Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 123

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ كِتَٰبٌ أُحْكِمَتْ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ

Əlif, Lam, Ra! Bu, ayələri himət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,

﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Quran, ayələri tərtib və məna baxımından mü­kəm­məl­ləşdirilmiş bir kitabdır. Orada heç bir xələl və ya naqislik görə bilməzsən. Sonra bu kitabda, idarə etməsində və şəri hökmlərində hikmət sahibi və qulllarının hər bir halından xəbərdar olan, qullarının nə ilə islah olacağını bilən Uca Allah tərəfindən halal, haram, əmrlər, qadağalar, müjdə, əzab və olub keçmiş ümmətlərin və s. başqa xəbərlər bəyan edilmişdir.

2

أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ

Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.

Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu ayələrin məzmunu, insanları Allahla yanaşı başqasına ibadət etməkdən çəkindirməkdir. Ey İnsanlar! Əgər siz Allaha küfr edib, Ona üsyan etsəniz, mən sizi Allahın əzabından qorxudan, əgər Allaha iman edib, Onun şəriətinə əməl edəsənizsə, sizi bunun savabı ilə müjdələ­yə­nəm.

3

وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ

Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim də’vətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.

Ey insanlar! Rəbbinizdən günahlarınızın ba­ğış­lanmasını diləyin. Allaha qarşı etdiyiniz etinasızlıqlara görə peşmançılıq hissi keçirərək, Ona tərəf dönün. Əgər belə etsəniz, O, əcəliniz gələnə qədər dünya həyatınızda sizə gö­zəl gün-gü­zə­ran nəsib edər və Öz lütfündən hər fə­zi­lət sahibinə etdiyi itaətin mükafatını kamil şəkildə və heç bir naqislik edilmədən verər. Əgər siz Rəbbimdən gətirdiyim Qurana iman etməkdən üz çevirsə­niz, bilin ki, mən sizə şiddətli bir günün – qiyamət gününün – sizə üz verəcək əza­bın­dan qorxuram.

4

إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!

Ey İnsanlar! Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. Uca Allah hər şeyə qa­dir­dir. Onu heç bir şey aciz edə bilməz. Sizi öldürüb, qəbirlərinizdən dirildib çıxardıqdan sonra sizi hesaba çəkmək Ona çətin olmaz.

5

أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək (küfrlərini, ikiüzlülüklərini Peyğəmbərdən və mö’minlərdən gizlətmək) məqsədilə ikiqat olarlar (sinələrini bükərlər). Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi (bütün gizli və aşkar əməllərini) bilir. Allah ürəklərdə olanları biləndir.

Agah olun ki, müşriklər, cahillikləri üzündən qəlblərindəki, Allah barədə olan şəkk-şübhəni gizlətməyə çalışırlar. Bilin ki, Allah onların palratlarını başlarına bürüdüklərini də, qəlblərindəkini, gizli sax­ladıq­larını da, aşkara çı­xart­dıq­larını da bilir. Həqiqətən də, O, qəlblərin gizli saxladıqlarını daha yaxşı biləndir.

6

۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَٰبٍۢ مُّبِينٍۢ

Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır).

Yer üzündə dolaşan hansı canlı olursa olsun, uca Allah Öz lütfü ilə onun ruzisini Öz öhdəsinə götürmüşdür. Allah on­ların yer üzərində qərar tutacaqları yeri də, öləcəkləri yeri də bilir. Hər bir canlı, onun ruzisi, yer üzərində qərar tutacağı yer və harada öləcəyi - bunların hamısı açıq-aydın kitabda –Lövhi-məh­­fuz­da– qeyd edilmişdir.

7

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ

Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” – deyə cavab verərlər.

Ey İnsanlar! Hansınızın Allahı razı salan daha yaxşı əməl sahibi, hansınızın da Onu qəzəbləndirən daha pis əməl sahibi olduğunu sınayıb, üstəlik də, hər kəsə layiq olduğunu vermək üçün, əzəmətli göyləri, yeri və onların arasında olanları altı gündə yaradan Odur. Allahın ərşi isə göyləri və yeri yaratmazdan əvvəl su üzərində idi. Ey Peyğəmbər! Əgər sən onlara: "Ey İnsanlar! Siz öldükdən sonra haqq-hesab olunmaq üçün diriləcəksiniz!" – desən, Allaha küfr edib, öldükdən sonra dirilməyi inkar edən kimsələr: "Oxuduğunuz bu Quran açıq-aydın sehirdən başqa bir şey deyildir. Həqiqətən də bu, boş bir şeydir!" – deyərlər.

8

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.

Əgər müşriklərə dünya həyatında layiq olduqları əzabı bir neçə gün gecik­dir­sək, bu zaman onlar istehza edərək və bu əzaba tələsərək: "Bu əzabın bizə gəlməsinə mane olan nədir?" – deyə­cək­lər. Xəbəriniz ol­sun ki, layiq olduğunuz əzabın Allah yanında müəyyən bir vaxtı vardır. Əzab onlara gəldiyi gün, onu heç nə onlar­dan dəf edə bilmə­yə­cək, əksinə əzab onlar üzərində vaqe olacaq və bu zaman is­tehza və məsxərə edərək tələsdikləri o əzab onları hər bir hərəfdən bürüyüb, əhatə edəcəkdir.

9

وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ

Əgər insana Özümüzdən bir ne’mət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, mə’yus (ümidsiz) və nankor olar.

Əgər Biz insana Öz tərəfimizdən sağlamlıq və zənginlik kimi bir nemət daddırsaq, son­ra da həmin neməti ondan geri alsaq, o, Allahın rəhmətindən həddən artıq ümidini kəsər və Onun nemətlərinə qarşı çox böyük nankorluq edər. Allah bu nemətləri ondan geri aldıqda isə o, ona verilmiş bütün bu nemətlərin hamısın unudar.

10

وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ

Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən sovuşdu” - deyər və sözsüz ki, sevinib öyünər.

Əgər insana yoxsulluqdan sonra bol-bol ruzi, xəstəlikdən sonra da sağlamlıq daddırsaq, o, mütləq: "Bəla məndən sovuşdu, xətər məndən yan keçdi!" – deyər və buna görə heç Allaha şükür etməz, əksinə, sevinib lovğalıq edər və Allahın ona verdiyi nemətlərlə insanlara qarşı təkəbbürlük edib, öyünər.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.