Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 123

41

۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ

Nuh dedi: “Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

Nuh öz ailəsindən və qövmündən iman gətirənlərə dedi: "Gəmiyə mi­nin! Gəminin süda üzüb getməsi də, da­yan­ma­sı da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Ona tövbə edən qullarının günahlarını bağışla­yandır və onlara qarşı Rəhm­lidir. Möminləri suda həlak olmaqdan xias etməsi də Onun rəhməti sayəsindədir".

42

وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍۢ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍۢ يَٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَٰفِرِينَ

Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kən’anı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”

Gəmi içərisində olan insan və başqa canlılarla birgə dağlar kimi əzəmətli dal­ğalar arasında üzüb getdiyi za­man Nuh - aleyhissəlam -atalıq şəfqəti ilə, atasından və qövmündən ayrıca olaraq tək başına bir yerdə qalıb, kə­nar­da duran oğlu­nu (Kənanı) səs­ləyib dedi: "Ey Oğlum! suda boğulmaqdan xilas olmaq üçün haydı bi­zimlə bir­lik­də gəmiyə min, ka­fir­lərdən olma. Yoxsa onların suda boğulub həlak olduqları kimi səndə suda boğulub həlak olarsan".

43

قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍۢ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ

(Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu.

Nuhun oğlu atasına belə dedi: "Mən, suyun mənə çatmaması üçün hündür bir dağa çıxacam". Nuh oğluna dedi: "Bu gün, Allahın rəhm etdikləri kimsələrdən başqa, Onun tufan və suda boğulma əzabından heç kəs canını qurtara bilməz. Bu gün yalnız Allahın mərhəmət etdiyi qulları suda boğulmaqdan xilas ola bilərlər". Sonda dalğa Nuh və onun kafir olan oğlunu bir-birindən ayırdı və Nuhun oğlu kafir olduğu üçün tufanla suda bo­ğu­lanlardan oldu.

44

وَقِيلَ يَٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ

(Allahdan bir əmr olaraq:) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi.

Tufan bitdikdən sonra Allah yerə belə buyurdu: "Ey yer, üzərində qalan tufanın su­yunu ud!" Sonra göyə belə dedi: "Ey göy, yağışını saxla, daha yağış endirmə!" Beləliklə də, yer üzü quruyana qədər su çəkildi və Allah yer üzündəki kafirləri məhv etdi. Nəhayət, gəmi Cudi dağı üzərində qə­rar tutdu. Sonra de­yildi: "Küfr əməllər etməklə Allahın hüdudlarını aşanlar Allahın rəhmətindən uzaq olsunlar, məhv olsunlar!"

45

وَنَادَىٰ نُوحٌۭ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَٰكِمِينَ

Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə üzvlərimdəndir. Sənin və’din, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”

Nuh Rəbbinə yalvarıb de­di: "Ey Rəb­bim! Axı oğlum, mənə ailəmi xilas edəcəyini vəd etdiyin kimsələrdəndir. Şübhəsiz ki, sənin və­din, haq­dır. Sən əsla vədinə xilaf çıxmazsan. Sən ha­kimlə­rin ən ədalətlisi və hər şeyi daha yaxşı bilənsən!"

46

قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَٰلِحٍۢ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ

(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)”.

Allah Nuha belə dedi: "Ey Nuh! Sə­nin xilas olmasını istədiyin oğlun, Mənim səniə xilas edəcəyimi vəd etdiyim ailən­dən deyildir. Çünki o, kafirdir. Ey Nuh! Sənin Məndən istədiyin şey, sənə və sənin məqamında olan kimsəyə yaraşan bir əməl deyildir. Elə isə bil­mə­diyin bir şeyi Məndən is­tə­mə. Həqiqə­tən də, Mən səni cahil­ ol­ma­qdan, üstəlik, Mənim elmimə və hikmətimə müxalif olan bir şeyi məndən istəməkdən çəkindirirəm".

47

قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَٰسِرِينَ

(Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”

Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bundan sonra bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığı­nı­ram. Əgər sən mənim günahlarımı bağışlamasan və Öz rəhmətinlə mənə mərhəmət göstər­mə­sən, axirət payını əldən verib ziyana uğrayan­ kimsələrdən olaram".

48

قِيلَ يَٰنُوحُ ٱهْبِطْ بِسَلَٰمٍۢ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍۢ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌۭ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ

(Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mö’min) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en. (Gələcəkdə sizin nəsildən olub küfr edəcək) bə’zi ümmətlərə də (dünyada) dolanışıq verəcək, sonra isə (axirətdə) onları şiddətli bir əzaba düçar edəcəyik!”

Uca Allah Nuha - aleyhissəlam - dedi: "Ey Nuh! Sənə və gəmidə səninlə birgə olan möminlərdən, səndən sonra dünyaya gələn zürriyyətlərə bəxş etdiyi­miz əmin-amanlıq və bol-bol nemətlə gəmidən yerə en! Bu zürriyyətlər içərisində Allaha küfr edən başqa bir ümmətdə olacaqdır ki, Biz onlara bu dünya həyatında bir müd­dət xoş gü­zəran və yaxşı dolanışıq verəcək, axirətdə isə onları Öz tərə­fi­miz­dən ağrılı-acılı bir əzaba düçar edə­­cə­yik!"

49

تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَٰقِبَةَ لِلْمُتَّقِينَ

Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!

Nuhun bu əhvalatı qeyb xəbərlə­rin­dən­­dir. Ey Peyğəmbər! Sənə vəhy etdiyimiz bu vəhydən əv­vəl, bunları nə sən, nə də sənin qöv­mün bi­lirdi. Nuh - aleyhissəlam - öz qüvmünün onu yalan saydığına səbir etdityi kimi, səndə qövmünün sənə əziyyət verib, səni yalan saymalarına sə­bir et! Şübhəsiz ki, qələbə və yardım Allahın əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkilən kimsələr üçündür.

50

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ

Ad tayfasına da qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxudr. Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız!

Biz Ad qövmünə də qardaşları Hudu - aleyhissəlam - peyğəmbər göndərdik. Hud onlara dedi: "Ey qövmüm! Yalnız Allaha ibadət edin. Ona heç bir şeyi şərik qoşmayın. Sizin uca Allahdan başqa haqq məbudunuz yoxdur. Siz Onun şəriki olduğu iddianızda da yalan danışırsız.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.