قَالُوا۟ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ
Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə e’tibar etmirsən?
Qardaşlar Yusifi atalarından uzaqlaşdırmaq barədə bir araya gəldikdə, onlar ataları Yəquba belə dedilər: "Ey atamız! Sənə nə olub ki, Yusufu bizə etibar etmirsən? Halbuki biz ona qarşı çox şəfqətliyik və onu zərərli şeylərdən qoruyuruq. Biz Yusifin sağ-salamat sənə qayıdana qəbər onu qoruyub və ondan göz-qulaq olacağımıza dair söz veririk. Axı sənə onu bizimlə göndərməyə mane olan nədir?