Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 111

11

قَالُوا۟ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ

Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə e’tibar etmirsən?

Qardaşlar Yusifi atalarından uzaqlaşdırmaq barədə bir araya gəldikdə, onlar ataları Yəquba belə dedilər: "Ey ata­mız! Sənə nə olub ki, Yusufu bizə eti­bar etmirsən? Halbuki biz ona qarşı çox şəfqətliyik və onu zərərli şeylərdən qoruyuruq. Biz Yusifin sağ-salamat sənə qayıdana qəbər onu qoruyub və ondan göz-qulaq olacağımıza dair söz veririk. Axı sənə onu bizimlə göndərməyə mane olan nədir?

12

أَرْسِلْهُ مَعَنَا غَدًۭا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”

İcazə ver sabah onu özümüzlə birlikdə gəzməyə aparaq, bir az bizimlə yeyib əylənsin. Arxayın ol, biz onu mütləq hər bir pislikdən qoruyacağıq!"

13

قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَٰفِلُونَ

(Yə’qub) dedi: “Onu aparmağınız məni çox mə’yus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”

Yəqub oğullarına dedi: "Onu aparma­ğı­nız məni narahat edər. Mən ondan ayrılığına dözə bilmərəm. Həm də qor­xu­ram ki, başınız oynamağa, gəzib-dolaşmağa qarışsın və sizin də xəbəriniz olmadan canavar onu yesin".

14

قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًۭا لَّخَٰسِرُونَ

Onlar: “Biz güclü bir dəstə (on bir nəfət) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.

Onlar atalarına dedilər: "Əgər biz bir cammat olduğumuz hal­da ca­na­var Yusifi yesə, onda biz xeyirsiz bir insanlarıq. Canavarın onu yemsinə mane olmadığımıza görə biz ziyana uğramış kimsələrik".

15

فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ ۚ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ

(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.

Yəqub onu qardaşları ilə birgə göndərdi. Onlar Yusifi uzaq bir yerə aparıb onu qu­­yunun dibinə at­maq qərarına gəl­dikdə biz bu an Yusifə belə vəhy etdik: "Bir gün sən onlara bu əməlləri ba­rə­sində onlar səni tanımadıqları bir halda xəbər verəcək­sən".

16

وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءًۭ يَبْكُونَ

Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.

Yusifin qardaşları özlərinin məkrli əməlini atalarına inandırmaq üçün axşam vaxtı özlərini ağlamağa vuraraq ata­la­rının yanına gəlib

17

قَالُوا۟ يَٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ ۖ وَمَآ أَنتَ بِمُؤْمِنٍۢ لَّنَا وَلَوْ كُنَّا صَٰدِقِينَ

Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”

Onlar dedilər: "Ey atamız! Biz qaçışıb-ötüşmək və ya ox atmaqda bir-birimizlə yarışmaq üçün getmişdik, Yusifi də libaslarımızı və azüqəmizi qoruyub saxlamaq üçün əşyalarımızın yanında qo­ymuşduq. Həmin vaxt canavar onu yedi. Əl­bəttə, biz sənə başmıza gələn hadisəni olduğu kimi danışsaq da, sən bi­zə ina­nan deyilsən".

18

وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍۢ كَذِبٍۢ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌۭ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yə’qub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”

Atalarına verdikləri xəbəri hiylə ilə təsdiqlədilər. Onlar atalarını Yusifi canavar yediyinə inandırmaq üçün Yusifin köynə­yi­nə başqa bir qan ləkəsi sürtüb onu atalarına gə­tir­di­lər. Yəqub köynəyin cırılmadığını gördükdə onların yalan dediklərini başa düşərək onlara belə de­di: "Xeyr, həqiqət heç də sizin dediyiniz kimi deyildir. Əksinə, sizi öz nəfsi­niz bu çirkin işi görməyə vadar et­miş­dir. İndi mənə Allaha asi olmadan gö­zəl səbir etmək vacibdir. Yusifə etdiyiniz bu əməl görə Allah­dan yalnız mənə yardım etməsini diləyirəm!"

19

وَجَآءَتْ سَيَّارَةٌۭ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ ۖ قَالَ يَٰبُشْرَىٰ هَٰذَا غُلَٰمٌۭ ۚ وَأَسَرُّوهُ بِضَٰعَةًۭ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ

Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!

Quyunun yaxınlığına yoldan keşən bir qafilə gəldi, onlar özlərinə su gətirmək üçün su dalınca birini göndərdilər. O, su qabını quyuya saldı və bu zaman Yusif ipdən yapışdı, suçu Yusifi gördüncə sevinərək: "Şad xəbər! Burada bir oğlan uşağı vardır!" – dedi. Suçu və qafilədə olan bəziləri sanki onu satılacaq bir əşya kimi göstərərək qafilədə olan bəzi insanlardan onun quyudan tapdıqlarını gizlin saxladılar. Allah isə onların Yusifi satmaq niyyətlərini və onun başına nə oyunlar açdıqlarını daha yaxşı bilirdi. Onların etdikləri əməllərdən Allaha heç bir şey gizli qalmaz.

20

وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍۢ دَرَٰهِمَ مَعْدُودَةٍۢ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ

(Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.

Suçu və qafilə əhli onu dəyərsiz bir qiy­mətə – bir neçə dirhəmə sat­dı­lar. Onlar tez bir zamanda Yusifdən canlarını qurtarmaq üçün onu ucuz bir qiymətə verdilər. Onlar Yusifin zahiri görnüşündən onun qul olmadığını bilirdilər. Elə buna görə də özləri üçün işin sonun pis qurtaracağından qorxdular. Yusifin onlarla birgə çox qalmaması da Allahın ona olan rəhmətinin tamamlığından idi.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.