Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 123

31

وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ

Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə (iman gətirən yoxsullara) Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürələrində olanı (hamıdan yaxşı) Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”

Ey qövmüm! Mən sizə demirəm: "İçərisində Alla­hın bol-bol ruzisi olan xə­zinələri mənim ya­nım­da­dır, əgər iman gətirsəniz sizə bu ruzilərdən verərəm". Mən sizə: "Mən qeybi bilirəm və mən mələklərdənəm də" –demirəm. Əksinə, mən sadəcə sizin kimi bir bəşərəm. Mən sizin həqarətlə bax­dı­­ğınız fəqirlər barədə: "Allah onlara əsla xe­yir vermə­z və onları doğru yola yönətməz də" –demi­rəm. Çünki onların qəlblərində olanı və əməllərini Allah daha yax­şı bilir. Əgər mən bunu iddia etsəm, onda sözsüz ki, mən, Allahın əzabına layiq görülən zalımlardan olar­am".

32

قَالُوا۟ يَٰنُوحُ قَدْ جَٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”

Onlar inadkarlıq və təkəbbürlük edərək belə dedilər: "Ey Nuh! Sən artıq bi­zimlə mübahisə və mücadilə etdin və bu mü­ba­hisəmizi və mücadiləmizi də çox uzatdın. Əgər iddianda doğrusansa, elə isə bizə vəd etdiyin əzabı gə­tir".

33

قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

(Nuh) belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz əsla Allahı aciz buraxa (Allahın əzabından qaçıb canınızı qurtara) bilməzsiniz.

Nuh onlara dedi: "Mən sizə əzab gətirə bilmərəm. Əzabı sizə istəsə yalnız Allah gətirəcəkdir. Əgər Allah sizə əzab vermək istəsə siz Onun əzabından yaxa qur­tara bilmə­yəcək­siniz.

34

وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ

Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”

Əgər Allah sizi inadkarlığınıza görə doğru yoldan azdırmaq istə­yir­sə, mən sizə öyüd-nəsihət ver­mək istəsəm be­lə, öyüd-nəsihətim sizə fayda verməz. O si­zin Rəb­biniz­dir və sizə sahib olan da, istədiyi zaman sizi sapdıran da Odur. Siz Qiyamət günü Onun hüzuruna qayta­rı­la­caqsı­nız. O sizin etdiyiniz əməllərin əvəzini verəcəkdir".

35

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تُجْرِمُونَ

Yoxsa (Məkkə müşrikləri): “O (Muhəmməd) onu (Qur’anı və ya Nuha dair xəbərləri) özündən uydurdu!” – deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”

Nuh qövmünün küfr etməsinin səbəbi, onların, Nuhun gətirdiyi bu dini Allahın adında özündən uydurduğunu iddia etmələri olmuşdur. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər mən bu dini özümdən uydurmuşamsa, bunun günahı və cəzası sizə deyil, yalnız özümə aiddir. Mən də sizin yalan saydığınıza görə heç bir məsuliyyət daşımıram. Mən sizin etdiyiniz əməllərdən tamamilə uzağam".

36

وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ

Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq!)

Uca Allah Nuha belə vəhy etdi: "Ey Nuh! Bundan sonra qöv­mün­dən, daha əvvəl iman gə­tirənlər is­tisna olmaqla artıq onlardan heç kəs sənə iman gə­tir­məyəcək. Ey Nuh! Elə isə bu uzun bir müddət ərzində qövmünün səni yalan sayıb və sənə qarşı istehza etdiklərinə görə heç kədərlənmə.

37

وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ

Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!”

Sən gəmini Bizim nəzarətimiz və mühafizəmiz altında, vəh­y ilə sənə öyrədəcəyimiz kimi inşa et. Küfr edib özlərinə zülüm edənlərin əzabını təxirə salmaqdan ötrü Mənə mü­ra­ciət etmə. Şübhəsiz ki, onlar küfr əməllərdə israr etdikləri üçün tufanla boğulacaqlar.

38

وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌۭ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ

(Nuh) gəmini düzəldir, ümmətinin ə’yan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.

Beləliklə, Nuh Rəbbinin əmrinə tabe olaraq gəmini inşa etməyə başladı. Qöv­münün zadəgan və kübar təbəqəsindən olanları isə hər dəfə Nuhun ya­nından keç­dikdə, onun su və çaylar olmayan, səhra bir yerdə gəmi inşa etdiyinə görə onu ələ salır­dılar. Nuh onların bu işə görə onu təkrar-təkrar ələ saldıqlarını gördükdə isə onlara belə dedi: "Ey insanlar! Əgər bu gün siz bizi gəmi inşa etdiyimizə görə ələ salırsınızsa, biz də si­zi, bu işdən cahil olduğunuza görə suda batdığınız zaman bizi ələ saldı­ğınız kimi ələ sala­ca­ğıq.

39

فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ

Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”

Siz tezliklə dünyada rüsvayedici və alçaldıcı əzab kimə gələcəyini və Qiyamət günü də əbədi olan əzabın kimə nazil olacağını biləcəksiniz!"

40

حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ

Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman (Nuha) dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə (tayfasından) çox az adam iman gətirmişdi.

Nuh Uca Allahın ona əmr etdiyi gəmini inşa edib sona çatdıqda, nəhayət, onların məhv olma əmrimiz gəl­di­yi an, tufanın başladığını xəbər vermək üçün su onların çörək bişirdikləri tən­dirdən qaynayıb daşdığı za­man Biz Nuha - aleyhissəlam - belə dedik: "Yer üzündə olan hey­vanların hər növündən biri erkək və biri dişi olmaqla bir cüt, iman gətirmədikləri səbəbindən ba­rə­­lə­rin­də suda qərq olacaqları hökmü verilən kəslər istis­na ol­maq­la da, öz ailəni və bir də qövmündən səninlə birğə iman gə­­ti­rən­ləri gəmiyə min­dir". Nuh qövmünün Allaha iman gətirməsi üçün onların aralarında uzun müddət qalıb Allaha dəvət etməsinə baxmayaraq, onunla bir­likdə qövmündən çox az adam iman gə­tirmişdi.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.