Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 123

81

قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ

(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”

Mələklər Luta - aleyhissəlam- dedilər: "Ey Lut! Biz, Allahın göndərdiyi elçilərik. Qövmün sənə heç bir zə­rər yetirə bil­məz­. Gecənin zülmət qaranlığında ar­va­dın­dan başqa bütün ailən­lə birğə kənddən çıxın. Qoy içi­niz­dən heç kəs dönüb ar­xa­sına baxmasın. Amma arvadın sizə müxalif olaraq dönüb geriyə baxacaqdır. Çünki onların ba­şına gə­ləcək müsibət onun da ba­şı­na gələ­cək­dir. Onların hə­lak olmaq vax­t, səhər çağıdır. Bu olduqca yaxın bir vaxtdır".

82

فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةًۭ مِّن سِجِّيلٍۢ مَّنضُودٍۢ

(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq.

Lut tayfasının məhvi barəsində əmrimiz gəldikdə ora­nın yaşadığları kəndi göyə qaldırıb, altını üs­tünə çevirdik və onların üzərinə növbə ilə bir-birinin dalınca ar­dıcıl olaraq gil­ daş­la­rı yağ­dır­dıq.

83

مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّٰلِمِينَ بِبَعِيدٍۢ

Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına yağar).

Bu daşlar, Allah yanında xüsusi əlamətlə nişanlanmış daşlardır. Bu daşlar Qureyşdən və onlardan başqa olan za­lım­lardan da uzaq deyil­dir. Əksinə, bu daşlar onlara yaxındır. Allah nə zaman onların üzərinə bu daşları yağdırmağı qərar versə, elə o zaman da onlara bu daşlar isabət edər.

84

۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍۢ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ مُّحِيطٍۢ

Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində (firavan yaşamaqda) görürəm. Bununla belə (Allahın hökmlərinə riayət etməyəcəyiniz təqdirdə) sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram!

Biz Mədyən qövmünə qar­daşları Şueybi peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Tək olan Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. İnsanlar üçün ölçüb çəkdiyiniz zaman ölçünü və çə­kini əskik etməyin. Mən sizi bol­­luq və firavanlıq için­də yaşadığınızı görü­rəm. Allahın sizə bəxş etdiyi bu nemətləri günah edərək dəyişdirməyin. Mən sizin üçün heç kəsin qaçıb canını qurtara bilməyəcəyi, əksinə, hər şeyi bü­rü­yən bir gü­­nün əzabından qorxuram. O gün siz, qaçmaq və sığınmaq üçün heç bir yer tapa bilməyəcəksiz.

85

وَيَٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!

Ey qövmüm! Başqaları üçün ölçüb çəkdiyiniz zaman ölçüyə və çəkiyə əda­lətlə tam riayət edin, in­san­ların haqqlarını çəkidə azaldaraq, onları aldadaraq və hiylə işlədərək əksik ver­mə­yin. Yer üzündə qətl törədərək və ya günah işlər görərək fitnə-fəsad yaymayın!

86

بَقِيَّتُ ٱللَّهِ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ

Əgər mö’minsinizsə, (bilin ki, ölçüdə və çəkidə düz olandan sonra) Allahın (halal olaraq) verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!”

İnsanların haqqlarını ədalətlə, tak şəkildə verdikdən sonra Alla­hın sizin üçün saxladığı halal nemət­lər, çəkidə və ölçüdə insanları aldadıb mal-dövlət artırmaqdan və yer üzündə fitnə-fəsad yaymaqdan daha xeyir-bərəkətlidir. Əgər siz həqiqi möminsinizsə, Alla­hın sizin üçün saxladığı nemətə razı olun. Mən sizin üstünüzdə əməllərinizi mühasibə edən gözətçi deyi­ləm. Sizin üstünüzdə nəzarətçi olan, sirri və gizlin danışıqları bilən Allahdır".

87

قَالُوا۟ يَٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ

Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”

Şueybin qövmü ona belə dedi: "Ey Şueyb! Atala­rı­mızın ibadət etdikləri bütlərdən, mallarımı­zı istə­diyimiz kimi isti­fa­də et­məkdən və onu istədiyimiz kimi artırmaqdan əl keçməyimizi sənə na­mazınmı əmr edir? Doğru­dan da, sən yum­şaq xasiyyət­li­sən, ağıllı bir insansan. Biz səni bu dəvətindən əvvəldə ağıllı və hikmətli bir insan kimi tanıyırdıq. İndi sənə nə oldu belə?!"

88

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًۭا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

(Şüeyb onlara) belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir mö’cüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (halal) bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!

Şueyb qövmünə dedi: "Ey qövmüm! Elə isə mənə bir deyin görək, əgər mən Rəb­bim­dən açıq-aydın bir dəlilə istinad edirəmsə, Ondan bir bəsirət üzərindəyəmsə və O da Öz tə­rəfindən mə­nə halal ruzi və peyğəmbərlik bəxş etmişdirsə, onda necə olsun?! Sizə qadağan etdiyim şey­ləri et­mək­lə sizə müxalif olamq istə­mirəm. Mən sadəcə ba­car­dığım qə­dər sizi Rəbbinizin tövhidinə və Ona ibadət etməyə dəvət etməklə, sizlərin islah olmanızı istəyi­rəm. Mən buna ancaq Uca Allahın məni müvəffəq etməsi ilə nail ola bilərəm. Mən bütün işlərimdə yalnız Ona təvəkkül etdim və mən yalnız Onun hüzuruna qayıdacam.

89

وَيَٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَٰلِحٍۢ ۚ وَمَا قَوْمُ لُوطٍۢ مِّنكُم بِبَعِيدٍۢ

Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik etsəniz, onların başına gələn müsibətlər, sizin də başınıza gələr).

Ey qövmüm! Qoy mə­ən olan düşmənçiliyiniz, sizi, dətirdiyim dini yalan saymağa sövq etdirməsin, yoxsa Nuh qöv­mü­nün, yaxud Hud qövmü­nün, yaxud Saleh qövmünün başına gə­lən­ müsibətin eynisi sizin də ba­şı­nıza gələr. Lut qöv­mü də zaman və məkan baxımından sizdən uzaq deyildir. Artıq siz onların başlarına gələnləri bildiniz, elə isə bundan ibrət alın!

90

وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌۭ وَدُودٌۭ

Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!”

Rəbbinizdən bağışlan­ma diləyin, sonra günahlarınzdan Ona tövbə edin. Hə­qi­qətən, Rəb­bim Ona tövbə edənlərə qarşı rəhmlidir və qullarından tövbə edənləri çox sevəndir".

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.