وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ
Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı (hamıdan yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”
Ey qövmüm! Mən sizə demirəm: "İçərisində Allahın bol-bol ruzisi olan xəzinələri mənim yanımdadır, əgər iman gətirsəniz sizə bu ruzilərdən verərəm". Mən sizə: "Mən qeybi bilirəm və mən mələklərdənəm də" –demirəm. Əksinə, mən sadəcə sizin kimi bir bəşərəm. Mən sizin həqarətlə baxdığınız fəqirlər barədə: "Allah onlara əsla xeyir verməz və onları doğru yola yönətməz də" –demirəm. Çünki onların qəlblərində olanı və əməllərini Allah daha yaxşı bilir. Əgər mən bunu iddia etsəm, onda sözsüz ki, mən, Allahın əzabına layiq görülən zalımlardan olaram".