! Sən də günahına görə Allahdan bağış­lanma dilə. Çünki sən, Yusifi öz nəfsinə dəvət edərək günahkarlardan oldun!

30

۞ وَقَالَ نِسْوَةٌۭ فِى ٱلْمَدِينَةِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفْسِهِۦ ۖ قَدْ شَغَفَهَا حُبًّا ۖ إِنَّا لَنَرَىٰهَا فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ

Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.

Qadının bu xəbəri şəhərə yayıldı və qadınlardan bir toplumu Əzizin arvadının bu əməlinə inkar edərək dedi­lər: "Əzizin arvadı ca­van kö­ləsini ilə yaxınlıq etmək istəyir. Köləsinə olan sevğisi onun qəlbini bürümüşdür. Biz onun öz köləsini yoldan çıxarmasına və ona qarşı sevği bəsləməsinə görə açıq-aşkar bir azğınlıq için­də olduğunu gö­rürük".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.