إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ
Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir.
Çətinliklərə, ibadətlərə və günahlara qarşı səbir edib yaxşı işlər görən kimsələr istisnadır. Onların halı isə tam başqadır. Çünki onlar heç vaxt Allahın rəhmətindən ümidini üzməz, Allahın onlara bəxş etdiyi nemətlərə nankorluq etməz və insanlara xor baxmazlar. Məhz bu xislətlərə sahib olan kimsələr üçün Rəbdi yanında günahlarının bağışlanması və axirətdə isə böyük bir mükafat vardır.