Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 123

21

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Onlar özlərinə zərər eləyənlərdir. Yalandan uydurduqları bütlər də onlardan uzaqlaşıb qeyb olacaqlar.

Bu xislətlərə sahib olan kimsələr, ibadətdə Allahla yanaşı Allaha şəriklər qoşub, öz əlləri ilə özlərini həlaka sürükləyərək özlərini ziyana uğ­ra­danlardır. Qiyamət günü isə, uydur­duqları bütlər və şəfaətçilər on­lardan qeybə çəkilib ge­dərlər.

22

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ

Şübhəsiz ki, axirətdə də ən çox ziyana uğrayanlar onlardır!

Şübhə yoxdur ki, Qiyamət günü əldə edəcəkləri qazanc baxımından əsil zərər çəkən də onlardır. Çünki onlar küfrü imanla, axirəti dünya ilə, rəhməti də əzabla dəyişməyə razı oldular.

23

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!

Sözsüz ki, Allaha və Onun rəsuluna iman gətirib, saleh əməllər edənlər və Allahdan qorxaraq Ona boyun əyən kimsələr Cənnət sakinləridir­. Onlar orada əbədi qalacaqlar!

24

۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ

Bu iki tayfanın (kafirlərin və mö’minlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Məgər ibrət almırsınız?

Kafir və mömin firqəsinin misalı, görməyən korun və eşidməyən karın misalına bənzəyir. Kafirlərin misalı belədir. Onlar, eşidən və görən insan kimi, haqqı qəbul etmək üçün dinləməz, özlərinə fayda verəcək şəkildə baxıb görməzlər. Belə olduğu bir halda, onların halı ilə haqqı eşidib, onu görən möminlərin halı eyni səviyyədə ola bilərmi?! Xeyir, əsla eyni ola bilməz. Məgər siz bunun bir-biriləri ilə eyni səviyyədə olmadığından düşü­nüb ibrət al­mır­sınızmı?!

25

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ

Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!

Biz Nuhu - aleyhissəlam - öz qövmünə elçi gön­dər­dik. Nuh onlara belə dedi: "Ey qövmüm! Həqi­qə­tən, mən sizi Allahın əzabından xəbərdar edən və mənim ilə göndərilmiş şeyi sizə açıq-aydın bəyan edən bir elçiyəm!

26

أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍۢ

Allahdan başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli (ağrılı-acılı) günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”

Mən sizi tək Allaha ibadət etməyə çağırıram. Əsla Ondan başqasına ibadət etməyin! Mən sizi yaxala­yacaq ağrılı-acılı gü­nün sizə üz verəcək əza­bından qor­xuram".

27

فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًۭا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَٰذِبِينَ

(Nuh) tayfasının kafir ə’yan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”

Onun qövmünün kafir za­dəgan­ları belə dedilər: "Biz sənin dəvətinə əsla cavab verməyəcəyik, çünki sənin bizdən heç bir üstünlüyün yoxdur. Sən də bizim kimi sadəcə bir insansan. Biz sənə tabe olanların bizim aşağı təbəqəmizdən olan kimsələrin olduğunu görürük. Həm­çi­nin bizim sizə tabe olmağımız üçün siz bizdən şərəf, mal-dövlət və şan-şöhrət baxımından da üstün deyisiniz. Əksinə, biz sizi bu iddianızda ya­lançı olduğunuzu zənn edirik".

28

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةًۭ مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَٰرِهُونَ

(Nuh) dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə (mö’cüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!

Nuh onlara dedi: "Ey qövmüm! Bir mənə deyin görüm, əgər Rəb­bim­dən mənim doğru olduğuma şahidlik edən, sizin də məni təsdiqləmənizi vacib edən açıq-aydın bir dəlilə is­ti­nad edirəmsə və Allah da mə­nə peyğəmbərlik və risalət olan rəhmət bəxş edibsə və bu, sizin cahilliyinizə görə sizə gizli qalıbsa, bu zaman biz sizi iman etməyə məcbur edib, qəlbinizə zorla imanmı salacağıq?! Bizim buna gücümüz yetməz. İmana müvəffəq edən yalnız Allahdır".

29

وَيَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ

Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar (qiyamət günü) öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!

Ey qövmüm! Mən bu risaləti sizə təbliğ etdiyimə görə siz­dən var-dövlət tələb etmirəm. Mənim mü­kafatım an­caq Allaha aiddir. Sizin qovmağımı tələb etdiyiniz möminlərdən fəqir olanları məclisindən qo­van deyiləm. Çünki onlar Qiyamət günü Rəbbi ilə qarşı­laşa­caqlar. O, onlara, iman etdiklərinə görə mükafat verəcək. Lakin mən si­zin məndən zəif möminləri öz məclisimdən qovmağımı tələb etdiyiniz üçün, sizi bu dəvətin həqiqətini anlamayan bir qövüm olaraq görürəm.

30

وَيَٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ

Ey camaatım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz?

Ey qövmüm! Əgər mən bu möminləri günahsız yerə, onlara zülüm edərək öz məclisimdən qov­sam, bu zaman məni Allahın əzabından kim qo­ru­ya bilər?! Məgər sizə daha faydalı olan şeyi düşünüb, onun üçün səy etməyəcəksiniz?!

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.