Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 123

71

وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌۭ فَضَحِكَتْ فَبَشَّرْنَٰهَا بِإِسْحَٰقَ وَمِن وَرَآءِ إِسْحَٰقَ يَعْقُوبَ

(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yə’qubla (İshaqın, ondan sonra Yə’qubun dünyaya gələcəyi ilə) müjdələdik.

İbrahimin arvadı Sara ayaq üstə dur­muşdu. Biz ona, onu sevindirəcək bir xəbəri, onun İshaqı dünyaya gətirəcəyini və İshaqında Yəqub adlı bir oğlu olacağı xəbərini verdik. O da, bu müjdə xəbərini eşitdiyinə görə güldü.

72

قَالَتْ يَٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌۭ وَهَٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عَجِيبٌۭ

(İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!”

Sara, Mələklər onu bu xoş xəbərlə müjdələdikdə, o, təəccüblə dedi: "Mən bu yaşlı vaxtımda və bundan sonra dünyaya uşaq gətirməkdən ümidimi kəsdiyim bir halda, bu ərim də bir qoca ki­şi ikən, necə uşaq doğa bilərəm?! Doğrusu, bu yaşdan sonra dünyaya uşaq gətirməyim, adətən görünməyəm çox təəccüblü bir haldır!".

73

قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌۭ مَّجِيدٌۭ

(Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah tə’riflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!” (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz ne’mət, ehsan və kərəm sahibidir!)

Sara bu müjdə xəbərindən təəccübləndikdə, mələklər ona dedilər: "Yoxsa sən, Allahın qəza və qədərinə təəccübmü edirsən? Allahın belə şeyi etməyə qadir olması sənin kimi bir insana gizli qalmaz. Ey İbrahimin ev əh­li! Allahın rəhməti və bə­rəkəti sizin üstünüzdə ol­sun! Hə­qi­qə­tən Allah, sifətlərində və feillərində tərifəlayiqdir və şan-şöhrət sahibidir!"

74

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَٰدِلُنَا فِى قَوْمِ لُوطٍ

İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın onlardan dəf edilməsini istədi).

İbrahimin - aleyhissəlam - hazırladığı yeməkdən yeməyən qonaqlarının mələklər olduqlarını və onun İshaq onun ardından da Yəqub adlı övladları doğulacağı barədə xoş xəbəri bilib qəlbindək qorxu çəkil­dikdən sonra elçilərimizlə, Lut və onun ailəsi, qövmünə göndərilən əzabdan xilas olmaq ümidi ilə onlara göndərilən əzabı gecikdirmək üçün Lut qövmü barədə müba­hisə etməyə baş­la­dı.

75

إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌۭ مُّنِيبٌۭ

Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi).

Həqiqətən, İbrahim yumuşaq qəlbli, cəzanın gecikdirilməsini istəyən, Rəbbinə çox yalvarıb-yaxaran, Ona çox dua və tövbə edən bir kəs idi.

76

يَٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍۢ

(Mələklər dedilər:) “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.

Mələklər dedilər: "Ey İb­ra­him! Lut qövmü barədə mübahi­sə etməkdən əl çək. Çünki Rəb­binin onlar haqqında əzəldən yazdığı əzabın onlara vaqe olacağına dair əm­ri artıq gəl­mişdir. Həqiqətən, Lut qövmünə heç bir duanın və mübahisənin qarşısını ala bilməyən böyük bir əzab gə­lə­cəkdir".

77

وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌۭ

Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin (başabəlalı) bir gündür!” – dedi.

Mələklər kişi qiyafəsində Lutun yanı­na gəl­dik­də, qövmündən qadınları atıb şəhvətlə kişilərə yaxınlaşan kişilərin qonaqlarına bir pislik yetirəcəklərindən kə­dər­ləndi, ürə­yi sıxıldı və Lut qövmünün onun yanına gələn qonaqlarına üstün gələcəyini zənn edərək: "Bu, çox çətin bir gündür!" – dedi.

78

وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَٰقَوْمِ هَٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌۭ رَّشِيدٌۭ

Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?”

Lutun qövmü, Lutun yanına gələn qonaqları ilə cinsi yaxınlıq etmək niyyətilə tələm-tələsik Lutun yanına gəldilər. Qadınları atıb şəhvətlə kişilərə yaxınlaşmaq, elə onların əvvəlki ya­ra­maz adəti idi. Lut, qonaqları qarşısında onları müdafiə edərək özünə üzür qazandırmağa çalışaraq qövmünə dedi: "Ey qövmüm! Bun­lar mə­nim qız­la­rımdır, onlarla evlənə bilərsiniz. Onlar sizin üçün, istədiyiniz murdar əməldən daha təmizdirlər. Allah­dan qorxun və qonaqlarımın ya­nında mənə xəcalət verməyin! Ey Qövmüm! Məgər aranızda sizi bu çirkin əməldən çəkindirən ağıl­lı bir insan yoxdurmu?!"

79

قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّۢ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ

Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”

Qövmü ona belə dedi: "Ey Lut! Bilirsən ki, bizim sənin qızlarına və ya qövmünün hər hansı bir qadınına heç bir ehti­yacı­mız və şəhvətimiz yoxdur. Axı sən bizim nə istədiyi­mizi, kişilərdən başqa bir şey istəmədiyimizi yəqin bilirsən!"

80

قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍۢ شَدِيدٍۢ

(Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!”

Lut dedi: "Kaş ki, sizə mane ola biləcək bir qüvvəm yaxud da məni qoruya biləcək güclü bir qəbiləm olsaydı, sizin mənim qonaqlarıma bir pislik toxundurmağınıza mane olaydım!"

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.