وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ
Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!
Ey Peyğəmbər! Şübhəsiz ki, Rəbbin ixtilaf edən kimsələrin hər birinə əməllərinin əvəzini tam olaraq verəcəkdir. Kimin əməlləri xeyirdirsə, onun əvəzi xeyir olacaqdır. Kimin də əməli şərdirsə, onun da əvəzi şər olacaqdır. Çünki, Allah onların etdikləri ən kiçik şeyləridən xəbərdardır. Onların əməllərindən Allaha heç bir şey gizli qalmaz.