قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
Mələklər Luta - aleyhissəlam- dedilər: "Ey Lut! Biz, Allahın göndərdiyi elçilərik. Qövmün sənə heç bir zərər yetirə bilməz. Gecənin zülmət qaranlığında arvadından başqa bütün ailənlə birğə kənddən çıxın. Qoy içinizdən heç kəs dönüb arxasına baxmasın. Amma arvadın sizə müxalif olaraq dönüb geriyə baxacaqdır. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxt, səhər çağıdır. Bu olduqca yaxın bir vaxtdır".