Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 123

51

يَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ

Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?

Ey qövmüm! Mən, Rəbbimin dinini sizə təbliğ etdiyimə və sizi Rəbbimin yoluna çağırdığıma görə sizdən heç bir qarşılıq is­tə­mirəm. Mə­nim müka­fa­tım an­caq məni yaradan­ Allaha aiddir. Məgər siz bunu an­la­yıb, mənim sizi dəvət etdiyimə cavab verməyəcəksiniz?!

52

وَيَٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ

Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim də’vətimdən və imandan) günahkar olaraq üz çevirməyin!”

Ey qövmüm! Allahdan bağış­lan­ma diləyin, sonra da günahlarınızdan -bunların ən böyüyü Allaha şərik qoşmaqdır- Ona tövbə edin ki, sizə bolluca yağış yağdıraraq sizə bunun əvəzini versin, zürriyyətinizi və mal-dövlərinizi çoxaldaraq gü­cü­nü­zü bir az da artırsın. Elə isə, sizi dəvət etdiyim şeydən üz çevirmə­yin, yoxsa dəvətimdən üz çevirdiyinizə və Allaha küfr edib, sizə gətirdiyimi yalan saydığınıza görə, günahkarlardan olarsınız!"

53

قَالُوا۟ يَٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍۢ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir mö’cüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!

Hudun qövmü ona belə dedi: "Ey Hud! Bizim sənə iman gətirməyimiz üçün sən bizə açıq-aydın bir dəlil gə­tir­mə­­din. Elə buna görə də biz, sənin dəlilsiz sözün­ə inanıb öz ilahlarımıza ibadət etməyi tərk edən deyi­lik. Biz sə­nin Allahın elçisi olduğun iddiana da inanmırıq.

54

إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍۢ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ

Biz ancaq bunu deyirik ki, bə’zi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!

Biz yalnız deyə biilərik ki: "Bə­zi məbudlarımız bizi onlara tapınmağımızı qadağan etdiyinə görə səni dəlilik xəstəliyinə düçar ediblər". Hud onlara belə cavab verdi: "Həqiqətən, mən Allahı şahid gətirirəm, siz də şahid olun ki, mən si­zin Allahdan başqa ibadət etdiyiniz ilahlara ibadət etməkdən uzağam. Siz və sizin məni dəlilik xəstəliyinə düçar etdiyini iddia etdiyiniz ilahlarınızla birgə mənə qarşı hiylə qurun və sonra da mən heç möhlət də verməyin.

55

مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًۭا ثُمَّ لَا تُنظِرُونِ

Bircə Ondan (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!

Biz yalnız deyə biilərik ki: "Bə­zi məbudlarımız bizi onlara tapınmağımızı qadağan etdiyinə görə səni dəlilik xəstəliyinə düçar ediblər". Hud onlara belə cavab verdi: "Həqiqətən, mən Allahı şahid gətirirəm, siz də şahid olun ki, mən si­zin Allahdan başqa ibadət etdiyiniz ilahlara ibadət etməkdən uzağam. Siz və sizin məni dəlilik xəstəliyinə düçar etdiyini iddia etdiyiniz ilahlarınızla birgə mənə qarşı hiylə qurun və sonra da mən heç möhlət də verməyin.

56

إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin haqqını tapdalayıb mükafatını azaltmır. Mö’minə Cənnət, kafirə isə Cəhənnəm qismət edir).

Mən yalnız tək olan Allaha təvəkkül et­dib, işimi ona həvalə etdim. O, məmim də, sizin də Rəbbinizdir. Yer üzündə elə bir məxluq yox­dur ki, Allaha boyun əyməsin və Onun hökmüranlığı və sultanlığı altında olmasın. Allah bütün məxluqatı istədiyi kimi idarə edər. Həqi­qə­tən, mənim Rəbbim haqq və ədalət üzərindədir. O sizin mənim üzərimdə güc sahibi olmağınıza əsla izin verməz. Çünki mən haqq üzərindəyəm, siz isə batil üzərində.

57

فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ

Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz (Ona) heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”

Əgər siz, mənim gətirdiyim dindən üz çevirib getsəniz, bilin ki, mənim borcum bu dini sizə çat­dır­maqdır. Mən, Allahın mənə göndərdiyi bu dini və sizə təbliğ etməyi mənə əmr etdiyi hər bir şeyi və sizə çatdırdım. Artıq sizə haqq çatmışdır. Sizə gətirdiyim dindən üz çevirdiyinizə görə Rəbbim sizi məhv edəcək, yerinizə başqa bir qövm gətirəcəkdir. Sizin yalan sayıb, üz çevirməniz istər böyük, istərsədə ki, kişik olmasından aslı olmayaraq Allaha heç bir zərər yetirməz. Çünki Allah qullarına möhtac deyildir. Şübhəsiz ki, Rəbbim hər şeyi müşahidə edən və sizin mənə qarşı ediyiniz pisliklərdən məni qoruyanda Odur!"

58

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَنَجَّيْنَٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ

(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!

Huhun qövmünü həlak edəcəyimizə dair əmrimiz gəldikdə, Biz Hu­du və onun­la birlikdə iman gə­ti­rən­lə­ri Öz mərhə­mə­timizlə xilas etdik və onları qövmündən olan kafirlərə verdiyimiz ağrılı-acılı əzab­dan qurtardıq.

59

وَتِلْكَ عَادٌۭ ۖ جَحَدُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍۢ

Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar (peyğəmbərlərin hamısı tövhid, təkallahlılıq təblig etdiklərinə görə bir peyğəmbərə qarşı çıxan kimsə bütün peyğəmbərlərə qarşı çıxmış olur), başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular.

Bu, Ad qövmüdür! On­lar Rəb­bi­ olan Allahın ayələrinə küfr et­dərək, peyğəmbərləri Huda qarşı üsyan etdilər və üstəlik haqqa qarşı təkəbbürlük edən, azğınlıq edib haqqı qəbul etməyən və haqqa boyun əyməyən hər bir kəsə tabe oldular.

60

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًۭا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّعَادٍۢ قَوْمِ هُودٍۢ

Və, beləliklə, dünyada da, qiyamət günündə də lə’nətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu. (Ərəb tarixində iki Ad tayfasının adı çəkilir. Biri Hudun tayfası Ad, digəri isə Adul–İrəmdir ki, ona Zatul–İmad da deyilir. Onları bir-birindən fərqləndirmək üçün burada birinci Ad qəbiləsi Hud qövmü adlandırılır).

Onlar Uca Allaha küfr etdikləri səbəbindən həm bu dünya həyatında, həm də Qiyamət günündə onlar üçün rəzalət və Allahın rəhmətindən qovulmaq vardır. Beləliklə də, Allah onları hər cür xeyirdən uzaq edib və hər cür şərə yaxınlaşdırdı.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.